Fon yüklənir...
Загрузка...

Biliyin və bilikli olmağın dəyəri

Загрузка...
Biliyin və bilikli olmağın dəyəri.



«De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alarlar.»
«Allah iman gətirənlərin və elm bəxş edilmişlərin dərəcələrini yüksəldər. Allah əməllərinizdən agahdır.»
Hədis:
Allahın Peyğəmbəri (s): «Alimin günahı birdir, nadanın günahı iki.»
Allahın Peyğəmbəri (s): «Bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır.»
Allahın Peyğəmbəri (s): «Bilik qazanmaq hər bir müsəlmana vacib-dir... Allaha sitayiş və itaət biliklə edilər. Qohumluq tellərinin qırılmaması, halalın haramdan ayırd edilməsi də biliklə mümkündür. Bilik əməlin rəhbəridir və əməl ona tabe olar. Xoşbəxtlərə elm ilham olunar, bədbəxtlərsə ondan məhrum qalarlar.»
Allahın Peyğəmbəri (s): «İnsanların ən dəyərlisi daha çox bilik sahibləri, insanların ən dəyərsizi isə daha az biliyi olanlardır.»
Allahın Peyğəmbəri (s): «İnsanların peyğəmbərlik dərəcəsinə ən yaxın olanları alimlər və döyüşçülərdir.»
Allahın Peyğəmbəri (s): «Qiyamət günündə alimlərin qələminin mürəkkəbi ilə şəhidlərin qanı ilə ölçüləcək və qələmin mürəkkəbi şəhidlərin qanından daha ağır gələcək.»
İmam Əli (ə): «Fəzilətlərin başı bilikdir. Fəzilətlərin son nöqtəsi də bilikdir.»[1091]4452. İmam Əli (ə): «Bilik öndə gedən, əməl çapar və nəfs isə palçıqlı minikdir.»
İmam Əli (ə): «Bilik ağlın çırağıdır.»
İmam Əli (ə): «Bilik necə də gözəl yolgöstərəndir.»
İmam Əli (ə): «Bilik ailə şərafətinin ən yüksək şərəfidir.»
İmam Əli (ə): «Bilik möminin itmiş malıdır.»
İmam Əli (ə): «Biliyin hörmətinə yalnız bu bəs edər ki, hətta onu yaxşı bilməyən də onu bilməsindən dəm vurar və onu elmli, bilikli kimi göstərəndə buna şad olar. Nadanlığın pis olmasına təkcə bu bəsdir ki, hətta nadan və elmdən bəhrəsi olmayan da ondan bezər.»
İmam Əli (ə): «Heç bir xəzinə elmdən daha xeyirli deyil.»
İmam Əli (ə): «Heç bir şərafət bilik kimi deyil.»
İmam Əli (ə): «Hər bir qaba nəsə qoyduqda, onun tutumu azalar. Yalnız biliyin qabına qoyulanlar artdıqca, onun tutumu da çoxalar.»
İmam Əli (ə): «Allah bəndəsini alçaltmaq istədikdə onu elmdən bəhrəsiz qoyar.»
İmam Əli (ə): «Bilik həyatdır.»
İmam Əli (ə): «Həqiqətən, bilik qəlblərin həyatı (mayası), kor gözlərin işığı və gücsüz bəndələrin gücüdür.»
İmam Əli (ə) Kumeyl ibn Ziyadın əlindən tutaraq onu qəbristanlığa apardı. Çölə çatdıqda, dərindən bir ah çəkib ona buyurdu: «Ey Kumeyl! Bilik mal-dövlətdən yaxşıdır. Çünki bilik səni qoruyur, ancaq var-dövləti sən qorumalısan. Var-dövlət xərcləndikcə azalar, ancaq bilik verilməklə çoxalar. Var-dövlətin verdiyi, onun aradan getməsi ilə yox olar (ictimai mövqe və hörmətini itirər).»
İmam Əli (ə): «Mal toplayanlar diri olsalar da ölüdürlər, elm əhli isə dünya durduqca yaşayacaqlar. Bədənləri aradan gedər, ancaq xatirələri qəlblərdə qalar.»
İmam Əli (ə): «Alim ölmüş olsa belə, sağdır. Nadan isə diri olsa da ölmüşdür.»
İmam Baqir (ə): «Elmdən heç nəyi olmayan ürək, abadlaşdıranı olmayan xaraba ev kimidir.»
İmam Sadiq (ə): «Alimlər peyğəmbərlərin varisləridir.»
Загрузка...

ŞƏRHLƏR

LlLesiARe

6 İyul 2014 14:09

«Allah iman gətirənlərin və elm bəxş edilmişlərin dərəcələrini yüksəldər. Allah əməllərinizdən agahdır.»

Mrs.Nana

26 Yanvar 2014 14:24

Tewekkurler

Xeberi coox beyendim

Həyat

15 Yanvar 2014 19:35

İmam Əli (ə): «Bilik həyatdır.»
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Arizona

15 Yanvar 2014 16:12

Salam. Xəbərə söz ola bilməz. Həddən artıq gözəl xəbərdi

Eva_1

15 Yanvar 2014 01:01

İmam Əli (ə): «Mal toplayanlar diri olsalar da ölüdürlər, elm əhli isə dünya durduqca yaşayacaqlar. Bədənləri aradan gedər, ancaq xatirələri qəlblərdə qalar.»
çoox gözəl kəlamdı
təşəkkürlər
--------------------

Night Wolf

14 Yanvar 2014 15:55

Hamsin diqqetle oxudum hamsi gözəldir həqiqeten bilik insanın bütün həyatını həll edir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...