Fon yüklənir...
Загрузка...

Fitr (Ramazan) bayramı namazı

Загрузка...
Fitr ( Ramazan ) bayramı namazı

Fitr ( Ramazan ) bayramı namazı

Fitr ( Ramazan ) bayramı namazı iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.

Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:

«Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun».

Fitr bayramı namazında müstəhəb əməllər

Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:

1. Bayram namazında qiraəti ucadan oxumaq.

2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).

3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.

4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın,

5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.

6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.

7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana»

8. Bayram namazı açıq fəzada qılınsın.

Fitr bayramı namazının hökmləri

Əgər namazın təkbir və qunutlarının sayında şəkk yaransa, vaxtı ötməyibsə, az ehtimal əsas götürülsün. Sonradan, deyilmiş olduğu bilinsə, namaz düzgündür. Səhvən qiraət, ya təkbirlər, ya da qunutlar unudulsa, rükuya getdikdən sonra yada düşsə, namaz düzgündür. Bayram namazında bir səcdə və ya təşəhhüd unudulsa, vacib ehtiyat budur ki, namazdan sonra yerinə yetirilsin. Gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan hal yaransa, vacib ehtiyat budur ki, səcdeyi-səhvi namazdan sonra yerinə yetirsin.
Загрузка...

ŞƏRHLƏR

mpltv

10 Avqust 2013 11:43

Allah ebedi razi olsun,cox sagolun.

ZENDAYA

8 Avqust 2013 16:39

bayraminiz muberek

Kristina

8 Avqust 2013 13:39

haminin Ramazan bayrami mubarek

_LovelY_

7 Avqust 2013 22:06

Bayramiviz mubarek feel
--------------------


Don't make me sad, Don't make me cry..

Karacicek

7 Avqust 2013 21:55

ALLAH razi olsun!!! Ele bu xeberi axtarirdim...

İlkay

7 Avqust 2013 20:27

Allah qebul etsin ve Allah razi olsun.. Bayraminizda mubarek :)

PeTTy

7 Avqust 2013 18:29

Men indiye qeder heç fitr namazını qılmamısam, amma qaydalarını mektebde keçmişdik.

Sweet girl ...

7 Avqust 2013 15:48

Allah razı olsun!

FIORE

7 Avqust 2013 14:00

Allah razı olsun...
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Mələk

7 Avqust 2013 13:15

elə məndə bunu axtarırdım e.nə yaxşı oldu kopi elədim.çox sağol dynamite Allah razı olsun

❃FloRal❃

7 Avqust 2013 13:09

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Smiler

7 Avqust 2013 13:08

ALLAH razi olsu!

_LovelY_

7 Avqust 2013 13:01

ms_dynamite,
Deyesen he.. Cooxsagol melumata gore winked
--------------------


Don't make me sad, Don't make me cry..

ms_dynamite

7 Avqust 2013 12:54

Sitat: _LovelY_
Fitr bayrami ne vaxtdi? Sabah yoxsa o biri gun?

hamı deyir sabahdı Paşazadə hələ fətva verməyib deyəsən...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

_LovelY_

7 Avqust 2013 12:49

Fitr bayrami ne vaxtdi? Sabah yoxsa o biri gun? belay
--------------------


Don't make me sad, Don't make me cry..
loading...
Загрузка...