Loading...
İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver...

İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver...

Loading...

İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver...

ALLAHın rəhmət və kərəmindən hər nə qədər danışsaq, yenə də azdır. Əgər desək ki, anadan da mehribandır, səhv etmərik.

Pərvərdigar sevgi və mehrlə biz insanları xəlq etmişdir. ALLAHda heç bir nöqsan yoxdur ki, kiminsə kinini qəlbinə salsın. Quran buyurur: “Şübhəsiz, ALLAH Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. ALLAHa şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 48). Müşrik o kəsdir ki, qəlbini Ondan qeyrisinə bağlayar. Ancaq bizim Ondan başqa ümid yerimiz yoxdur.

“De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, ALLAHın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, ALLAH (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53).

Qurani-Kərimdə buyurulur: “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25). ALLAH bizim gördüyümüz hər bir işdən xəbərdardır. O zaman ki, bəndə gördüyü pis işə görə peşman olar, ALLAHın mehr və məhəbbətinə layiq olar.

Bəs bizim qarşımıza çıxan çətinliklər nəyə görədir?

Quran bu sualına cavabında buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).
Hər birimizin həyatında müəyyən çətinliklər vardır. Onların müxtəlif səbəbləri olur. Bəziləri o zaman olur ki, biz səhv yol ilə gedərik. Bu zaman ALLAHa təvəkkül edər və Ondan yardım istəyərik. Bəzən də müvəffəqiyyətə çatmaq üçün olar. Bu zaman insan qəlbini möhkəm bir Yardımçıya, Himayəçiyə bağlayar. Çünki bilir ki, Ondan savayı insana yardım edə biləcək həqiqi bir Varlıq yoxdur.

İbrətli əhvalat.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.

Həmin günün sabahısı bir gəmi səsinə yuxudan ayılır. Gəmi onu xilas etmək üçün gəlmişdi. Kişi onu xilasedənlərdən soruşur: “Siz haradan bilidiniz ki, mən burdayam?” Onlar deyirlər: Biz sənin bizə alov ilə verdiyin əlaməti gördük”.

O zaman ki, vəziyyətin xarab olduğunu zənn edirik, hövsələsizlik edib, üsyan edirik. ALLAH bu əziyyət və çətinliklə bizi imtahana çəkir və hətta üsyan etsək belə, yardım əli həmişə üzərimizdədir.

Ona görə səbir etməyi öyrənməliyik. Bir çətinliklə qarşılaşan zaman ALLAHa təvəkkül etmişiksə, Ona etimad etməliyik. Çünki O, bizləri anamızdan da çox sevir...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Arizona

19 Noyabr 2013 21:12

Salam. Minnetdaram xebere gore. ALLAH KOMEYİNİZ OLSUN İNSALLAH AMİN

❃FloRal❃

18 Noyabr 2013 21:52

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Simran

18 Noyabr 2013 16:37

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.

Həmin günün sabahısı bir gəmi səsinə yuxudan ayılır. Gəmi onu xilas etmək üçün gəlmişdi. Kişi onu xilasedənlərdən soruşur: “Siz haradan bilidiniz ki, mən burdayam?” Onlar deyirlər: Biz sənin bizə alov ilə verdiyin əlaməti gördük”.

O zaman ki, vəziyyətin xarab olduğunu zənn edirik, hövsələsizlik edib, üsyan edirik. ALLAH bu əziyyət və çətinliklə bizi imtahana çəkir və hətta üsyan etsək belə, yardım əli həmişə üzərimizdədir.

Ona görə səbir etməyi öyrənməliyik. Bir çətinliklə qarşılaşan zaman ALLAHa təvəkkül etmişiksə, Ona etimad etməliyik. Çünki O, bizləri anamızdan da çox sevir...

PERSONA_NON_GRATA

18 Noyabr 2013 16:35

ALLAH mənə yoxluğuyla belə içimi isidən, öz yanına aparsa da unutmadığım insanları bəxş etdi.. ALLAHIM mənə hər elıimi uzatdığımda tuta biləcəyim əllər verdi.. Ömrüm boyu əldə etmək üçün çaba göstərəcəyim arzular, istəklər verdi... Çox xoşbəxtəm ki, Hər yalnız qalanda sığına biləcəyim bir ALLAHIM var... Sizcə mən ALLAHa səndən narazıyam deyə bilərəm mi, mənə etdiyi bu yaxşılıqlardan sonra?!..

Simran

18 Noyabr 2013 16:18

Maraqlı xeberdir

A_K

18 Noyabr 2013 16:08

Yűcə Allahım haqqında onu deyə bilərəmki " Onu gőrməsəm belə varlığını hiss etdirən yeganə,əvəz olunmaz yűcə tanrımdır."
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin