Loading...
Şiə nəzərindən nübüvvət

Şiə nəzərindən nübüvvət

Loading...

Şiə nəzərindən nübüvvət

Şiələr ALLAHın kitabı, Peyğəmbərin sünnəsi və Əhli-beyti-nin aydın rəvayətlərinə tabe olaraq təkcə Muhəmməd ibni Əbdüllahı ALLAHın fərmanı ilə dünya səviyyəli bir risalətə məbus olunan peyğəmbər hesab etmir, həm də o həzrətin peyğəmbərlərin sonuncusu və ilahi elçilərin ən üstünü, fəzilətlisi olmasına inanırlar. Şiənin böyük rəhbəri Əliyyibni Əbi Talib özünün dəyərli kəlamlarında bu həqiqəti belə izhar edir:
وَ اَشْهَدُ اَنْ لَا اِلَهَ اِلاَّ اللّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُولُهُ خَاتَمُ النَّبِيِّينَ وَ حُجَّةُ اللّهِ عَلَي الْعَالَمِينَ“

Şəhadət verirəm ki, yeganə və misilsiz ALLAHdan başqa heç bir məbud yoxduræ şəhadət verirəm ki, Muhəmməd ALLAHın bəndəsi, Onun Peyğəmbəri, peyğəmbərlərin sonuncusu və ALLAHın bütün aləmdəkilərə olan höccətidir.İmam Sadiq (ə)-da buyurur:
لَمْ يَبْعَثِ اللّهُ عَزَّ وَ جَلَّ مِنَ الْعَرَبِ اِلاَّ خَمْسَةَ اَنْبِيَاءٍ هُودًا وَ صَالِحًا وَ اِسْمَاعِيلَ وَشُعَيْبًا وَ مُحَمَّدًا خَاتَمَ النَّبِيِّينَ¸
“ALLAH ərəb qövmü arasından yalnız beş peyğəmbər seçmişdir: Hud, Sad, İsmail, Şüeyb və peyğəmbərlərin sonuncusu olan həzrəti Muhəmməd.”Bu şərif hədis son dərəcə şiələrə nisbət verilən yersiz itti-hamların əsassız olduğunu açıq-aşkar şəkildə isbat edir və həzrət Muhəmməd ibni Əbdüllahı peyğəmbərlərin sonuncusu kimi təqdim edir.Deməli, bütün dünya şiələri Cəbrəili risalətin çatdırıl-masında əmanətdar hesab edir və Muhəmməd ibni Əbdüllahı haqq peyğəmbər, ilahi peyğəmbərlərin sonuncusu olaraq qəbul edir, Əliyyibni Əbi Talibi isə o həzrətin vəsisi və canişini bilirlər.Burada həm sünnü, həm də şiələr tərəfindən yekdil nəzərlə qəbul edilən, onların mötəbər kitablarında bəyan edilən bir hədisi sizin nəzərinizə çatdırırıq. “Mənzilət” hədisi ilə tanınan bu hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün risalətinin xatəmiyyətini (sonuncu risalət olmasını) bəyan etdikdən sonra Əli (ə)-ı özünün vəsi və canişini kimi təqdim edir:
اَمَا تَرْضَي اَنْ تَكُونَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَي اِلاَّ اَنَّهُ لَا نَبِيَّ بَعْدِي“
Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsunæ (yəni Harun Musanın vəsisi və canişini olduğu kimi sən də mənim xəlifəm canişinim olasan)æ bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”Sənəd nəzərindən islamın böyük mühəddislərinin-istər sünnü, istərsə şiə-etimad etdiyi bu rəvayət, aşağıdakı məsələlərdə şiələrin sözünün düzgün olmasını çatdırır:1-Muhəmməd ibni Əbdüllah (s.ə.v.v) ALLAH peyğəm-bərlərinin ən əzizi və ilahi elçilərin sonuncusudur ki, böyük ALLAHın əmri ilə əbədi və dünya səviyyəli risalətəHaşiyələr:“Biharul-ənvar”, 11-ci cild, səh.42, Beyrut çapı, 403-cü ilŞiələrin nəzərindən Peyğəmbər (s.ə.v.v)-in peyğəmbərlərin sonuncusu (xətm edəni) olmasını göstərən rəvayətlər barəsində əlavə məlumat almaq üçün Ustad Cəfər Sübhaninin “Məfahimul-Quran” kitabına baxa bilərsiniz.Bu hədisin çoxlu mənbələri vardır, o cümlədən: 1-”Səhihi Buxari”, 6-cı cild, səh.3 Misir çapı, “Təbuk qəzvəsi” bölməsi, 2-”Səhihi Müslim”, 7-ci icld səh.120, Misir çapı, Fəzailul-Əli babı, 3-”Sünəni ibni Macə”, 1-ci cild, səh.55 Misir çapı, Fəzailu əshabin-Nəbi babı, 4-”Müstədrək” (Hakim), 3-cü cild, səh.109 Beyrut çapı, 5-”Müsnədi Əhməd”, 1-ci cild, səh.170, 177, 179, 182, 184, 185 və 3-cü cild, səh.32, 6-”Səhihi Tirmizi”, 2-ci cild, səh.21, Beyrut çapı, Əliyyibni Əbi Talibin fəzilətləri babı, 7-”Mənaqib” (ibni Məğazili), səh.27, Beyrut çapı, 1403-cü il, 8-”Biharul-Ənvar”, 37-ci cild, səh.254, Beyrut çapı, 1430, 9-”Əl-Əxbar” (Şeyx Səduq), səh.74, Beyrut çapı, 10-”Kənzul-Fəvaid”, 2-ci cild, səh.168, Beyrut çapı, 1405-ci il“Ali İmran” surəsi, ayə:28“Nəhl” surəsi, ayə:106seçilmişdir, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdir.2-Əliyyibni Əbi Talib (ə) Peyğəmbər (s.ə.v.v)-in haqq canişini və vəsisi, həmçinin ondan sonra müsəlmanlar arasındakı xəlifəsidir
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Arizona

11 Noyabr 2013 17:51

Salam. Xebere gore cox tesekkur smile

ayka1998a

10 Noyabr 2013 16:44

Allah razi olsun !

A_K

10 Noyabr 2013 13:08

Şiə-Sűnnə sőhbeti qəliz məsəladir biraz onlar haqqında danış danış bitmez. Burdada o qederde başa dűşűlesi kimi yazılmayıb.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

❃FloRal❃

10 Noyabr 2013 08:33

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Səməd

9 Noyabr 2013 20:42

princess jasmin

ALLAH senden razi olsun bilmediyimide bildim. good

Night Wolf

9 Noyabr 2013 19:53

ALLAH BÜTÜN MÜSƏLMAN QARDAŞ VƏ BACILARIMIZI QORUSUN AMİN
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MisS

9 Noyabr 2013 18:40

Dəyərli xəbərdir bu ALLAH razı olsun