Loading...

Araf surəsi (4-cü hissə)
Din
- 31 Avqust, 2013
- 3 020 Baxış
Loading...

151. (Musa da) Ey Rəbbim, məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qəbul et. Çünki Sən rəhm edənlərin ən rəhmlisisən! dedi.
152. Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlər var ha, bax onlara mütləq Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar!. Biz iftira yaxanları belə cəzalandırırıq.
153. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, şübhəsiz ki, o tövbə və imandan sonra, Rəbbin, şübhəsiz ki, bağışlayandır, rəhm edəndir.
154. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət (xəbəri) vardı.
155. Musa tə'yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları o müdhiş zəlzələ yaxalayanda Musa dedi: "Ey Rəbbim! Əgər istəsəydin onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi (günah) üzündən bizi məhvmi edəcəksən? Bu iş, Sənin sınağından başqa bir şey deyildir. Onunla istədiyini zəlalətə düçar edər, istədiyini də doğru yola salarsan. Sən bizim sahibimizi, bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən yaxşısısan! (Hz. Musanın qövmünü təmsil seçib Al lahın hüzuruna gətirdiyi kəslər, Allah ilə öz arasındakı danışmağı eşidincə, onunla kifayətlənmədilər və: " Ey Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq " dedilər. Bunun üzərinə orada şiddətli bir zəlzələ oldu və huşunu itirib düşdülər. Hz. Musa, Allaha yalvardı da bu fəlakət qaldırıldı.)
156. Bizə bu dünyada da yaxşılıq yaz, axirətdə də. Şübhəsiz biz sənə döndük. "Allah buyurdu ki: İstədiyimi əzabıma düçar edərəm Mərhəmətim isə hər şeyi əhatə edir. Onu, pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam.
157. Yanlarındakı Tövrat və İncildə yazılı tapdıqları o elçiyə, o ümmi Peyğəmbərə uyanlar (var ya), o Peyğəmbər onlara yaxşılığı əmr edər, onları pis əməlləri qadağan edir, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Ağırlıqlarını və üzərlərindəki zəncirləri endirir. O Peyğəmbərə inanıb ona hörmət göstərən, ona kömək edən və onunla birlikdə göndərilən Nura (Qurana) ardınca gedənlər məhz onlar nicat tapanlardır onlardır.
158. De ki: Ey insanlar! Həqiqətən, mən sizin hamınıza, göylərin və yerin sahibi olan Allahın elçisiyəm. Ondan başqa heç bir tanrı yoxdur, O dirildir və öldürür. Elə isə Allaha və ümmi peyğəmbər olan Rəsuluna ki, o, Allaha və onun sözlərinə iman gətirin və ona tabe olun ki, doğru yolu tapasınız.
159. Musanın qövmündən haqq ilə doğru yola aparır və onun sayəsində ədalətli davranan bir camaat vardır.
160. Biz İsrail oğullarını halında on iki qəbiləyə ayırdıq. Qövmü Musadan su istəyincə, Musaya: "Əsanı daşa vur!" deyə vəhy etdik. Dərhal ondan on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin əti endirdik. (Onlara dedik ki) "Sizə ruzi olaraq verdiyimiz əti pak yeyin." Amma onlar (əmrlərimizi dinləməməklə) Bizə deyil, ancaq özlərinə zülm etdilər.

161. Onlara deyildi ki: Bu şəhərdə (Qüdsdə) sakit olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, "bağışlanmaq istəyirik" deyin və qapıdan əyilərək girin ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını daha da artıracağıq.
162. Lakin onlardan zalım olanlar, onlara deyilən sözü başqası ilə dəyişdilər. Biz də etdikləri haqsızlığa görə onlara göydən əzab göndərdik.
163. Onlardan, dəniz sahilində yerləşən şəhər xalqının vəziyyətini soruşduq. O zaman onlar şənbə gününə hörmətsizlik göstərib həddi aşdılar. Çünki şənbə tətili etdikləri gün, balıqlar meydana çıxaraq axın-axın onlara gələrdi, şənbə tətili etmədikləri gün də gelməzlərdi. Beləliklə, biz, yoldan çıxmalarından ötrü onları belə imtahana çəkirdik.
164. İçlərindən bir dəstə: "Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?" dedi. (Öyüd-nəsihət verənləri) dedilər: Rəbbinizə bəhanə bəyan edək deyə bir də çəkinərlər ümidiylə (öyüd-nəsihət veririk).
165. Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də pislikdən nicat verdik, zülm edənləri isə günah işlədikləri şiddətli bir əzabla yaxaladıq.
166. Qürurlanıb də özlərinə qadağan olunmuş şeylərdən vaz keçməyincə onlara: Mənfur meymunlar olun! dedik.
167. Rəbbin, əlbəttə qiyamət gününə qədər onlara ən pis əzab verəcək kimsələr göndərəcəyini elan etdi. Şübhəsiz ki, Rəbbin cəzanı tez verəndir. Və O çox bağışlayandır, rəhm edəndir.
168. Onları (yəhudiləri) qrup qrup yer üzünə dağıtdıq. Onlardan yaxşı insanlar var, yenə onlardan bundan aşağıda olanları da vardır. (Pisliklərindən) bəlkə dönərlər deyə onları yaxşılıq və pisliklə sınadıq.
169. Onların ardından da (ayələri təhrif qarşılığında) bu fani dünya malını alıb, necə olsa bağışlanacağıq deyərək kitaba varis olan bəzi pis kəslər gəldi. Onlara, ona bənzər daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allah haqqında həqiqətdən başqa bir şey deməyə dair onlardan əhd alınmamışdımı? Və onlar kitabda olanları oxuyub öyrənmişdilər? Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
170. Kitaba sıx sarılıb namazı qılır var ha, biz belə əməli salehlərin mükafatını zay etmərik.

171. Bir zamanlar dağı İsrail oğullarının üzərinə kölgə kimi qaldırdıq da üstlərinə düşəcək sandılar. "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın və onun içindəkiləri yada salın ki qorunasınız" dedik.
172. Qiyamət günündə, biz bundan xəbərsizik deməyəsiniz deyə Rəbbin Adəm oğullarından, onların bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutdu və dedi ki: Mən sizin Rəbbiniz deyiləmmi? (Onlar da), Bəli (buna) şahid olduq, dedilər
173. Yaxud "Atalarımız daha əvvəl Allaha şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Batil işləyənlərin üzündən bizi məhvmi edəcəksən?" deməməniz üçün (belə etdik).
174. Bəlkə inkarda dönərlər deyə ayələrimizi belə ətraflı izah edirik.
175. Onlara (yəhudilərə), özünə ayələrimizdən verdiyimiz və lakin onlardan sıyrılıb çıxan, ona görə də şeytanın təqibinə məruz qalan və sonunda azğınlardan olan kimsənin əhvalatını oxu.
176. Əgər Biz istəsəydik, onu həmin ayələrlə ucaldardıq. Lakin o, dünyaya meyl edib nəfsinin istəklərinə uydu. Onun vəziyyəti eynilə itin məsəlinə bənzəyir üstünə cumsan da dilini çıxarıb ləhləyər, cummasan da dilini çıxarıb ləhləyər. Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Ey Peyğəmbərim! Bəlkə düşünürlər.
177. Ayələrimizi yalan hesab edib özlərinə zülm olan qövmün məsəli necə də pisdir!
178. Allah kimə hidayət verərsə, doğru yoldadır. Sapdırdığı məhz ziyana uğrayanlar onlardır.
179. And olsun ki, biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, onlarla anlamazlar; gözləri vardır, lakin onunla görməzlər; qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox zəlalətdədirlər. Bax əsl qafillər onlardır.
180. Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. O halda ONA o gözəl adlarla dua edin. Onun adları haqqında əyri yola gedənləri buraxın. Onlar etməkdə olduqlarının cəzasını alacaqlar.

181. Yaratdıqlarımız, daim haqqa çatdıran və ədaləti haqq ilə yerinə yetirən bir millət tapılar.
182. Ayələrimizi yalan hesab edənləri heç bilməyəcəkləri yerdən yavaş yavaş uçuruma aparacağıq.
183. Onlara möhlət verərəm, (amma) mənim cəzam çətindir.
184. Düşünmürlərmi ki, yoldaşında (Muhəmmədə) dəlilik yoxdur? O, ancaq açıq-aşkar bir qorxudandır.
185. Göylərin və yerin hökmranlığına, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına görmürlərmi? O halda Qurandan sonra hansı sözə inanacaqlar?
186. Allah kimi doğru yoldan sapdırsa, artıq onun üçün yol göstərən yoxdur. Və onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyar.
187. Sənə qiyaməti, nə vaxt gəlib çatacağını soruşurlar. De ki: Onun elmi ancaq Rəbbimə mə'lumdur. Onun vaxtını Ondan başqası açıqlaya bilməz. O göylərə də yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir. Sanki sən onu bilirmişsən kimi səndən soruşurlar. De ki: Onun məlumatı ancaq Allah dərgahında mə'lumdur, lakin insanların çoxu bunu bilmir.
188. De ki: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda və ya zərər verəcək gücə sahib deyiləm. Əgər mən qeybi bilsəydim əlbəttə daha çox xeyr etmək istəyərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm."
189. Sizi tək bir candan (Adəmdən) xəlq edən, ondan da yanında dinclik tapsın deyə yoldaşını (Həvvanı) yaradan Odur. Həyat yoldaşı ilə, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu). Onu bir müddət daşıdı. Hamiləliyi ağırlaşdığı, Rəbbi Allaha: Əgər bizə sağlam bir övlad versən şübhəsiz şükür edənlərdən olacağıq, deyə dua etdilər.
190. Lakin (Allah) onlara saleh övlad verdikdə isə özlərinə verdiyi bu uşaq haqqında (sonradan insanlar) Allaha şərik qoşdular. Allah isə Ona qoşulan şəriklərdən ucadır!.

191. Özləri yaradıldığı halda heç bir şey yaratmağa qadir (Allaha) şərik qoşarlar?
192. Halbuki (bütlər) nə onlara bir kömək edə bilərlər, nə də özlərinə bir köməkləri olar.
193. Onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər; onları çağırsanız da, sükut etsəniz də sizin üçün birdir.
194. (Ey kafirlər!) Allahı qoyub çağırdıqlarınız da sizin kimi qullardır. (Bu bütlərin sizə bir barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər!
195. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var (nələri var)? De ki: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə (istədiyiniz) hiyləni qurun və mənə heç möhlət də verməyin!"
196. Şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır. Və O, əməlisalehlərə himayədarlıq edir.
197. Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə köməyə gücləri yetər, nə də özlərinə kömək edə bilərlər.
198. Onları doğru yola göstərməyə çağırsanız, eşitməzlər. Və onları sənə baxan görərsən, halbuki onlar görməzlər.
199. (Ya Rəsulum!) Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər.
200. Əgər şeytanın fitləməsi sənə fəsad toxunsa dərhal Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.

201. Allahdan qorxanlara var ya, onlara şeytan tərəfindən bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əmr və qadağanlarını) xatırlayıb düşünərlər və dərhal gerçəyi görərlər.
202. (Şeytanların) dostlarına gəlincə, şeytanlar onları azğınlığa sürükləyər. Sonra da yaxalarından əl çəkməzlər.
203. Onlara bir ayə gətirmədiyin zaman (sənə ayə kimi) onu da yığıb düzəltməli deyildin! deyərlər. De ki: Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran), Rəbbinizdən gələn bəsîrətlərdir (ürək gözlərini açan bəyanlardır); inanan bir qövm üçün hidayət və mərhəmətdir.
204. Quran oxunduğu zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun.
205. Öz-özünə, yalvararaq və qorxaraq, yüksək olmayan bir səslə səhər axşam Rəbbini an. Qafillərdən olma.
206. Həqiqətən, Rəbbin dərgahında Ona ibadət etməyi özlərinə ar bilməyənlər, Onu təsbeh edər və ancaq Ona səcdəyə qapanarlar.

OXŞAR XƏBƏRLƏR
Загрузка...