Loading...
Yetim haqqında ayələr

Yetim haqqında ayələr

Loading...
Yetim haqqında ayələr


Bəqərə surəsi 83. AYƏ:

O zaman ki, biz İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edəcəksiniz, hər kəsə gözəl sözlər danışın, namaz qılacaqsınız, zəkat verəcəksiniz" deyə söz almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, üz çevirərək əhdinizdən döndünüz.

Bəqərə surəsi 177. AYƏ:

Yaxşılıq, üzünü gün çıxana və gün batana tərəflərinə çevirməkdən ( ibarət) deyil. Əsl yaxşılıq, Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin; mala olan sevgilərinə baxmayaraq, onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (ehtiyacından ötrü) istəyənə və (azadlıqları üçün) kölələrə verənlərin; namazı qılıb zəkat verən, əhd etdiklərində sözlərini yerinə gətirənlərin və çətində, xəstəlikdə və döyüşün qızışdığı zamanlarda (müqavimət göstərib) çətinliklərə tutum edən şəxslərdir. Bunlar, doğru olanlardır. Bunlar, Allaha qarşı gəlməkdən çəkinənlərin ta özləridir

Bəqərə surəsi 215. AYƏ:

Sənə Allah yolunda nə verəcəkləri soruşurlar. De ki: "Xeyr olaraq nə xərcləsəniz, o, ana-ata, qohum, yetimlər, kasıblar və yolda qalmışlar üçündür. Xeyr olaraq nə etsəniz, həqiqətən Allah onu biləndir. "

Bəqərə surəsi 220. AYƏ:

Dünya və axirət haqqında düşünəsiniz deyə belə edir. Bir də sənə yetimləri soruşurlar. De ki: "Onların vəziyyətlərini düzəltmək xeyirlidir. Əgər onlara qarışıb (birlikdə yaşar) sa (qorxusu yoxdur). (Onlar da) sizin qardaşlarınızdır. Allah pis işlər görəni quruluşçu olandan ayırar. Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibidir, hökm və hikmət sahibidir

Nisa surəsi 2. AYƏ:

Yetimlərə mallarını verin. Təmiz pis olanla (halalı haramla) satmayın. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünki bu, böyük bir günahdır.

Nisa surəsi 3. AYƏ:

Əgər, (vəlisi olduğunuz) yetim qızlar (ilə evlənib onlar) haqqında ədalətsizlik etməkdən qorxsanız, (onları deyil), sizə halal olan (başqa) qadınlardan iki, üç, dörd-dörd olmaqla nigahlayın. Əgər (o qadınlar arasında da) ədalətli davranmayacağınızdan qorxsanız, o təqdirdə bir dənə alın və ya sahib olduğunuz (nökərlər) ilə kifayətlənin. Bu, ədalətli olmağa daha uyğundur.

Nisa surəsi 6. AYƏ:

Yetimləri təcrübə edin. Evlənmə çağına (həddi buluğa) çatdıqlarında, əgər yetkinlik yaşına olduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi və mallarını geri alacaqlar) deyə israf edərək və tələsiyə gətirərək mallarını yeməyin. (Vəli) kim zəngin isə (yetim malından yeməyə) tənəzzül etməsin. Kim də kasıb isə, ağlın və dinin tələblərinə uyğun bir şəkildə (xidmətinin qarşılığı qədər) yesin. Yetimlərin mallarını özlərinə geri verdiyiniz zaman da yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.

Nisa surəsi 8. AYƏT:

Miras bölgüsündə (özlərinə pay düşməyən) qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da maldan bir şeylər verin və onlara (könüllərini alacaq) gözəl sözlər söyləyin.

Nisa surəsi 10. AYƏ:

Həqiqətən, yetimlərin mallarını haqsız yerə yeyənlər, ancaq və ancaq qarınlarını doldurarsa atəş yemiş olurlar və artıq onlar yandırıb-yaxan oda (cəhənnəmə) girəcəklər

Nisa surəsi 36. AYƏ:

Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ana ataya, qohuma, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yol yoldaşına, müsafirə, əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz ki, Allah qürurlanan və öyünən kəsləri sevməz.

Nisa surəsi 127. AYƏ:

Qadınlar haqqında səndən fətva istəyirlər. De ki: "Onlar haqqında sizə fətvanı Allah verir." Kitabda, özlərinə (verilməsi) fərz qılınan (miras) ı vermədiyiniz və evlənmək istədiyiniz yetim qızlara, yazıq uşaqlara və yetimlərə ədalətli davranmanıza dair, sizə oxunmaqda olan ayə də bunu açıqlayır. Nə xeyr işləri, şübhəsiz ki, Allah onu bilir.

Ənam surəsi 152. AYƏ:

Rüştünə çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə yaxınlaşın. Ölçünü və çəkini ədalətlə tam edin. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədəriylə məsul müqəddəssən. (Biri haqqında) danışdığınız zaman yaxınınız belə olsa, ədalətli olun. Allaha verdiyiniz sözü tutun. Bunları Allah sizə öyüd-nəsihət alasınız deyə əmr etdi.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Amu

5 Avqust 2016 13:03

Allah komek olsun onlara amin..AMIN lovely

Vuqar01

10 Avqust 2015 17:33

Allah onlara komek elesi ...Amin fascinated

Jenny J

24 Yanvar 2014 18:43

Allah onlara kömək olsun :(Allah onlara kömək olsun :(
--------------------
Wow man, this is weird on acid..



angel470

31 Avqust 2013 18:42

ALLAH komek olsun onlaraa...amin feel

Smiler

31 Avqust 2013 11:45

ana sehifedeki sekile yaman kovreldim ..!!

FIORE

31 Avqust 2013 10:37

Yetim haqqını yemək günahdı...
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

DonnA

31 Avqust 2013 01:36

Her kes bir gun yetim qalar
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_SUS_

30 Avqust 2013 20:28

werhe ehtiyac yoxdu..allah komekleri olsun..amin..

aylin00

30 Avqust 2013 20:25

allah razi olsun oxudum

MisS

30 Avqust 2013 20:16

Allah razı olsun

christmas

30 Avqust 2013 17:55

teşekkürler gülka

Mələk

30 Avqust 2013 17:29

yetim haqqı ağır yükdü

F_N

30 Avqust 2013 16:58

Allah razi olsun en boyuk gunahlardan biridir yetim haqqi yemek ...Allah hec kesi anasiz atasiz qoymasin hec kesi yetimlikle sinaga cekmesin AMIN!

Amin

Gulka

30 Avqust 2013 16:17

ALLAH razi olsun baciw senden. yetimin haqqini yimek onu incitmek en boyuk gunahdi . melek

Sitat: christmas
biri mene deye biler sayta nece xeber gönderim?

onu sual ve problemler bolmesine gir orda yazilib nece xeber gondermek lazimdi ordan girin oxuyun smile
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

christmas

30 Avqust 2013 15:57

biri mene deye biler sayta nece xeber gönderim?

ngng

30 Avqust 2013 15:55

ele yetimdi diye incitmek olmaz.oda insandi onun bizden cox qaygiya ehtiyaci var

Academik

30 Avqust 2013 15:47

Ne deyek Allah komekleri olsun,xebere gorede Allah razi olsun..(

❃FloRal❃

30 Avqust 2013 15:42

ALLAH RAZI OLSUN

Sitat: _ClaRisS_
Allah razi olsun en boyuk gunahlardan biridir yetim haqqi yemek ...Allah hec kesi anasiz atasiz qoymasin hec kesi yetimlikle sinaga cekmesin AMIN!

AMIN
--------------------

***
❃❃❃

***

M_A_R_I_K

30 Avqust 2013 15:34

Oxudum ela...werhsiz
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

christmas

30 Avqust 2013 15:15

allah razı olsun gözel xebere göre

_ClaRisS_

30 Avqust 2013 15:07

Allah razi olsun en boyuk gunahlardan biridir yetim haqqi yemek ...Allah hec kesi anasiz atasiz qoymasin hec kesi yetimlikle sinaga cekmesin AMIN!