Loading...

İmam Sadiq (ə) axirəzzəman əlamətləri haqqında
Din
- 24 Oktyabr, 2013
- 2 489 Baxış
Loading...

Bir gün İmam Cəfər Sadiq (ə) tərəfdarlarından biri ilə dünyanın işləri barədə müzakirə aparırdı. Həmin adam dünyada baş verən zülm və ədalət barədə bəzi suallar verdi. İmam onunla uzun söhbət etdi.
Həmin söhbət əsnasında bu sözləri də buyurmuşdu:
Şeytan səni aldatmasın. İzzət ALLAHa, Onun Rəsuluna və iman sahiblərinə məxsusdur, amma münafiqlər bunu bilməzlər.
Məgən bilmirsən ki, hər kim bizim hakimiyyətimizi (yəni İmam-zamanın zühurunu) gözləsə, zülm və əziyyətlərə dözsə, qiyamət günündə bizimlə (Əhli-beytlə) eyni sırada məhşərə gətirilər?
Nə zaman ki gördün haqq ölüb və haqq əhli aradan geib;
zülm şəhərləri bürüyüb;
Quranın hökmləri unudulub və Quranda olmayan hökmlər ona yol tapıb;
ayələr hər kəsin istəyinə görə təfsir olunur;
din su kimi qarışıb;
batil əhli haqq əhli üzərində böyüklük edir;
pislik aşkardadır və ondan çəkindirən yoxdur;
pis iş görəni üzrlü bilirlər;
günah aşkarda edilir;
kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənirlər (yəni cinsi pozğunluq yayılıb);
mömin adam ağzına su alıb susur, çünki sözünə qulaq asan yoxdur;
fasiq (günahkar) yalan danışır və yalanını üzünə vuran yoxdur;
kiçik böyüyü alçaldır;
qohumlarla rabitə unudulub;
hər kimin günahını tərifləsələr şad olub gülür və heç kim onu danlamır;
…yaltaqlıq çoxalıb;
bir kəs öz malını ALLAHa itaət əvəzinə başqa yollara xərcləyəndə onu bu yoldan çəkindirmir və qabağını almırlar;
əksinə, möminin əməllərini görəndə bu əməllərdən ALLAHa sığınırlar;
qonşu qonşunu incidir və ona mane olan yoxdur;
…şərabı aşkarda içirlər;
ALLAHdan qorxmayanlar yığışıb şərab məclisi təşkil edirlər;
insanları yaxşı işlərə doğru çağıranlar, …Quran və təfsir əhli, həm də onları sevənlər əskik sayılırlar;
…ALLAHın evi (Kəbə) boş qalıb və onu ziyarət etməməyi təbliğ edirlər;
həm kişi, həm də qadın öz cinsiyyət üzvünün hesabına (yəni əxlaqsızlıqla) dolanır;
…sərvətli adam mömindən daha qiymətli sayılır;
sələmçilik aşkarda edilir, buna görə heç kimi danlamırlar;
qadın zina edərsə təriflənir;
…camaat yalan şahidliyə inanır;
haram halala çevrilir, halal da harama;
…camaat ALLAHa o qədər asi olub ki, günah etmək üçün heç axşamın düşməsini də gözləmir (yəni gündüz vaxtı, hamının gözü qarşısında günah edilir);

OXŞAR XƏBƏRLƏR
Загрузка...