Loading...
Dünyasını dəyişənlərə yardım

Dünyasını dəyişənlərə yardım

Loading...
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?

Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: “Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.

Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: “Yasin”, “Saffat”, “Əhzab”, “Ayətül-kürsü”, “Əraf” surəsinin 54-cü ayəsi, “Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir.

Həmçinin qəbir evinin ilk gecəsində vəhşət namazı qılmaq çox müstəhəbdir.

İmam Sadiq (ə) buyurur: “”Təbarük”lə başlayan surələri meyitin qəbirinin başında oxumaq qəbir əzabının aradan qalxmasına səbəb olar”.

Mərhum Nuri “Misbahil zaid” kitabında yazır: “Meyyiti ziyarət etməyin yolu belədir ki, qibləyə çevril və əlini qəbirə qoyaraq de:

“ALLAHım! Qürbətdə ona yardım et və onun tənhalığını öz cəmlik məqamınla rabitələndir. Onun qorxusunu təhlükəsizliyə çevir. Öz rəhmətindən ona rəhmət göndər. Onu sevdiyinə qovuşdur (Məsum İmamlara (ə)). Sonra isə “Qədr” surəsini 7 dəfə oxu”.

Bundan başqa hər gün Quran oxuyub, savabını ölülərimizə hədiyyə edə bilərik.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LlLesiARe

24 Sentyabr 2013 20:19

teshekkurler Allah razi olsun

leyli 23

24 Sentyabr 2013 19:21

Allah razi olsun

❃FloRal❃

24 Sentyabr 2013 07:25

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***