Loading...
Araf surəsi (2-ci hissə)

Araf surəsi (2-ci hissə)

Loading...


51. O kəslər ki, dinlərini əyləncə və oyun etdilər, dünya həyatı onları aldatmışdı. Onlar, bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.


52. Həqiqətən, Biz onlara inanan bir cəmiyyət üçün yol göstərici və rəhmət olaraq, elm üzrə açıqladığımız bir kitab gətirdik.

53. (Lakin onlar), Onun şərhindən başqa bir şey gözləmirlər. Şərhi gəldiyi (xəbər verdiyi şeylər ortaya çıxdığı) gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: Doğrudan da, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim şəfaətçılərimiz varmı ki, bizə şəfaət etsinlər və ya (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək? Onlar özlərinə ziyan etdilər və Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu.

54. Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb, gecəni, dayanmadan özünü qovan gündüzə bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!

55. Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz.

56. İslah edilməsindən sonra yer üzündə fəsad törətməyin. Allaha qorxaraq və (Allaha) umaraq dua edin. Şübhəsiz ki Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.

57. Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Sonunda onlar (o küləklər), ağır buludları daşıdığı onu ölü bir məmləkətə tərəf qovur. Ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə çıxaracağıq. Hər halda, düşünüb ibrət alasınız.

58. Rəbbinin izni ilə gözəl məmləkətin bitkiləri (gözəl) bitər, pis torpaqda isə faydasız bitkidən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik

59. Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Dedi ki: Ey qövmüm! Allaha ibadət edin, sizin ondan başqa heç bir tanrınız yoxdur. Doğrusu mən, üstünüzə gələcək böyük günün əzabından qorxuram.

60. Tayfasının ə'yanları dedilər ki: Biz səni həqiqətən açıq-aşkar bir azğınlıq içində görürük!

 

Araf surəsi (2-ci hiss)

 

61. Dedi ki: "Ey qövmüm! Məndə hər hansı bir sapma yoxdur, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm.

62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edib sizə öyüd verirəm və mən sizin bilmədiklərinizi Allahdan (gələn vəhy ilə) bilirəm.

63. (Allahın əzabı ilə) qorxutmaq da rəhmətə nail olmanız ümidiylə, içinizdən sizi xəbərdar edəcək bir adam vasitəsiylə sizə bir xəbərdarlıq (kitab) gəlməsinə təəccüb edirsiniz?"

64. Onu yalançı saydılar, Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq! Çünki onlar kor bir camaat idilər.

65. Ad tayfasına da qardaşları Hudunu (peyğəmbər) göndərdik. O dedi ki: "Ey qövmüm! Allaha ibadət edin, sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?"

66. Tayfasına kafir dedilər: Biz səni səfehlik içində görürük və həqiqətən səni yalançılardan hesab edirik.

67. "Ey qövmüm! dedi, mən də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm.

68. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm və mən sizin üçün doğru məsləhət verənəm.

69. Sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq (kitab) gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə onlardan üstün qıldı. O halda Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız. "

70. Onlar dedilər: Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyini (əzabı) gətir görək.

 

Araf surəsi (2-ci hiss)

 

71. (Hud) dedi ki: "Artıq Rəbbinizdən sizə bir əzab və bir qəbiləniz enmişdir. Haqqlarında Allahın heç bir dəlil endirmədiyi, yalnız sizin və atalarınızın qoyduqları quru adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!"

72. Onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik və Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.

73. Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. Dedi ki: Ey qövmüm! Allaha ibadət edin, sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəlmişdir. O da, sizə bir möcüzə olaraq Allahın bu dişi. Onu buraxın Allahın torpağında yesin, (içsin); ona pislik etməyin, sonra sizi ağrılı-acılı bir əzaba düçar olarsınız.

74. Düşünün ki, (Allah) sizi Ad tayfasından sonra onun yerinə sizi gətirdi. Və yer üzündə sizi yerləşdirdi: Onun düzlərində qəsrlər tikdiyiniz, dağlarını evlər yonub düzəldəcəksiniz?. Artıq Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin.

75. Qövmünün irəli gələnlərindən böyüklük göstərənlər, içlərindən zəif görülən inananlara dedilər: Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi? Onlar da Şübhəsiz biz onunla nə göndərilibsə ona inananları, dedilər.

76. Təkəbbür göstərənlər deyəcəklər: "Biz də sizin inandığınızı inkar edənlərdən idik."

77. Sonra o dəvəni tutub kəsdilər və Rəblərinin əmrindən çıxdılar da: Ey Saleh! Əgər sən həqiqətən peyğəmbərlərdənsənsə, bizi təhdid etdiyin əzabı gətir görək, dedilər.

78. Bunun üzərinə onları o (səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.

79. Saleh o zaman onlardan üz döndərib belə dedi: Ey qövmüm! And olsun ki, mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və sizə öyüd-nəsihət verdim, lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz.

80. Lutu da (peyğəmbər) göndərdik. Öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi fahişəliyi sizmi edəcəksiniz?

 

Araf surəsi (2-ci hiss)

 

81. Çünki siz, şəhvəti təmin etmək üçün qadınları qoyub şəhvətlə kişilərin üstünə gəlirsiniz. Həqiqətən, siz həddi aşmış bir tayfasınız. "

82. Qövmünün cavabı: Onları (Lutu və tərəfdarlarını) məmləkətinizdən çıxarın, çünki onlar çox təmizlənən insanlardır! deməkdən başqa bir şey olmadı.

83. Biz də onu və arvadından başqa ailə üzvlərini xilas etdik; çünki arvadı geridə qalanlardan (kafirlərdən) idi.

84. Və üzərlərinə (daş) yağışı yağdırdıq. Bax ki günahkarların axırı necə oldu!

85. Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). Dedi ki: Ey qövmüm! Allaha ibadət edin, sizin ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəlmişdir; artıq ölçünü, çəkini tam edin, insanların əşyalarını əksik verməyin. Düzəldilməsindən sonra yer üzündə fəsad törətməyin. Əgər siz mö'minsinizsə, bunlar sizin üçün daha xeyirlidir.

86. Təhdid edərək, inananları Allah yolundan döndərməyin, o yolu əyib bükmək istəyərək elə hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz, amma O sizi çoxaltdı. Baxın ki, fitnə-fəsad törədənlərin axırı necə oldu!

87. Əgər sizin bir qisminiz mənimlə göndərilənə inanar, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər gözləyin. O, hökm verənlərin ən yaxşısıdır.

88. Tayfasının irəli gələn təkəbbürlüləri dedilər: "Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!" (Şüeyb): istəməsək də mi? dedi.

89. Həqiqətən, Allah bizi ondan xilas etdikdən sonra təkrar sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, yoxsa bizim ona dönməyimiz üçün olacaq şey deyil. Rəbbimizin elmi hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et! Axı Sən hökm verənlərin ən yaxşısısan.

90. Tayfasının kafir dedilər ki: Əgər Şüeybi ardınca getsəniz, mütləq ziyana uğrayarsınız.

 

Araf surəsi (2-ci hiss)

 

91. Deyərkən o şiddətli zəlzələ onları yaxaladı və öz evlərində diz üstə düşüb qaldılar.

92. Şüeybi yalançı adlandıranlar, sanki yurdlarında heç yaşamamışdılar. Əsl ziyana uğrayanlar Şüeybi təkzib edənlərin özləridir.

93. (Şüeyb) onlardan üz döndərib və (içindən) dedi ki: "Ey qövmüm! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"

94. Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri baş qaldırdıqda ötəri bizə) yalvarıb yaxarsınlar deyə mütləq yoxsulluq və qıtlıq aclıq və s.

95. Sonra pisliyi (darlığı) dəyişdirib əvəzinə yaxşılıq (bolluq) gətirdik. Nəhayət çoxaldılar və: "Atalarımıza da belə çətinlik və sevinc yaşamışlar" dedilər. Biz də onları özləri də bilmədən, qəflətən yaxaladıq.

96. O (peyğəmbərlərin göndərildiyi) məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən necə bərəkət qapılarını onların üzünə açardıq yalançı hesab etdilər, Biz də onları qazandıqları üzündən onları yaxaladıq.

97. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?

98. Ya da o ölkələrin xalqı gündüz oynayıb əylənərkən əzabımızın onlara gəlməyəcəyinə əmin idilərmi?

99. Allahın əzabından əmin idilərmi? Lakin ziyana uğrayan birlikdən başqası, Allahın (bu yolla) möhlət verməsindən əmin ola bilməz.

100. Əvvəlki sahiblərindən sonra yer üzünə varis olanlara hələ bu gerçək aydın olmadımı ki: Əgər biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, Biz onların ürəklərini möhürləyirik də onlar (həqiqətləri) eşitməzlər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mələk

26 Avqust 2013 08:45

Çünki siz, şəhvəti təmin etmək üçün qadınları qoyub şəhvətlə kişilərin üstünə gəlirsiniz. Həqiqətən, siz həddi aşmış bir tayfasınız. "

PeTTy

24 Avqust 2013 19:41

Mektebde oxusam da bi daha yeniden oxumaq maraqlı olar.

MisS

24 Avqust 2013 19:21

Çoooox maraqlı və mənalı xəbərdir) Çox sağolun...)

FIORE

24 Avqust 2013 18:52

Allah razı olsun
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

❃FloRal❃

24 Avqust 2013 18:37

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Starbucks

24 Avqust 2013 18:32

Allah razı olsun!!!!!!!!!!!!!!
--------------------
Follow İnstagram: @anti_standart

Sweet girl ...

24 Avqust 2013 18:28

Çox gözəl xəbərdi.Allah raz olsun!

Gulka

24 Avqust 2013 16:35

baciw bele gozel xeber qoyduquna gore tewekkur ALLAH razi olsun melek
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea