Fon yüklənir...
Загрузка...

Mədinədə olmadan Peyğəmbəri (s.ə.v.)ziyarət etmək istəyirsənsən?

Загрузка...

Mədinədə olmadan Peyğəmbəri (s.ə.v.)ziyarət etmək istəyirsənsən?

 

Əgər Mədinədən başqa şəhərdə olarkən Peyğəmbəri ziyarət etmək istəsən bu ziyarəti oxu:
İxtisarla
Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. O təkdir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və rəsuludur. O əvvəldə və axırdakıların seyyid və ağasıdır. Şəhadət verirəm ki, Muhəmməd ənbiya və mursəllərin seyyididir. İlahi, ona və onun əhli beytindən olan imamlara salavat göndər.
Salam olsun sənə, ey, Allahın rəsulu
Salam olsun sənə, ey, Allahın xəlili
Salam olsun sənə, ey, Allahın nəbisi
Salam olsun sənə, ey, Allahın seçdiyi
Salam olsun sənə, ey, Allahın rəhməti
Salam olsun sənə, ey, Allahın ixtiyar etdiyi
Salam olsun sənə, ey, Allahın həbibi
Salam olsun sənə, ey, Allahın nəcib bəndəsi
Salam olsun sənə, ey, Nəbilərin xatimi və sonuncusu
Salam olsun sənə, ey, mursəllərin ağası
Salam olsun sənə, ey, ədalət uğrunda qiyam edən şəxs
Salam olsun sənə, ey, xeyrin fatihi
Salam olsun sənə, ey, vəhy və tənzilin mədəni
Salam olsun sənə, ey, Allah tərəfindən mubəlliğ
Salam olsun sənə, ey, nurlu işıq
Salam olsun sənə, ey, xalqa bəşarət verən
Salam olsun sənə, ey, xalqı ilahi əzabdan qorxudan
Salam olsun sənə, ey, ümməti inzar edən
Salam olsun sənə, ey Allahın o nuru ki, məxluqat o nurun vasitəsilə işıqlıq tapırlar
Salam olsun sənə və sənin pak-pakizə, hidayət edən, hidayət olunmuş əhli beytinə
Salam olsun sənin cəddin Əbdul Muttəlibə
Salam olsun atan Abdullaha
Salam olsun anan Vəhəbin qızı Aminəyə
Salam olsun əmin şəhidlərin ağası Həmzəyə
Salam olsun əmin oğlu Abbas ibni Əbdulmuttəlibə
Salam olsun əmin və kəfilin Əbu Talibə
Salam olsun əbədi behiştdə uçan əmin oğlu Cəfər Təyyara
Salam olsun sənə ey Muhəmməd
Salam olsun sənə ey Əhməd
Salam olsun sənə ey Allahın ilk və axırıncı məxluqatına höccəti. Sən Allahın itaətinə hamıdan qabaqcıl oldun, nəbilərin sonuncusu oldun, Allah bəndələrinin hamısına şahid olub onların hamısına şəfi oldun. Allah yanında mənzilət sahibi, mələklərin itaət etdiyi, bəyənilmiş sifətlərin sahibi, sair kərim sifətlərin sahibi oldun.
Ey o kəs ki, pərdələr arxasından Allahla onun arasında söhbət olan, sənin üçün qələbə vardır, başqalarının köməyindən ehtiyacsızsan. Sənin üçün elə bir salam göndərirəm ki, o salam sənin haqqını tanımaq üzündəndir və etiraf edirəm ki, sənin haqqını layiqincə yerinə yetirmədim, hər fəzilət və kamalın axırı olan sənin fəzilətlərini inkar etmirəm. Yəqinim var ki, Allah sənə çoxlu inayətlər edir. Sənə nazil olmuş kitaba imanım var. Halalını halal və haramını haram bilirəm.
Ey Allahın rəsulu, mən və bütün şahidlər şəhadət verirəm və təhəmmül edirəm ki, sən bütün ilahi risaləti xalqa çatdırıb, ümməti nəsihət etmisən. Allah yolunda cihad etmisən, Onun fərmanını uca səslə xalqa çatdırmısan. Bu yolda qarşılaşdığın əzab-əziyyətə dözmüsən, ümməti Allah yoluna hikmət, dəlil və gözəl moizələrlə dəvət etmisən. Öz boynunda olan haqqı layiqincə yerinə yetirdin. Həqiqətən də sən möminlərə qarşı rəuf, kafirlərə qarşı isə qəzəbli idin. Allaha yəqinə çatana qədər ixlasla ibadət etdin. Bu zaman Allah təala səni kəramət sahiblərinin ən yüksək məqamına, müqərrəblərin əla mənzillərinə və mursəllərin ən yüksək dərəcələrinə çatdırdı.
Elə bir məqam ki, bundan sonra daha heç kim sənin məqamına çata bilməyəcək, heç kim sənin yüksək məqamından yuxarı qalxmayacaq, heç kim səndən qabağa keçə bilməyəcək. Heç kim sənin idrak mərtəbənə çatmaqda təməh etməyəcək.
Həmd və səna o Allaha olsun ki, bizə Sənin vasitənlə həlakətdən nicat verdi və sənin vasitənlə bizi zəlalətdən hidayət etdi və sənin vasitənlə bizi zülmətdən işıqlığa çıxartdı. Ey Rəsuləllah, səni məbus edən Allah sənə mükafatların ən yaxşısı ilə ki, peyğəmbər öz ümmətinin tərbiyəsi və rəsul göndərildiyi işi layiqincə yerinə yetirdiyi üçün Allahdan aldığı mükafatla mükafatlandırsın.
Atam, anam sənə qurban, ey Allahın Rəsulu. Səni haqqını tanıyıb, fəzilətlərini etiraf edir, sən və əhli beytinə müxalifət edənlərin zəlalətini görür, səni xalq üçün yol göstərən tanıyan halda ziyarət etdim.
Atam,anam, ailəm, malım, övladlarım sənə qurban olsun. Mən sənə salavat göndərirəm, necə ki, Allah təala və mələklər, allahın rəsul və nəbiləri sənə salavat göndərirlər. Elə bir salavat ki, ardıcıldır, arası kəsilmədən , vaxtsız və məhdud vaxtı olmayan salavat. Allahın salamı olsun sənə və sənin pak-pakizə əhli beytinə. Siz ona layiqsiniz.

Salam olsun sənə ey Nəbi, Allahın rəhmət və bərəkəti olsun sənə.
Salam olsun sənə ey, göndərilmiş nəbi və sənin vəsin Murtəzaya, qızın seyyideyi-kubra, seyyidə Zəhra və sənin iki nəcib nəvən imam Həsən və imam Hüseynə və onun Allah nişanələri olan övladlarına.
İlahi, mən hamıdan əl çəkib sizə, sizin ata-babanıza və xələf övladlarınıza tərəf Allahın bərəkətinə görə gəldim. Mənim qəlbim sizə təslim, köməyim sizin üçün həmişə , Allah təala öz dinində hökm edənə qədər hazırdır. Mən sizinlə, əlbəttə, sizinləyəm. Sizin düşmənlərinizlə düşmənlərinizlə düşmənəm. Mən sizin fəzilətlərinizi deyib, iqrar edib, sizin rəcət və qayıdışınıza etiraf edirəm. allahın qüdrətlərindən heç birisini inkar etmir və Allahın istədiyindən başqa heç bir şeyə etiqadım yoxdur. O Allah ki, münəzzəh, mülk və mələkutun sahibidir, bütün məxluqat onun adı ilə təsbih deyir.
Salam olsun sizin ruh və cisminizə, Allahın salamı və rəhməti və bərəkəti olsun sizə!

Bütöv versiyası üçün "Məfatihul cinan" kitabına müraciət edə bilərsiniz.
Загрузка...

ŞƏRHLƏR

Jenny J

11 Yanvar 2014 14:56

Çox sag ol xeber ucun ))Allah razı olsun ))
--------------------
Wow man, this is weird on acid..



gulumse

11 Yanvar 2014 13:44

coxxxxxxx sagol

Nahid-19

11 Yanvar 2014 10:39

Sitat: angel470
Peyğəmbəri ziyarət etmək haminiza qismet olsun)))ici men qariwiq)))

Amin balaca Amin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

angel470

11 Yanvar 2014 00:06

Peyğəmbəri ziyarət etmək haminiza qismet olsun)))ici men qariwiq)))

A_K

10 Yanvar 2014 22:11

Allah razı olsun!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

v for vendetta

10 Yanvar 2014 21:10

mem her defe salam gonderirem...umud edirem ki o cur mesumlar Allahin gunahkar qulundan qebul ederler salami

Night Wolf

10 Yanvar 2014 20:54

çox sag olun xəbərə görə
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Qismet directioner

10 Yanvar 2014 16:43

Axira qeder oxudum..Heqiqeten coxsag olun bu xebere gore.
--------------------
-Did you see my life?
+No.
-Why not?
+Because I am blind. lol


Ms.Aytac

10 Yanvar 2014 16:20

gozel xeberdir mende isterem Mehemmed Peygemberi ziyaret etmek
loading...
Загрузка...