Fon yüklənir...
Загрузка...

Dində uşağa adı verilməsi

Загрузка...


İnsanın isti bir yuva qurmasının məqsədlərindən biri də uşaq sahibi olmaqdır. Çünki Hz. Peyğəmbərin (sav) ifadəsiylə uşaq, semeretü'l-qulub
(qəlblərin meyvəsi) və kurretü'l-ayn'dır (gözün nuru). Onları halal qazancla bəsləmək, oxutmaq, tərbiyəli və əxlaqlı yetişdirmək, zamanı gəlincə uyğun bir yoldaşla evləndirmək, onları sevmək, dua etmək, qoruyub saxlamaq, yaxşı bir insan olmaları üçün lazım olduğu qədər maraqlanmaq, ana-ataların başlıca vəzifələrdəndir. Bu vəzifələr silsiləsinin ilk pilləsini onlara verəcəyimiz adlar meydana gətirər. İslam alimləri adı kimin qoyacağı barəsində bəzi tövsiyə və təkliflər etmişlər və əvvəlcə haqq sahibi olanın ata olduğunu bəyan etmişlər. Əgər ata ölmüş isə bu haqqı istifadə səlahiyyəti ananındır. Uşağa ad vermə haqqını ananın istifadə ən gözəl nümunəsi yetim olaraq dü
nyaya gəlmiş olan Sevgili Peyğəmbərimizin (s.ə.s.) "Muhəmməd" adının anası Əminə xanım tərəfindən verilməsidir.



Adın mənası gözəl olmalıdır.

Qoyulacaq adın gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı bir anlam daşımayan adların uşaqlara verilməsi düzgün deyil. Hz. Peyğəmbər (s.a.v) yeni müsəlman olanların şirk dövründəki adlarını dəyişdirməz, ümumiyyətlə eynilə buraxardı. Ancaq bu adlar arasında mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənlər varsa, məsələ müşriklərin ibadət etdiyi bütlərdən biri olan Uzzanın qulu anlamındakı Abduluzza və ona bənzər adları xüsusən də Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Əbdürrəhman kimi adlarla dəyişdirdi. "Allah qatında adların ən gözəli Abdullah və Əbdürrəhmandır" hədisi (Buxari, Ədəb) ad qoyma barəsində İslamın ümumi prinsipini müəyyənləşdirir. Pis adlar bəzən taleyə təsir edər. Ayrıca ad sahibi psixoloji olaraq həyatını fərqinə varmadan, adının daşıdığı məna istiqamətində istiqamətləndirər.



Yeni doğulan uşağa necə bir ad verilməli?

İslamda uşağa adətən doğulduğu gün və ya gecə isim verildiyi kimi, doğumunun üçüncü
və ya yeddinci günündə ad qoyula bilər. Rəsulullah (s.ə.v.) oğlu İbrahim dünyaya gəlincə: "Bu gecə bir oğlum doğuldu; ona cəddim İbrahimin adını verdim." (İbn Sad, ət-Tabakətü'lKübra) buyurmuşdur. Dinimizdə yeni doğulan bir uşağa aşağıda verəcəyimiz xüsusların tətbiq olunması müstəhəb olaraq görülmüşdür:

Yeni doğan uşağa süd vermədən əvvəl ağızına yumşadılmış
xurma kimi şirin bir şeylər sürtülər.

Uşağa doğulanda və ya doğumu ardınca yeddinci günü adı
qoyular.

Uşağın adını elmiylə amil, əhli saleh bir şəxsə qoydurmağı
yaxşıdır. Əshab-ı kiram uşaqlarına adlarını Peyğəmbər Əfəndimizə verdirmək seçim etmişlər.

Uşaq ad qoyacaq adamın qucağına verilər. Adam dəstəmazlı
bir şəkildə qibləyə dönər, əvvəl sağ qulağına azan, sol qulağına isə qamət oxucu və üç dəfə uşağın sağ və sol qulaqlarına adını təkrar edər.

Uşağa ad qoyduqdan sonra xeyir duada olmalıdır. Peyğəmbər
Əfəndimiz: "Ya Rəbbi bu uşağı xeyirli və salehlərdən et və onun gözəl bir şəkildə yetişməsini təmin et" deyə dua etmişdir.



Adın QURANda keçməsi şərtmidir?

Xalqımız arasında uşaqlara qoyulacaq adların mütləq Quranda keçməsi lazım olduğu kimi
səhv bir inanış hakimdir. Hədislərdən də aydın olduğuna görə Əfəndimiz övladlarımıza gözəl və mənalı adlar qoymağı tövsiyə edir. Ancaq bir adın gözəl olması üçün onun mütləq Qurani-Kərimdə olması lazım deyil. Çünki Quranda şeytan, iblis, Qarun, Haman, Əbu Ləhəb kimi adlar da var. Məsələn, indiki dövrdə qız uşaqlarına verilən "Aleyna" deyə bir ad var. Mənasından asılı olmayaraq, qulağa xoş gəlir, Quranda da keçir deyə bu adı qız uşaqlarına qoyurlar. Halbuki "Aleyna" sözü "bizim üzərimizə olsun" mənasını verən bir ifadədir. Quranda keçir deyə uşaqlara bir məna ifadə etməyən belə adların verilməsi doğru deyil. Təbii ki, bu adın bir də xarici dillərdən, məsələn İvrit qız adı olan "İlena", İngilis söylənişiylə, "Aleine" dən alınma ehtimalı da var. Uşağa veriləcək adın onun həyat xəttində böyük bir əhəmiyyəti haiz olduğunu düşünərək, öz dini inancımıza, mədəniyyətimizə, ənənə, adət və ənənələrimizə uyğun və gözəl bir mənası olan adlar verməyə diqqət yetirməliyik.
Загрузка...

ŞƏRHLƏR

aylin00

24 Avqust 2013 16:24

hhmm..............

omer osman

18 Avqust 2013 00:03

hami dini ad qoysa,adlar sablonlasar.hem butun dini adlar gozel deyil ki,,,,usaqlara yarasmir cox adlar.muasir,amma gozel ve menali ad qoysaq y hi axsi olar

mence hami dini ad qoysa adlarin siti cixar.muasir,amma menali ad qoysaq yaxsi olar

Mələk

9 Avqust 2013 21:58

anain adı ZƏHRA atamın isə MƏHƏMMƏD.BU ADLARI ÇOX SEVİRƏM.ÖZ ADIMI DA ÇOOX SEVİRƏM.

balaca qiz

9 Avqust 2013 16:33

menim adi dini addi ve Allahdan babama rehmet dileyirem ki menim adimi bele qoyub melek insaAllah oz korpeme de dini ad qoymaq isteyirem.men hemise calisiram ki adima layiq olum.bunu Peygemberimiz s.a.s. oz qizina vasiyyet edib

_LovelY_

8 Avqust 2013 23:42

Beyendiyim ad olsa qoyacam. Yegin dini qoyaram helem cox var.
--------------------


Don't make me sad, Don't make me cry..

FIORE

8 Avqust 2013 23:07

Sitat: F_N
Men oz adimnan raziyam,yaxsi menasi var.Amma ovladima inwallah dini ad qoymaq isteyerem.

Lap ürəyimi oxudun)
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Sweet girl ...

8 Avqust 2013 19:15

Dini adlardan gözəldi.

Dini adlar gözəldi.

ZENDAYA

8 Avqust 2013 16:01

cox gozel movzudu mende insaallah oz evladlarima dinimizde olan gozle adlardan verecem

Sevinc...

8 Avqust 2013 15:52

oz adimnan memnunam ama dini adlardan xosum gelir

F_N

8 Avqust 2013 15:05

Men oz adimnan raziyam,yaxsi menasi var.Amma ovladima inwallah dini ad qoymaq isteyerem.

Smiler

8 Avqust 2013 12:42

dini adlar gozel olur

PeTTy

8 Avqust 2013 12:16

Elə adlar var mənası yalançı falan çıxır, belə şey də var birinə bir şeyi 40 dəfə desən elə olar, uşağı o qədər o adla çağırırlar ki, elə olur, mən şəxsən uşaqlarıma dini adlar qoyacam.
loading...
Загрузка...