Loading...
Bu gün Aşuradır

Bu gün Aşuradır

Loading...

Bu gün Aşuradır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, bu gün Azərbaycanda Aşura günüdür.

Məlumata görə, fətvada bildirilir ki, 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə, Aşura günü noyabrın 14-nə təsadüf edir.

Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.

Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq. Aksiya aşağıdakı məscidlərdə keçirilir:

1. Yasamal rayonu - Təzə Pir məscidi

2. Yasamal rayonu - Hacı Soltanəli məscidi

3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi

4. Səbail rayonu - İçərişəhər Cümə məscidi

5. Suraxanı rayonu - Qaraçuxur məscidi

6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri - Cümə məscidi

9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhəri - Heydər məscidi

11. Şəki şəhəri - Cümə məscidi

12. Lənkəran şəhəri - Böyük bazar məscidi

13. Bərdə şəhəri - Cümə məscidi

14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi

Səhər saat 09:00-dan başlayacaq aksiyaya QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah saat 11:00-da Təzə Pir məscidində qatılacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Arizona

14 Noyabr 2013 20:43

Gel haraya Ya Hüseyn

Karacicek

14 Noyabr 2013 20:24

Sitat: ıssız adam
ALLAH butun sehidlere rehmet ve bizlerede bele gozel olum nesib etsin AMIN!xebere gore Allah razi olsun

Dizzy

14 Noyabr 2013 19:04

Allah Bütün Şəhidlərmizə Rəhmət Eləsin Dünəndə Mən Məcidə Qalmışdım Çox Az Sayıda Məcidə Qalan Var İdi .

Academik

14 Noyabr 2013 18:51

ALLAH butun wehidlere rehmet elesin...Allah her kesin dualarin qebul etsin hemcinin nezirleride..xebeer gorede tewekkurler..

ms_dynamite

14 Noyabr 2013 18:49

Goz yasim leysan olub sehrada bir deryadi bu, Gel gedek burdan Huseynim qanli bir deryadi bu...
Lebbeyk ya Huseyn (e.s)
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

ıssız adam

14 Noyabr 2013 18:30

ALLAH butun sehidlere rehmet ve bizlerede bele gozel olum nesib etsin AMIN!
mende Imamzadeye ziyarete getmisdim Allah butun nezirleri ve dualari qebul etsin AMIN!

xebere gore Allah razi olsun