Fon yüklənir...
Загрузка...

İbrətamiz hekayələr

Загрузка...
İbrətamiz hekayələr


Allahın məhəbbəti

Bir kişi mərhəmətli Həzrəti Məhəmmədin (s.ə.s) hüzuruna gəlib dedi:
" Ey Allahin elçisi meşədən keçəndə quş balalarının səsini eşitdim.Onları götürüb,xurcuna qoydum.Ana quş başımın üstündə qanad çalanda xurcunu açıb, balalarını ona göstərdim.O balalarının yanına qondu üstünə qanadlarını açdı.Yenidən xurcunun ağzını bağlayıb bura gətirdim."
Məhəmməd Peyğəmbər dedi:
"Xurcunu yerinə qoy ,ağzını aç !"
Kişi peyğəmbərin sözünə əməl etdi.Quşun balalarını əvvəlki yerinə qaytardı və analarını da yanına buraxdı.Ana quş balalarına qovuşdu.Məhəmməd Peyğəmbər buyurdu:
"Ananın balalarına olan məhəbbət və eşqindən razısanmı? And olsun məni peyğəmbər göndərənə, Allahın öz məxluqatına olan məhəbbəti ananın balalarına olan məhəbbətindən daha çoxdur."


Dostdan düşmənə şikayət etməyə utandım

Dövrün böyük sufilərdindən olan Cüneyd Bağdadi ilə Əbu Bəkr Şibli təxminən eyni günlərdə xəstələnib yatağa düşürlər. Hər ikisi üçün həkim çağrılır.

Allahı inkar edən biri olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: “Şikayətin nədir?” Cüneyd Bağdadi “heç bir şey” deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir. Şibli xəstəliyindən uzun-uzadı şikayətlənir. Bir müddət sonra hər iki sufinin səhhəti düzəlir. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir:

- Öz şikayətlərini inkarçı həkimə niyə bu şəkildə ifadə etdin?

- Dost olana dünyada belə xəstəliklər verilir, axirətdə isə lütf edilir; düşmənlərə nələr ediləcəyini bilsin istədim. Bəs yaxşı, sənin davranışının hikməti nədir?

- Bir hikməti yoxdur, sadəcə olaraq dostdan düşmənə şikayət etməyə utandım.
Загрузка...

ŞƏRHLƏR

Qismet directioner

23 Yanvar 2014 22:56

Nina Guney

ALLAH senden razi olsun.Bele gozel hikmetli hekayeleri oxuyanda ele bil ki insan rahatlasir.bir daha sag ol. laughing
--------------------
-Did you see my life?
+No.
-Why not?
+Because I am blind. lol


Ziya008

23 Yanvar 2014 17:40

Mukemmel...

Jenny J

23 Yanvar 2014 16:06

Çox sag olun
--------------------
Wow man, this is weird on acid..



gulumse

22 Yanvar 2014 14:39

cox qesengdi

cox menalidi

❃FloRal❃

21 Yanvar 2014 21:25

ALLAH razı olsun
--------------------

***
❃❃❃

***

Night Wolf

21 Yanvar 2014 18:47

İlk hekayəni daha çox bəyəndim.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...