Fon yüklənir...
Загрузка...

Peyğəmbərimizin təriflədiyi qıdalar

Загрузка...
Hz. Məhəmməd heç bir surətdə, heç bir yeməyi ayıblamamışdır.

Cəbrayıl-(əleyhissalam)-ın Peyğəmbər Əfəndimizə gecə namazında, belinə qüvvət verməsi üçün, un halvası yeməsini tövsiyə etdiyi rəvayət edilər. Aişə-(radiyallahu anh)-ın belə dediyi nəql edilər: "Rəsulullah-(səllallahu əleyhi və səlləm)-heç bir təama / yeməyə un halvası qədər sevinməzdi. Onu sevər, özünə ikram edilincə də üzündə fərahlıq görülərdi."

Peyğəmbərimizin təriflədiyi qıdalar

Yenə Həzrəti Aişədən rəvayət edildiyinə görə, Peyğəmbərimizin sevdiyi bir yemək də balqabaq idi. "Çünki o, zikrullah əsnasında ürəyə riqqət verər." buyurardı. Peyğəmbər Əfəndimiz buyurmuşdur ki: "Balqabaq aşı yeyin. Balqabaq ağılı artırır və beyinə qüvvət verər."

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbərimiz-(səllallahu əleyhi və səlləm)-: "Ət, dünya və axirətdə yeməklərin ağasıdır." buyurmuşdur. Peyğəmbərimizin ən çox qoyunun kürək və ön qollarının ətini sevdiyi rəvayət edilər. Bir hədisi-şərifdə: "Ən yaxşı ət, qoyunun kürək ətidir." Buyurmuşdur. Heyvanların sağ tərəf ətləri, sol tərəf ətlərindən daha üstün və yüngüldür. Yenə bir hədislərində: "Sizdən biriniz şorba etmək üçün ət satın aldığında suyunu çox qoysun. Çünki yeyən adam şorbanın içində ət tapa bilməzsə, suyundan içər. Çünki ət suyu, iki ətdən biridir." demişlər.

Peyğəmbərimizin təriflədiyi qıdalar

Cabir-(radiyallahu anh)-demişdir ki, bir dəfə Rəsulullah-(səllallahu əleyhi və səlləm)-əhlinə evdə bir qatqı olub-olmadığını soruşduqlarında: "- Evdə yalnız sirkə var." deyildi. Əfəndimiz-(səllallahu əleyhi və səlləm)-onu istəyib: "- Sirkə nə gözəl qatqıdır." deyə yeməyə başladılar. Cabir-(radiyallahu anh)-: "Rəsulullah-(səllallahu əleyhi və səlləm)-'dən bu sözü eşidəndən bəri sirkəni sevirəm." demişdir.

Peyğəmbərimizin təriflədiyi qıdalar

Rəsulullah-(səllallahu əleyhi və səlləm)-Əfəndimiz, özünə şirni və ya qoxu ikram edildiyində öncə geri çevirməzdi. Nəbi-(səllallahu əleyhi və səlləm)-xurmanı çox sevər, bir ədəd yeyər və nüvəsini baş və orta barmaqları ilə tutar və çıxarardı. Yenə yaş xurmayla sahuru birlikdə yedikləri olardı: "- Kim hər səhər yaş xurmadan ac qarına yeddi dənə yesə, o gün ona zəhər yaxud sehr zərər verməz." buyurmuşdur. Əfəndimiz-(səllallahu əleyhi və səlləm)-xurmanın yaşına da, qurusuna da bərəkətli olması üçün dua etmişdir. Xurmanın yaşını qurusuyla yemək də sünnətdir.

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbər Əfəndimiz buyurur: "Üç şeydə şəfa vardır: Bal şərbəti içməkdə, qan aldırmaqda və dağlama etdirməkdə, lakin mən dağlama sevmirəm. Bal, bütün xəstəliklərə şəfadır. Çünki yetmiş peyğəmbər onun şəfası və bərəkətinə dua etmişlər. " Əfəndimiz-(səllallahu əleyhi və səlləm)-buyurur: "Hər ayın üç günü səhər bal yeyən kimsəyə böyük bir xəstəlik gəlməz, iflicdən uzaq qalar." Əbu Hüreyrə-(radiyallahu anh)-nəql edir: Əfəndimiz-(səllallahu əleyhi və səlləm)-buyurmuşdur: "Bir kimsə hər ayda üç gün şəfəq vaxtı ac qarnına bal yesə o ay içində xəstəliklərlə əlaqədar bəlalardan və fəlakətlərdən əmin olur. "

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbərimizin təriflədiyi qıdalar

Əfəndimiz-(səllallahu əleyhi və səlləm)-üzümün yaşına da, qurusuna da bərəkətli olması üçün dua etmişdir. Üzüm, ən sevdiyi meyvələrdən biridir. Üzümü, salxımın altından başlanaraq yeyilməsinin sünnət olduğu rəvayət edilər. Ziyad b. Əbi Hind izah edir: Peyğəmbər Əfəndimizə kişmiş göndərdi, bunun üzərinə belə buyurdu: "Quru üzüm nə gözəl yeməkdir. O sinirləri sağlamlaşdırır, xəstəlikləri aradan qaldırar, hirsliliyi sakitləşdirir, ağız qoxusunu gözəlləşdirər, bəlğəmi kəsər, beyni xoş edər. "

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbərimizin təriflədiyi qıdalar

Qarpız da Əfəndimizin ən sevdiyi meyvelerdendir. Həzrəti Aişə-(radiyallahu anh)-Peyğəmbərimizin qarpızla yaş xurmanı birlikdə yeyib belə buyurduğunu nəql edir: "Xurmanın hərarətini qarpızın soyuqluğuyla, qarpızın soyuqluğunu da xurmanın hərarətiylə aradan qaldırırıq." Qarpızın yeməkdən əvvəl yeyilməsi tövsiyə edilir.

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbərimizin təriflədiyi qıdalar

Peyğəmbər Əfəndimiz südü sevərdi və belə buyurardı: "Uca Allah bir adama süd ikram edərsə, o kimsə südü içəcəyi zaman; Allahım bizə bu südü bərəkətli et, bizə daha çox süd ehsan et deyə dua etsin. Çünki yemək və içkilərin yerini tutan, aclığı və susuzluğu aradan qaldıran süddən başqa bir qida bilmirəm." demişdir. Yenə belə buyurduğu nəql edilmişdir: "Sizlərə inək südünü və südündən meydana gələn yağını tövsiyə edirəm, ətindən çəkinin, çünki südü dəvadır, ancaq əti bəzən dərd ola bilər."

Peyğəmbərimizin təriflədiyi qıdalar

Arpa və buğda ununa yağ və süd qarışdırılaraq bişirilən bir növ firnidir. Peyğəmbərimiz: "Həqiqətən südlü firni, xəstənin mədəsini qüvvətləndirib rahatlaşdırar, bəzi kədərlərini də aradan qaldırar." buyurmuşdur. Südlü bulamacla əlaqədar Həzrəti Aişə-(radiyallahu anh)-belə demişdir: "Bir dəfə sinəmdə bir sərtlik və başımda bir ağrıdan ötrü Rəsulullaha şikayət etdim. O da: "- Ey Aişə, sənə südlü firni tövsiyə edirəm, çünki südlü firni bu şikayətlərini aradan qaldırar." buyurdu. Hətta əhli-beytdən biri xəstələndikdə, ocaqdan firni qazanı heç enməzmiş, ta ki o xəstə yaxşılaşana və ya ölənə qədər...

Peyğəmbərimizin təriflədiyi qıdalar
Загрузка...

ŞƏRHLƏR

Jenny J

9 May 2014 18:39

Çoxsunu xoşlamıram.
--------------------
Wow man, this is weird on acid..



NEW LIFE♥☻

28 Avqust 2013 21:44

Sud,borani bunlardan bawqa hamsini yeyirem

❃FloRal❃

5 Avqust 2013 18:45

Sud benim vazgecilmezim
--------------------

***
❃❃❃

***

faiq123

5 Avqust 2013 18:39

firniden bawqa hamisini yeyirem en xoshladigim un halvasidi feel
--------------------
Facebook profil
Twitter
Tpo.com

esmer09

3 Avqust 2013 21:35

borani xoslamiram

Smiler

3 Avqust 2013 21:18

boranidan basqa hamisini yeyirem
loading...
Загрузка...