Loading...
İmam Sadiq (ə) axirəzzəman əlamətləri haqqında #2

İmam Sadiq (ə) axirəzzəman əlamətləri haqqında #2

Loading...

İmam Sadiq (ə) axirəzzəman əlamətləri haqqında #2

Mömin pis əməllərə qarşı ürəyində etiraz etməkdən savayı əlac tapmır;
hakimiyyətdə olanlar kafirlərə yaxınlaşıb xeyr əhlindən (möminlərdən) uzaq qaçırlar;
hakimlər hökm verəndə rüşvət alırlar;
…adamlar öz məhrəm qohumları ilə evlənirlər;
iftira əsasında adam öldürürlər;
…kişi öz arvadının əxlaqsızlıqla əldə etdiyi qazancın hesabına yaşayır, özü də bunu bilə-bilə edir;
qadın öz ərinə başçılıq edir, ərinin razı olmadığı işləri görür;
arvad öz ərinə cibxərcliyi verir;
kişi öz arvadını və qulluqçusunu zina üçün başqalarına kirayə verir;
…tez-tez ALLAHın adına yalan andlar içilir;
aşkarda qumar oynanılır və maneəsiz şəkildə şərab satılır;
…camaatı öz gücü ilə qorxudan adam şərəfli insanları alçaldır;
hakimlərə ən yaxın olanlar bizi (Əhli-beyti) təhqir edənlərdir;
bizi sevənləri yalançı sayıb şahidliyini qəbul etmirlər;
camaat nahaq danışmaqda bir-biri ilə yarışır;
Quranı dinləmək camaata çətin və ağır gəlir, əksinə, nalayiq sözləri və səsləri eşitmək isə onların xoşuna gəlir;
qonşu qonşuya dilinin qorxusundan hörmət edir;
ALLAHın hədləri (yəni cinayətlərə görə verilən cəzalar) icra olunmur və ya şəxsi istəklərə əsasən icra edilir;
məscidlər qızılla və şəkillə bəzədilir;
…qeybəti duzlu-məzəli zarafat kimi qəbul edirlər;
ALLAH yolunda deyil, başqa niyyətlə həccə və cihada gedirlər;
hökmdar kafirin xatirinə mömini incidir;
xarabalıqlar abadlıqları üstələyir;
camaat çəkidə aldatmaqla dolanır;
qan tökmək əhəmiyyətsiz iş sayılır;
…namaza etinasız yanaşırlar;
çoxlu mal-dövləti olan adam bu sərvəti əldə etdiyi vaxtdan bəri zəkatını vermir;
…namaz qılan özünü göstərir və riyakarlıq edir;
fəqih din naminə deyil, başqa məqsəd üçün elm öyrədir, dünyaya və vəzifəyə uyub;
…halal ruzi dalınca qaçan adama tənə vurur, haram qazananın qabağında təzim edirlər;
Məkkə və Mədinədə ALLAHın bəyənmədiyi işlər görülür, heç kim də buna qarşı çıxmır və mane olmur;
bu müqəddəs məkanlarda musiqi səsləri aşkar eşidilir;
hər kim haqq söz danışsa, yaxşı işlərə çağırıb pis işlərdən çəkindirsə, başqaları ona nəsihət verib deyirlər ki, bu, sənin işin deyil;
…ölüyə məsxərə edirlər və ölü üçün ağlayan yoxdur;
hər il əvvəlkindən daha çox pislik və bidət meydana çıxır;
…fəqirə nə isə verəndə gülüb ələ salırlar;
səmadan nişanələr görünür, amma bundan qorxmurlar;
…at-anaya ağ olmaq halları açıq-aşkar görünür;
…qadınlar hakimiyyətə çatıb bütün işləri ələ keçiriblər və hər bir iş onların istəyincə olur;
oğul ataya iftira atır, ata-anaya qarğış edir və onların ölümünə sevinir;
adam bir gün günah etməsə, çəkidə aldatmasa, şərab içməsə kədərlənir, elə bilir ki, həmin günü hədər gedib;
hökmdar möhtəkirlik edir;
Peyğəmbər nəslinin payı (xüms) zülmə sərf olunur, hətta onunla qumar oynayır, şərab alıb içirlər;
şərabı müalicə üçün işlədir, xəstəyə dərman kimi məsləhət görürlər;
…münafiqlər hay-küy salır, haqq əhli sakit durub;
…məscidlər orada ALLAHa asilik edənlərlə, haqq əhlinin qeybətini edib ətini yeyənlərlə, şərabı tərifləyənlərlə doludur;
ağlını itirmiş sərxoş adam camaat namazına imamlıq edir, heç kim ona eyib tutmur, əksinə, ona hörmət edir, ondan qorxur və öz halına buraxırlar, sərxoşluğuna görə cəzalandırmır və üzürlü sayırlar;
yetim malı yeyənləri tərifləyirlər;
qazılar ALLAHın buyurduğunun əksinə hökm verirlər;
…minbərdən camaatı təqvaya çağıran adam özü dediyinə əməl etmir;
namazı vaxtın əvvəlində qılmırlar;
…camaatın bütün dərdi-səri yalnız qarnı doldurmaq və cinsi həvəsdən ibarətdir, nə yediklərindən və kiminlə əlaqədə olduqlarından qorxmurlar…
Belə bir zamanda yaşasan, özünü qoru, ALLAHdan nicat dilə. Bil ki, camaat ALLAHın qəzəbinə tuş gəlib, ALLAH onlara nəyə görə isə möhlət verir. Çalış, camaatın etdiyini etməyəsən ki, onlara əzab nazil olanda sən ALLAHın mərhəmətini qazanasan… Bil ki, ALLAH gözəl əməl sahiblərinin savabını zay etməz və gözəl əməl sahibləri ALLAHın mərhəmətinə yaxındırlar”.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

MisS

28 Oktyabr 2013 17:50

Allah razı olsun!

F_N

28 Oktyabr 2013 17:10

Demek olar ki,hamsi baw verir indi.((((

Starbucks

26 Oktyabr 2013 21:33

Allah razı olsun!
Allah Qorusun!
--------------------
Follow İnstagram: @anti_standart

❃FloRal❃

26 Oktyabr 2013 21:23

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

A_K

26 Oktyabr 2013 14:32

Demek olarki heçbirini etmirem. Allah insanı bu şeytan emellerinden qorusun. Amin
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

26 Oktyabr 2013 14:24

Cox super sag ol xebere gore din movzularindan xosum gelir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!