Loading...
Hədislər

Hədislər

Loading...
Hədislər

 

Həcc. Allah onu ömürdə bir dəfə yalnız gücü çatanlara vacib etmişdir. Onun saydıqca qurtarmayan çoxlu dini və dünyəvi faydaları vardır. Həccin məsləhət bilinən və mənfəət götürülən məsələlərini başqa yerdə açıqlamışıq. Uca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar...” (Həcc, 28). Yəni, dini və dünyəvi mənfəətlərini görsünlər.

Bundan sonra İslam şəriətinin asanlıq qayəli digər qayda-qanunları gəlir. Allahın və bəndələrin haqlarının ödənməsindən ibarət bu qayda-qanunlar öz-özlüyündə çox yüngüldür. Uca Allah buyurur: “...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...”
(Bəqərə, 185)
Bununla yanaşı ibadəti yerinə yetirməyə maneçilik törədən xəstəlik, səfər və digər amillərlə qarşılaşdıqda dərhal asanlaşdıran hökmlər tətbiq edilir, bəzi vaciblər və ya onların forması dəyişdirilir (məsələn, zöhr namazının səfərdə qılınması (red.)).

Daha sonra insan bəndələrin gün ərzində yerinə yetirdikləri müxtəlif növ əməllərə: vacibə, nafiləyə, namaza, oruca, sədəqəyə və digərlərinə nəzər salıb ümmətin imamı Muhəmmədi r nümunə götürərək özü də bu ibadətləri yerinə yetirməyə başlasa, bu ona çətinlik gətirməz, dünya mənfəətindən məhrum etməz. Əksinə bütün haqları daha mükəmməl şəkildə yerinə yetirməyə müvəffəq olar. O, Allahın, özünün, ailəsinin, dostlarının və hər bir haqq sahibinin haqqını mehribancasına və asanlıqla verər. Nəfsini çətinliyə salaraq Peyğəmbərin (s.a.v) kifayətləndiyi və ümmətə öyrətdiyi ilə qane olmayıb ibadətlərdə həddini aşana gəlincə, din ona üstün gələr. Sonda o, acizlik və məhrumiyyətlə üzləşər. Buna görə də Peyğəmbər (s.a.v) buyurmuşdur: “Kim dini çətinləşdirərsə, din ona üstün gələr.” Kim bu dinə orta mövqedən baxmayıb, şiddət və ifratla yanaşarsa, din ona üstün gələr, onu zəiflədər və geriyə çəkilməyə məcbur edər. Buna görə də Peyğəmbər (s.a.v) məqsədli olmağı əmr etmiş və həvəsləndirərək demişdir: “Ümid edin ki məqsədinizə çatasınız.”Sonra düzgünlüyə riayət etməyi, ona yaxın olmağı, nəfsləri xeyirlə müjdələyərək qüvvətləndirməyi və məyus etməməyi tövsiyə etmişdir. Düzgünlük insanın düzgün söz danışması, düzgün əməl etməsi və doğru yolu tutmasıdır. Bu, onun söz və əməllərində hər tərəfli düzgün olmasıdır. Əgər hər tərəfli şəkildə düzgünlüyə riayət edə bilmirsə, Allahdan bacardığı qədər qorxsun və məqsədə yaxınlaşsın. Kim də doğruya tamlıqla yetişə bilmirsə, yaxınlaşmağa cəhd etsin. Əməlin yerinə yetirilməsinə ümumiyyətlə gücü çatmayan isə, ona bacardığı qədər riayət etsin.

Buradan, həmçinin uca Allahın “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun...” (Təğabun, 16) ayəsindən və Peyğəmbərin (s.a.v) “Sizə bir şeyi əmr etsəm, ona bacardığınız qədər riayət edin.”
(Buxari: Quran və Sünnədən tutunmaq, ? 6858. Müslim: Həcc, ? 1337. Nəsai: Həccin mərasimləri, ? 2619. İbn Macə: Müqəddimə, ? 2. Əhməd: 2/508.)


Hədisindən faydalı bir əsas götürülür. Bu əsas üzərində qurulmuş işlər çoxdur. Başqa bir hədisdə buyurulur: “Asanlaşdırın, çətinləşdirməyin. müjdələyin, nifrət etdirməyin.”
(Buxari: Elm ? 69. Müslim: Cihad və sira ? 1734. Əhməd: 3/209.)

Sonra nəfsə asan gələn, amma əslində çox faydası olan məsələni tövsiyə edib hədisi tamamladı. “Səhər tezdən, günorta vaxtı və gecənin axırı kömək diləyin.” Bu, səfər zamanı yaxın və uzaq məsafələri qət etmək üçün əlverişli hesab edilən üç vaxtdır. Həmin vaxtlarda müsafirin özü və miniyi getdiyi yolu rahatlıqla başa vururlar. Bu, axirət səfərinin və doğru yolun qət edilməsi, eləcə də gözəl şəkildə Allaha tərəf üz tutulması üçün yeganə səbəb hesab edilir. Nə vaxt işi görən adam özünü toplayar və münasib vaxtlarda, günün əvvəli, axırı və gecənin az bir hissəsi, xüsusən də sonu, xeyirli və saleh əməllərlə məşğul olarsa, ən mükəmməl və faydalı əməllərə nail olar. O, səadət, üstünlük və nicat tapar, asanlıq və arxayınlıqla tam şəkildə müvəffəqiyyət əldə edər, dünyəvi və şəxsi məqsədlərinə yetişər. Bu isə, Allahın din vasitəsilə qullarına göstərdiyi mərhəmətin ən böyük dəlillərindən biri, əbədi səadətin formuludur. Allah onu qulları üçün təyin etmiş və peyğəmbərlərin dili ilə açıqlamış, asan, yüngül və hər cəhətdən müyəssər etmişdir. Əməl sahiblərinə lütfkar davranaraq keçilməz və çətin maneələri asanlaşdırmışdır.

Göründüyü kimi bu əzəmətli hədisdən çoxsaylı qaydalar çıxarılır.
Birinci qayda, şəriətin hər sahəsini əhatə edən asanlığın olması.
İkinci qayda, məşəqqət baş verdiyi vaxt yüngülləşdirici amilləri işə salır.
Üçüncü qayda, əmr olunan işə bacardığın qədər riayət etmək.
Dördüncü qayda, əməl sahiblərini fəallaşdırmaq, onları əməllərin bəhrə verdiyi xeyir və savabla müjdələmək.
Beşinci qayda, Allaha doğru necə getmək barəsində ümumi formalı tövsiyə. O, hər şeyi əvəz edə bilər, lakin heç nə onu əvəz etməz.
Geniş mənalı və faydalı sözlər verilən Peyğəmbərə Allahın salavatı və salamı olsun
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Aşk yalan

14 Mart 2014 10:47

Dini xeberleri xoşşlayıram teşekkürler

LlLesiARe

21 Fevral 2014 12:05

Sitat: Sevil♥Malik
LlLesiARe,
Gecde olsa ilk xeberin mubarekdi

ayy cox sag ol love

Jenny J

19 Fevral 2014 07:36

LlLesiARe,
Gecde olsa ilk xeberin mubarekdi sevgi
--------------------
Wow man, this is weird on acid..



LlLesiARe

18 Fevral 2014 23:43

Sitat: ateist....ka
maraqsizidi

onda baxma.. seni mecbur eliyen yoxdu

Ayse_Skazocka

6 Yanvar 2014 12:40

Maraqli idi.....

ateist....ka

4 Yanvar 2014 17:01

maraqsizidi.yenede emeye gore twk

LlLesiARe

19 Dekabr 2013 23:33

Qismet directioner,
sag ol sevgi

Qismet directioner

19 Dekabr 2013 22:10

1_DiReCTiOnER,
Beqre suresini oxumusam.ALLAH RAZİ OLSUN.
ilk xeberini TEBRİK EDİREM.arzu edirem ki,xeberlerinin sayi 1000 olsun. sevgi

LlLesiARe

17 Dekabr 2013 18:25

princess jasmin,
PERSONA_NON_GRATA,
❃FloRal❃ ,
tewekkurler kizlar feel

❃FloRal❃

17 Dekabr 2013 18:20

Ilk xeberini tebrik edirem
--------------------

***
❃❃❃

***

PERSONA_NON_GRATA

17 Dekabr 2013 16:21

Allah hamımızzı qorusun.. amin!!!




--------------------------------------------------------------

İnsan bir fabrik olsaydı, nə istehsal edərdi?!.. - Əlbəttə ki, bəhanə... :)

Princess Jasmin

17 Dekabr 2013 12:35

İlk xeberindi tebrikler ardi gelsin gozelim :)
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

LlLesiARe

17 Dekabr 2013 12:09

Sitat: Night Wolf
tebrikler bacim İNSALLAH daha da çox xeberlerin olar
cox maraqli xeber hazirlamisan eger birinci xeberin HEDİSler kimi gozel xeberidrise demek ki Senin coxlu-coxlu maraqli xeberlerin olacaq

Cox sag ol gozel sozlere gore feel

A_K,
tewekkur edirem baci

Night Wolf

16 Dekabr 2013 23:14

tebrikler bacim İNSALLAH daha da çox xeberlerin olar
cox maraqli xeber hazirlamisan eger birinci xeberin HEDİSler kimi gozel xeberidrise demek ki Senin coxlu-coxlu maraqli xeberlerin olacaq
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

16 Dekabr 2013 21:21

Allah razı olsun! Ïlk xeberinde műbarekdi) ardı gelsin..
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Arizona

16 Dekabr 2013 21:03

Salam. Cox gozel. ALLAH RAZİ OLSUN İNSALLAH AMİN YA REBBEL ALEMİN. ALLAHİ SEVEN, PEYĞƏMBƏRİ DƏ SEVMƏLİDİ, PEYĞƏMBƏRİ SEVƏN ONUN ƏMANƏTİNİ DƏ SEVMƏLİDİR. QURAN VƏ ƏHLİ BEYT