Loading...
Allahın Aslanı

Allahın Aslanı

Loading...
Allahın Aslanı


Əli bin Əbu Talib

Hz. Əli "Amul-fil"-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmışdır.[1] Atası Əbu Talib, anası Fatimə bint Əsəd olmuşdur. Hicrətin 40-cı ili ramazan ayının 21-də Kufə şəhərində şəhadətə qovuşmuşdur. Məzarı Nəcəf şəhərindədir.

Hz. Əlinin besətdən (Məhəmməd peyğəmbər(s) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (s) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra 30 il yaşamasını nəzərə almaqla onun (Hz. Əlinin) 63 illik ömrünü beş hissəyə bölmək olar:

İmamın Allah tərəfindən təyin olunması:

Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir.

İmamın ilahi biliklərə yiyələnməsi:

Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

İmamın məsum olması:

Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

İmamın ədalətli olması:

Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.

İmamın xalqdan təmənnasız olması:

İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.

İlahi rəhbərin vəzifələri

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:

1-Qurani-Kərimin mənalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;

2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;

3-Ümmət arasında etiqadi azğınlığın qarşısını almaq;

4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;

5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti yaratmaq;

6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək;


Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız Allah-taala tə'yin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu özü üçün imam seçə bilməz.

Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində olmuş və o həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara) tapşırılmışdır. Lakin həzrət peyğəmbərimizin ayrı bir vəzifəsi də var idi ki, o vəzifə imamlara aid deyildir.

Həzrət Peyğəmbərin istisna olan bu vəzifəsi vəhy yolu ilə Allah göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allah izni ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə (imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

F_N

21 Sentyabr 2013 14:09

Axira qeder oxudum,Kebe evinde dunyaya gelen yegane insan Hz.Eli

Ziya008

21 Sentyabr 2013 00:39

Chox gozel xeberdi Ellerinize saqliq . duzdu Imamlara vehy gelmez ancaq impuls geler ..derinliyine qeder bilmirem ancaq bele olmalidi sehv etmiremse ... Chunki Onlarda Allahla elaqe olub Vehy olmasada impuls olmalidi ..

❃FloRal❃

20 Sentyabr 2013 19:12

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***