Loading...
Cinlərdən qorxmaq lazımdırmı?

Cinlərdən qorxmaq lazımdırmı?

Loading...
Cinlərdən qorxmaq lazımdırmı

İnsanlar tarix boyu tanımadıqları bu varlıqlara qarşı müxtəlif reaksiyalar nümayiş etdirmişdilər. Bu əqidələr qəlblərdən-qəlblərə ötürülərək, bizim nəslə qədər gəlib çatmışdır. Onların nəzərinə görə cinlər biz insanlara daima ziyan vurur və əziyyət verirlər. Nə zaman əlacsız xəstəliyə düçar olsalar, onu cinlərə nisbət verirlər.

Psixi xəstələrin bir çoxu öz xəstəliklərinin səbəbini cinlərlə bağlayırlar. Ətrafdakılar da onlara cin vurmuş insan ləqəbini qoyur. Aydındır ki, həddən artıq qorxu və dəhşət hissi çox sayda ruhi xəstəliklərə gətirib çıxara bilər. Hansı insan bu varlıqlarla qarşılaşıb qorxmağa bilər ki?

Ancaq bu xəsətliklərin hamısını cinlərlə bağlamaq düzdürmü? Bu gün tibb elmi sübut etmişdir ki, bir çox xəstəliklərin amili mikroblar və vuruslardır ki, gözə görünmürlər. Onlar insan bədəninə daxil olub onu xəstələndirirlər. Bəzi avam insanlar isə epilepsiya xəstəliyini belə cinlərlə bağlayırlar. Bu insanların şübhəsini bu ayə ilə aradan qaldırmaq olar: “(ALLAH) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz. Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (ALLAH onları agah edər). ALLAH onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)” (“Cinn” 26-27).

Bəli, insan günah işlədən zaman şeytanın tələsinə düşür və buna görə də ruhu zədələnir və nurunu itirir. Belə bir insanda müxtəlif ruhi dəyişikliklər baş verə bilər. Ancaq cinlərin insana ziyan vurması və bütün xəstəliklərinin amili olması fikri yanlışdır.

Əllamə Təbatəbai yazır: “Bunu inkar etmək olmaz ki, (dəli olmaq) mümkün bir işdir. Baxmayaraq ki, Quran ayəsi (Bəqərə” 275) bunu sübut etmir ki, bütün dəlilər şeytana toxunmaq nəticəsində dəli olurlar. Ancaq bəzi dəlilər şeytanın məssi nəticəsində dəli olurlar”.

“Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir”. (“Bəqərə” 275).

Cinlərin və şeytanın şərindən amanda qalmağın ən yaxşı yolu - elmi və agahlığı artırmaqdır. Çünki onlar da insanlar kimi yaxşı və pis olurlar. Onlar insanların arasında yaşayırlar və sayları da biz insanlardan çoxdur. Onlarla görüşmək heç kim üçün inkaredilməzdir. Ancaq bütün xəstəlikləri onlarla bağlamaq məntiqli deyildir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

səbuhi

6 Oktyabr 2013 22:54

psix adamlar görür amma eslində görmək mümkün deyil

Arizona

6 Oktyabr 2013 12:01

Salam. Dogurdan da var cinler. Xebere gore minnetdaram

ToM RiDdle

6 Oktyabr 2013 01:56

Allah uzaq ele gece gece ureim dusdu :D
Onlarla görüşmək heç kim üçün inkaredilməzdir.
--------------------
Tural Adrian ♥

Starbucks

5 Oktyabr 2013 23:39

Gecə-gecə qorxdum))Ayka,sən bu xəbər üçün şəkil axtaranda qorxmadın??)Mən şəxsən google'da cin yazıb şəkillərini axtarışa verməyə qorxardım...;()
--------------------
Follow İnstagram: @anti_standart

❃FloRal❃

5 Oktyabr 2013 19:40

Usaq vaxt cinlerin ehvalatlari haqqinda kitab almisdim kitabxanadan, terslikden hemin gunde isiqlar sonmusdu. Kitabi sam isiginda oxuyumusdum, bir terefden qaranliq qorxu burumusdu meni lol Da nece qorxmusdumsa, o kitabi bir de almamaga and icmisdim sarcasti
--------------------

***
❃❃❃

***

LlLesiARe

5 Oktyabr 2013 18:28

Sitat: ★_EliSa_★
olmayan çeyin neyinnen qorxaq.

★_EliSa_★,
Quranda yazilibki cinlere inanmamag gunahdi

PeTTy

5 Oktyabr 2013 18:15

Quranda da cinler haqqında yazılıb, mövcuddular, destemazlı olanda adamın qabağına çıxmırlar, ayağı tersine olan insan cin sayılır

★_EliSa_★

5 Oktyabr 2013 18:13

olmayan çeyin neyinnen qorxaq. bunlar hamsı insan fantaziyasının elametleridi. Psixoloji prablemi olan adam deyir cin gördümm qoyunlar da inanır. lol mende görmek istyrem cin. hanı? psixoloji cehetden normal olan adam heç vaxt deye bilmez men cin görürem

A_K

5 Oktyabr 2013 17:34

Kimin qabağına çıxsa qorxarda
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

LlLesiARe

5 Oktyabr 2013 17:29

Bele baxanda her kes qorxur cinlerden. Yaxshisi gedim ishigi acim. Qorxdum lap