Loading...
Zəkat

Zəkat

Loading...

ZƏKAT

 

Zəkat


Zəkat İslam dininin 5 təməl şərtindən biridir.Malla bağlı bir ibadət olan zəkat imkanlı müsəlmanların yerinə yetirməli olduqları fərz əməlidir. Zəkat hicrətin ikinci ilində orucdan qabaq fərz qılınmışdır.Önəminə görə QURANİ-KƏRİMdə otuz iki yerdə zikr olunmuşdur.
Zəkat lüğətdə artma,çoxalma,təmizlənmə,təmizlik və bərəkət kimi mənalara gəlir.Dinimizdə isə bir malın müəyyən miqdarını müəyyən bir zaman keçdikdən sonra ehtiyacı olan müsəlmanlara
ALLAHın razılığını qazanmaq üçün zəkat niyyətilə vermək deməkdir.
Zəkat insanlar arasında sevgi,qardaşlıq və səmimiyyət bağlarını gücləndirir,ehtiyac içində olan insanları sevindirir,xəsislik və həsəd hisslərini yox edir,cəmiyyəti meydana gətirən fərdlər arasında birlik və bərabərlik doğmasına səbəb olur.
Zəkat möminlərin ALLAH sevgisini,mal və sərvət sevgisinindən üstün tutduqlarını göstərən bir xüsusiyyət daşıyır.Çünki zəkatı verən kəs onu alan şəxsdən heç bir qarşılıq gözləmir.Bunu yalnız ibadət məqsədilə ALLAH rizası üçün edir.Bu da mömin olmağın gözəl bir işarəsidir.
Unutmamalıyıq ki,hər kəsin qazancında onun ətrafının,ətrafdakı kasıb və kimsəsizlərin də bir payı bir əməli vardır.”Varlıların mallarında dilənçinin və yoxsulun haqqı var(Zariyat 19)”ayəsi bizlərə bu həqiqəti bildirməkdədir.Zəkat,fitrə,sədəqə və başqa vasitələrlə bu haqqı sahiblərinə çatdırmaq lazımdır.
Zəkatın aşkar şəkildə verilməsi daha fəzilətli hesab olunur.Çünki bu şəkildə digər insanlara nümunə olmaq və onları da bu ibadətə təşviq etmək mümkündür.Təbii ki,burada niyyətin saf olması vacibdir.
Zəkatın ibadətin müsəlmanara fərz buyrulmasının bir çox hikmətləri varBir hədisdə belə buyurulmuşdur:”Mallarınızı zəkatla qoruyun,xəstələrinizi sədəqə ilə müalicə edin,bəla dalğalarını isə dua və yalvarışla dəf edin”.Deməli,zəkat sayəsində mallar qorunmuş olur.Sədəqələr isə maddi və mənəvi xəstəliklər üçün bir dərman rolunu oynayır.
Həqiqətən də zəkat və sədəqə verənlərin mallarında və canlarında bir bərəkət,bir sağlamlıq hiss olunur.Bundan daha önəmlisi isə, zəkat verənlər uca ALLAHın rizasını qazanıb nə qədər mənəvi mükafatlara qovuşur,nə qədər mənəvi təhlükələrdən qurtulurlar.
Zəkatın hər cəhətdən faydası böyükdür.Bildiyimiz kimi,insan xislətində mühüm yer tutan mal və mülk sevgisi insanı ülvi hisslərdən məhrum edir,onu bəzən neqativ əməllərə sürükləyir.Zəkat sayəsində isə qəlbin bu zərərli duyğuya qarşı müqaviməti yaranır,insanda şəfqət və əliaçıqlıq duyğuları fotmalaşır.
Bundan başqa,zəkat sosial həyatın əmin-əmanlığının zəmanəti,həmçinin ALLAHın nemetlerinə qarşı bir şükür formasıdır.
Dinimiz yaradımlaşmanı,kasıblara əl tutmağı əmr etsə də,heç kimə əllərini sallayraq oturmaq,tənbəllik etmək,başqalarının əlinə baxmaq haqqı vermir.Çünki sevimli Peyğəmbərimiz(s.ə.s.)"Verən əl alan əldən üstündündür."(İsmail Muhammed Əl-Achuni,Kəşfu`l-Xefa 2/539)buyuraraq verən əl olmağımızı tövsiyyə etmişdir. Verən əl ola bilmək üçün isə çalışıb qazanmaq lazımdır.Dinimizdə heç bir iş görmədən”ALLAHa”təfəkkür deyib əlini ağdan- qaraya vurmamağın yeri yoxdur.Çünki müsəlman çalışqan,qənaəcil,tədbirli,zəkatı alan deyil veren olamağa cəhd göstərən,dürüst bir insan deməkdir.Əmək qabiliyyəti olanlar mütləq işləməli və yoxsulluqdan qurtarmaq üçün qanunu olan hər çarəyə baş vurmalıdır.Zəkat ancaq əmək qabiliyyətini itirmiş,başqalarına möhtac olanalara verilməlidir.Yoxsa sağlam və əmək qabiliyyəti olan şəxslərin işləməyib zəkat və fitrə gözləməli dinimiz tərəfindən bəyənilməyən bir hərəkətdir.
Hz.Peyğəmbər(s.ə.s.)”Zəkat islamın körpüsüdür”.(İsmail Muhəmməd əl-Acluni, Kəşfu`l-Xefa 1/530)buyuraraq zəkat sayəsində cəmyyətin müxtəlif kəsimləri arasında bir bağ qurulmasına və bu bağın gücləndirilməsinə işarə etmişdir.Həqiqətən zəkat sosial tarazlığın təmin olmasında gözəl bir vasitə xoş bir örnəkdir.


Allah bütün qurbanlarınızı verdyiniz fitrə və zəkatları qıldığınız namazları qəbul elesin AMİN!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

A_K

20 Noyabr 2013 14:22

Zəkat İslam dininin 5 təməl şərtindən biridir. ama hele unu yerine yetirmemişem. Allah qismet eder bir gűn.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

2 Noyabr 2013 20:03

Cox sag olun ezizilerm ALLAH HAMİNİZDAN RAZİ OLSUN
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

2 Noyabr 2013 00:13

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

MisS

1 Noyabr 2013 20:22

Allah razi olsun

Rosalia✿

1 Noyabr 2013 19:27

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

LlLesiARe

1 Noyabr 2013 19:02

Allah razi olsun Night maraqli ve deyerlii melumata gore