Loading...
Hicab dinin zəruri məsələlərindəndir

Hicab dinin zəruri məsələlərindəndir

Loading...

Hicab dinin zəruri məsələlərindəndir

 

Hicab dinin zəruri məsələlərindəndir
Sual: Hicab, dinin zəruri məsələlərindən hesab olurmu? Ona qarşı etinasız olanların hökmü nədir?
Cavab: Hicab şəriətin vacib məsələlərindəndir və Quranda da gəlmişdir. Amma bu aydın məsələyə diqqət etmədən hicabı inkar etmək, peyğəmbərliyin inkar olunması deyil. Lakin, hicaba qarşı etinasız olmaq günahdır.
Sual: Əgər qadın talaq və hicab arasında qalsa hansını seçməlidir?
Cavab: Talağı seçməlidir və heç bir şəraitdə hicabı çıxarmamalıdır.
Sual: Əgər hicaba riayət etdiyinə görə qadına talaq versələr və bu onun üçün ağıl sahiblərinin nəzərində adətən, dözülməyən çətinlik yaratsa, hicabı tərk edə bilərmi?
Cavab: Zərurət miqdarında.
Hicaba riayət etməyən qadının günahı
Sual: Hicaba riayət etməyən qadının aqibəti nədir?
Cavab: Hicaba riayət etməmək günahdır və din ilə müharibə etmək kimi təbir olunur. Belə şəxsin yeri cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
Ayağı örtmək
Sual: Qadın namaz qıldıqda ayağının üstünü örtməlidirmi?
Cavab: Namaz üçün vacib deyil, amma naməhrəmdən örtməlidir.
Sual 1: Qadınlar ayaqlarını corabla hansı həddə örtməlidirlər?
Cavab: Əgər ayaq və onun üstü görünməsə, eybi yoxdur. Baxmayaraq ki, corabdan ayağın həcmi bilinir.
Sual: Cavan qadın, rəngli və ya qıçı gözəl göstərən corabı hicab ünvanı ilə geyinə bilərmi?
Cavab: Belə corabı geyməyin eybi yoxdur. Amma zinət hesab olduqda onu naməhrəmdən örtməlidir.
Sual: Ayağı örtməsinə baxmayaraq, onun çıxıntılarını bilindirən corabı geymək olarmı?
Cavab: Belə corabı geyinmək öz-özlüyündə icazəlidir.
Hicab hamı üçündür
Sual: Nə üçün qeyri-müsəlman qadının İslam ölkəsində hicaba riayət etməsi vacibdir, amma müsəlman qadın qeyri-islami ölkədə hicabsız olması qadağandır?
Cavab: Qadın üçün hicab vacibdir, istər müsəlman olsun, ya müsəlman olmasın, istər İslam ölkəsində olsun, ya qeyri-islami ölkədə.
Hicabın həddi
Sual: Çadra və manto necə olmalıdır?
Cavab: Qadın elə paltar geyinməlidir ki, zinət olmasın. Əks təqdirdə başqa zinətlər kimi onu da örtməlidir. Həmçinin geyim kişiləri aldadan və cəlbedici olmamalıdır.
Sual: Hicab üçün manto və yaylıqdan istifadə etmək olarmı?
Cavab: Maneəsi yoxdur.
Hər bir halda hicab vacibdir
Sual: Hicaba kamil surətdə riayət etməmək birinin günaha düşməsinə səbəb olmadığı bir yerdə bədən örtülü olsa, başı da bağlamağa ehtiyac varmı? Məsələn, Avropa ölkələrində hicaba elə də əhəmiyyət vermirlər və qadının başının tüklərinin görünməsi o qədər də problem yaratmır. Quranda da buyurulur ki, kişilərin təhrik olmasına mane olmaq üçün özünüzü örtün.
Cavab: Qadının hicabsızlığı başqalarını günüha salamasa belə, kamil surətdə hicaba riayət etməsi vacibdir.
Qadınların sürücülük etməsi
Sual: Qadınlar sürücülük edə bilərlərmi? Hansı şərtlərlə?
Cavab: İslami hicaba və qayda-qanunlara riayət etməklə, eybi yoxdur.
Naməhrəm olmayan yerdə namaz
Sual: Əgər qadın naməhrəmin ora gəlməyəcəyindən əmin olduğu bir yerdə namaz qılmaq istəsə, hicablı olması vacibdirmi?
Cavab: Namaz qıldıqda hicablı olmaq, naməhrəm olmasa belə, vacibdir.
Kamil hicab
Sual: Yanaqları hansı həddə qızartamaq olar? Qaşları götürdükdə vəzifə nədir? Çənənin altını, üzün qıraqlarını örtən və yuxarıdan qaşların üstünə qədər gələn qara məqnə və enli qara manto geyilsə, hicaba riayət olunmuşdurmu? Məqnə və manto rəngli olsa, iradı varmı?
Cavab: Kamil hicab budur ki, başın tüklərini və bədəni tamamilə örtsün və özü zinət hesab olmasın, qadının bədən çıxıntılarını bilindirməsin. Üzü və biləyə qədər əlləri örtmək lazım deyil. Çənə və adətən məqnənin örtmədiyi çənənin altından bir qədər yeri örtmək vacib deyil. Üz və qaşlar alındıqda onları örtmək lazım deyil, amma zinətlə bəzənilsə, örtmək lazımdır.
Valideynin öz övladlarını hicaba əmr etmələri
Sual: Ata-ananın büluğ həddinə çatmış övladlarını hicaba riayət etməyə vadar edə bilmək haqqları varmı?
Cavab: Haqları vardır. Amma bu işdə vurmaq və onun kimi metodlardan istifadə edə bilməzlər.
Qadının kostyum geyməsi
Sual: Qadın kostyum geyərək naməhrəm qarşısına çıxa bilərmi?
Cavab: Əgər o paltar qadının bədən çıxıntılarını bilindirsə və ya fitnə-fəsada səbəb olsa, icazəli deyil.
Şöhrət libası
Sual: Şöhrət libası geyməyin hökmü nədir? Şöhrət libasının meyarı nədir?
Cavab: Şöhrət libası, başqalarının istehza və təhqir olmasına səbəb olan geyimlərdir və vacib ehtiyata görə belə geyimləri geyməsinlər.
Bəzədilmiş üz
Sual: Üzünü almayan qadınlar, qaşlarının və üzlərinin tüklərini götürə və üzünə təbii pudra və krem vura bilərmi?
Cavab: Üzün və qaşların tükünü almaq üzü açıq qoymağa mane olmur. Bu şərtlə ki, günüha düşmək qorxusu olmasın və üzü açıq qoymaq onu naməhrəmlərə göstərmək məqsədilə olmasın. Amma pudra və zinət əşyaları istifadə etdikdən sonra üzü örtmək vacibdir.
Sual: Zinət vurulmuş üzü, belə ki, ona zinət vurulması bilinməsə və üzün təbii halı kimi nəzərə gəlsə, örtmək lazımdırmı?
Cavab: Zinət hesab olmasa, örtmək lazım deyil.
Parik qoymaq
Sual: Qadınlara məxsus olan məclisdə gözəl görünüb onların diqqətini cəlb edərək, elçi tapmaq məqsədi ilə başa parik qoymaq icazəlidirmi? Bu iş eybi örtmək hesab olurmu?
Cavab: Əgər təkcə zinət məqsədi ilə olsa və elçiləri aldatmaq və eybi onlardan gizlətmək məqsədilə olmasa, eybi yoxdur.
Gözəllik cərrahiyyə əməliyyatı
Sual: Cərrahiyyə əməliyyatı ilə üz və bədənin başqa yerlərndə gözəllik yaratmaq olarmı?
Cavab: Haram baxış və toxunmaqdan çəkinməklə, icazəlidir.
Qaş əkdirmək
Sual: Qadınlar qaş əkə bilərlərmi?
Cavab: Qaş əkməyin dəstəmaz və qüsl üçün iradı vardır, amma döyəcləmənin eybi yoxdur.
Qaş almaq
Sual: Qaşlarının altını almaq zinət hesab olunurmu? Qadınlar ümumi məkanda qaşlarını örtməlidirlərmi?
Cavab: Onu örtmək vacib deyil.
Kişilərin qısaqol köynək geyməsi
Sual: Kişi qısaqol köynək geyinə bilərmi? Qadın ləzzət qəsdi olmadan onun əlinə baxa bilərmi?
Cavab: Hər iki surət icazəlidir.
Dırnaq uzatmaq
Sual: Qadın dırnaq uzada bilərmi? Bu zinət sayılırmı və naməhrəmdən örtmək lazımdırmı?
Cavab: Eybi yoxdur və zinət vurmasa, onu naməhrəmdən örtməsi lazım deyil.
Sual: Əgər qadın dırnağını uzatmış olsa, amma ona zinət vurmasa, naməhrəmdən örtməsi lazımdırmı?
Cavab: Lazım deyil.
Kişinin öz həyat yoldaşını hicaba məcbur etməsi
Sual: Mən həyat yoldaşıma deyirəm ki, başını bağlasın. O da deyir ki, hicab İslamda məcburi deyil və İslam məcburiyyəti sevmir. İslamda hicab məcburidir, yoxsa könüllü? Mən onu hicaba məcbur edə bilərəmmi?
Cavab: Hicab dinin zəruri məsələlərindəndir və ona kamil surətdə riayət edilməlidir. Qadın gərək saçlarını və bədənini naməhrəm kişilərdən örtsün, amma üz və əllərinini örtməsi vacib deyil. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşəcəyindən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün örtməmək qəsdi olarsa, bu iki halda örtməməsi icazəli deyildir.
Deməli, qadın deyilmiş qayda ilə öz saçını, bədənini və onun çıxıntılarını naməhrəmdən örtməlidir. Əgər qadın zinət sayılmayan və cəzbedici olmayan hər hansı geyimlə özünü örtsə, kifayətdir və çadra atması vacib deyil. Baxmayaraq ki, çadra ən yaxşı və kamil hicabıdr.
Siz öz həyat yoldaşınızı hicaba riayət etməyə məcbur edə bilməzsiniz, amma evdən çölə çıxmağa qoymaya bilərsiniz. Bu surətdə onunla şərt edə bilərsiniz ki, əgər hicaba riayət etsə, evdən çölə çıxa bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

10 İyun 2014 14:48

Hiab menim oz secimimdi.ALLAH HAMIYA QISMET ETSIN.AMIN BIZ MUSELMANIQ BIZ NAMAZ QILMALIYIQ HICAB ORTMELIYIK BAWIMIZZA ,, HEYIFKI O HER ADAMA QISMET OLMUR MEN HICAB NAMAZA BOYUK SEVGIM VAR INWALLAH QISMET OLSA MEN HICAB TAXACAM INWALLAH........... melek melek
--------------------
Getdim Sagolun

v for vendetta

8 Yanvar 2014 01:25

hicab qadin endamini basqasindan qorumaqdi.Rebbim bizi nece de deyerlendirir.sukur olsun mutleq hakime

gulumse

7 Yanvar 2014 13:39

hicab taxmaga xosuma gelir ama hele yasim azdi yani onun mesuliyyetin dasiyamaram

A_K

7 Yanvar 2014 00:34

Namazımı qılıram dűzdű ama őldűrki hicab taxa bilmerem. Őzűmű kompleksde hiss ederem. O tamamíyle insanın őz seçimidir. Kimse qarışa bilmez. Men biliremki çox xeyirlidir qadın űçűn ama bağlana bilmerem.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

★_EliSa_★

6 Yanvar 2014 22:55

http://m.youtube.com/watch?v=H6ZIzIKpkiA#
Bu linkdeki videoya baxın.
Bu yazıdan 1 dene de olsun mentiqli nese çıxarmadım:
Heçne uyğun deyil. Deir qadın hicabla talaq arasında qalsa hansını seçmelidi? Cvb: talağı seçmelidi ve heçcür hicabdan imtina etmemelidir. Bu ne demekdi axı? Hem 2 seçim qoyur hem de 2si de mecburdu deir.
2. Qadına hicab taxmağı mecbur etmek olar? Yox olmaz ama çöle çıxmağa qoymaq olmaz. Eger çıxacaqsa hicab taxsın.
Onsuz da hicabı çöle çıxanda taxırlar da. Evin içinde hicab geyinirler? Mentiq deyilen şey yoxu. Heç kim linkdeki videoya baxmadan mene stat getirib balaca beyninnen ağıl vermesin. Hicab cahillikdir. Video da her şeyi gösterir.

Aidan

6 Yanvar 2014 22:41

Hicab taxmağı kim istiyirsə taxa bilər, məcburi deyil. məcburla taxdıranlar da artıq nəysə.
--------------------
Dream it.
Wish it.
Do it.

Night Wolf

6 Yanvar 2014 20:05

Hicab taxmaq vacibdir
Amma taxmayanlarında icərisində də dinin digər qanunlarına əməl edənlər var
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

6 Yanvar 2014 18:38

Hamsı dogrudur.Heyif hicab salmıram günah yazılır :((
--------------------
Wow man, this is weird on acid..



Həyat

6 Yanvar 2014 17:34

Allahın qanunudu əməl etsək gözəl olar amma öncə qəlbimizi imanlı edək imansız hicab olmaz
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

F_N

6 Yanvar 2014 16:51

Tam oxudum.teessufki emel etmirem((ustelik bunun hec bir uzrxahligi ola bilmez

Ayse_Skazocka

6 Yanvar 2014 16:17

Dogrudur)))