Loading...
Quranda say və söz ecazı

Quranda say və söz ecazı

Loading...
Quranda say və söz ecazı
Müqəddəs Quranın bir çox istiqamətlərdə ecazlığı onun ilahiliyinə iman gətirməyən hər kəsi çıxılmaz vəziyyətdə qoyur.
Bu yazımızda yalnız bir nöqteyi-nəzərdən – Quranın say və söz ecazkarlığından məlumat verəcəyik.
İndi isə əsrimizin 70-80-ci illərində kompyuter texnikasının köməyilə aparılmış tədqiqatların nəticələri ilə - Quranin hərf və sözləri arasında məlum olmayan sayda mövcud olan möcüzəlı əlaqələri ilə tanış olaq:
“dünya” və “axirət” sözləri hərəsi 115 dəfə işlənir. “cəza” 117, “bağışlanma” sözü isə onun 2 misli – 234 dəfə təkrarlanır.
Quranda Adəm və İsa 27 dəfə çəkilir.Fikir verin, Allahın aşağıdakı ayəsinin gizli mənalarından biri də bu deyilmi?:
“Allahın yanında İsa da Adəm kimidir”(“Ali-İmran, 59”)
Quran 7 göyün olmasını xəbər verir. Maraqlıdır ki, Allah bunu Quranda 7 dəfə təkrar edir. Allah məxluqatın cərgələrdə düzüləcəyi fikrini 7 dəfə, həmçinin “cərgə” sözünü ondan törəmiş sözlərlə birlikdə 7 dəfə bildirir. Qüdrətli Allahin peyğəmbərimizə göndərdiyi hər namazda oxunacaq “əl-Fatihə”surəsinin 7 ayədən ibarət olması da bəlkə təsadüfi deyil. Müqəddəs Quran cəhənnəmin 7 qapısının olduğunu xəbər verir və “Allahdan başqa ibadətə layiq ilah yoxdur, Məhəmməd Allahın elçisidir” şəhadəti (“Lə iləhə illəllah Muhəmmədən Rəsullullah”) 7 dəfə təkrarlanır.
Baxmayaraq ki, “şərab” (“əl-xamr”) Quranda 6 dəfə işlədilib, “Məhəmməd” surəsinin 15-ci ayəsində “cənnət şərabı”, “içkisi” mənasını daşıyır. Haram olmuşlardan biri də “donuz”dur(“əl-xinzir”), bu söz də 5 dəfə təkrarlanıb.
Quran – Allahın kəlamı olub bəşəriyyət üçün göndərilmiş ən qiymətli, ən gözəl kitabdır. Hər kəs Allahın Kitabına, sözünə iman gətirib, Onun buyurduğu kimi etsə, şübhəsiz, bəşəriyyət həqiqi xoşbəxtliyə nail olacaq.
O kəslər ki, müqəddəs Quranın Allah kəlamı olmasına şübhə etməkdədirlər, onlara Uca Allah belə buyurur: “Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz vardırsa, siz də ona bənzər surə gətirin və əgər sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allahdan savayı şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi) bu işdə köməyə çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (cəhənnəmdən) həzər edin!”(”əl-Bəqərə”, 23-24)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Alone_for_ever

18 İyun 2010 16:04

Imkanim olsaydi men de maraqli movzular yazardim.Ama...Tek qurandan deyil...Allah tealadan ve onun Rusulundan ve onun Hoccetlerinden.Chox maraqlidi.Quransa oz mocuzesi ile bu gun Avropa ve Uzaq Sherq alimlerinin fikirlerini lerzeye salib.1500 il once yazilmish Allah qanunlarini son illerde Alimler boyuk cehtden sonra ashkar ediler.Hansi ki bunu Qurani Kerim 1500 il once xeber verib.Teshekkurler.Gozel movzu idi.Bele movzulari artitin

RAMIN-JOY

13 Aprel 2010 19:11

TESEKKURLER

LARACROFT

1 Yanvar 2010 19:06

Xəbər üçün cox sağ ol ALLAH razı olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Nahid-19

1 Yanvar 2010 13:48

bele mozuya gore cox cox teshekkurler....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Vanessa

31 Dekabr 2009 21:11

Tewekur deyerli movzuya gore can)

MR.QARRI

31 Dekabr 2009 18:07

SÜBHƏNALLAH.....DOĞURDAN DA QURAN MÖCÜZƏDİ..

ALLAH RAZI OLSUN