Loading...

MƏHƏMMƏD PEYĞƏMBƏRİN (s.ə.s) hədisləri
Din
- 18 Dekabr, 2013
- 8 266 Baxış
Loading...

1. Dünyanın şirinliyindən axirət aclığı törər, dünyanın aclığı isə axirət şirinliyinə yol açar.
2. Dünyanın ən yaxşı məxluqu dindar, namuslu qadındır.
3. Həqiqət acı olsa da, xalqın xoşuna gəlməsə də, onu söyləməkdən çəkinməyin.
4. Həmişə əməli-saleh və həqiqətpərəst olmağa çalışın.
5. Acları yedirin, xəstələri yanına gedin.
6. Ədalətsizliklə məhkum olunanları azad edin.
7. ALLAH sevdiyi bəndəsini dərdə mübtəla edir ki, onun yalvarışlarını eşitsin.
8. Xəstənin yanına gedən ALLAHın rəhmətini qazanır, xəstənin yanında oturduqda isə, rəhmət artır.
9. Öz aranızda salamlaşmanın ən kamili bir-birinizə əl verməkdir.
10. Sərvət dünya malının bolluğunda deyil, nəfsin toxluğu və razılığındadır.
11. Dünyadan köçmüş dostlarının eyiblərini açmayın.
12. Əməlini ailəsini bəyənən, müsəlmanların ən yaxşısıdır.
13. Öz qohum-qardaşını tərk edənin ailəsinə ALLAHın lütfü nəsib olmaz.
14. ALLAHın nəzərində ən yaxşı fəaliyyət, az olsa da, daimi və ardıcıl olan əməldir.
15. Hamı əxlaqı və işi hərəkəti hesabına inkişaf edir.
16. Behiştin açarı namazdır. Namazın açarı isə dəstnamaz
17. Namaz dinin bünövrəsidir.
18. Dua möminin silahıdır.
19. İbadətin ən yaxşısı tam gizlində ediləndir.
20. Əzanla (namaza çağırışla) iqamə arasında oxunan dua qəbul olunar.
21. Əgər birinin qonşusu onun əlindən narahat olsa o mömin deyil.
22. Mənim sözlərimin heç birini şəkk aparanlara deməyin!
23. Elm öyrənmək hər bir müsəlman üçün vacibdir.
24. Möhtəkirlik İslama haramdır.
25. Həya və təvazökarlıq insanın naxışıdır.
26. Elmin qədrini bilən və onu işlədən alimdir.
27. Özünü dərk - ALLAHı dərk etmək kimidir.
28. İşlətdiyiniz şəxsin muzdunu onun alnın təri qurumamış ödəyin.
29. Sizdən ən yaxşısı QURANı öyrənib-öyrədəndir.
30. Şərəf və düzgünlüklə yaşayan adam ALLAHın sevimlisidir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...