Fon yüklənir...
Загрузка...

Oddan tikə...

Загрузка...

Oddan tikə...

 

Hələ altı yaşındaydım. Atamın bir qohumunun toyu üçün anamla birlikdə kəndə getmişdik. İki gün orada qaldıq. Daha sonra köhnə kənd avtobusuyla evimizə getmək üçün yola çıxdıq. Mikroavtobusun içi çox doluydu. Üstəlik mikroavtobus çox da əşya yüklüydü. Hələ 3 saat qədər yol almışdıq ki, mikroavtobus yolda büdrəməyə başladı və sonunda mühərrik xarab oldu. Bütün sərnişinlər enib kölgə bir yerdə gözləyirdi. Nahar üzəri olmuş və biz də hər kəs kimi çox acmışdıq. Məndən üç yaş böyük bacım və mən:

" - Acdıq" deyə ağlayırdıq, anam isə:
" - Səbr balalarım bir az sonra inşaAllah evə çatarıq." deyə təsəlli edirdi bizi. O sırada Sərnişinlərdən beş-altı adam ətrafındakı bağçalara, bağlara girib üzüm, alma, şaftalı yığıb gətirmişdilər. Yanımızda axan soyuq suyla yudular və sərnişinlərə paylamağa başladılar. Hər kəs sevinclə alıb yeməyə başladı. Bir tərəfdən də:

" - İçimiz yanmışdı, ohh sərinlədik!" deyirdilər. Əvvəl bizə uzadılan meyvələrdən bacım və mən utanıb almadıq çünki anamız bizə yad adamlardan heç nə almayın öyrətmişdi. Sonra adam anama uzatdı:
" - Al bacı, uşaq aclıqdan ağlayır, yedir rahatlasınlar." dedi. Anam adama:
" - Bunları öz Bağçanızdanmı yığdız?" deyə soruşdu.
Adam:
" - Xeyr! Kimin bağçasıdır bilmirəm." dedi.
Anam da:
" - Mən uşaqlarıma indiyə qədər haram yedirmədim indidən sonra da yedirmərəm." dedim.
Bu sözləri eşidən ətrafdakı kəslər anama israr edirdi:
" - Burada nə qədər gözləyəcəyimiz müəyyən deyil inad etmə, al uşaqlara yedir." deyə. Anam da:
" - Cəhənnəmdə uşaqlarıma əlimlə atəş yedirmək istəmirəm." deyirdi. Biz o zaman oradan ancaq axşama doğru ayrıldıq. Çox acmışdım amma anam davamlı bizə:
" - Allah sizə cənnətdə daha gözəllərini verəcək deyə təsəlli edirdi."
Biz də bacımla:
" - Anacığım, banan da verəcəkmi, çiyələk də verəcəkmi?" deyə davamlı soruşurduq anamızdan. Səbirlə bizə cənnəti, cənnətin bənzərsiz gözəlliklərini izah edirdi. Biz o halda avtomobildə yatıb qalmışıq. Anama da o uzun yol biz yatdığımız üçün qısa gəlmiş olmalı.
llər keçdi bizlər böyüdük. Mən Quran Kursu'na gəldim. Bir gecə susamışdım dostumla yeməkxanaya su içmək üçün endik. Bir də nə görək. Kasalarda üzüm dolu. Dostum:
" - Gəl, alaq yeyək." dəyincə. Fərqində olmadan:
" - Cəhənnəmdə atəş yemək istəmirəm." demişdim. Sonra söylədiyim söz üzərində düşünməyə başladım və illər əvvəl başımdan keçən bu hadisə ağılıma gəldi. Və o an içimdə ana və atama bizi halal tikə həssaslığı yetişdirdikləri üçün çox dua etdim. "İnsanların bir-birinin malına göz tikdiyi, yediyinin halal ya haram olduğuna diqqət etmədiyi belə bir dövrdə", bir loxma da olsa qul haqqı yeməməyə və yedirməməyə çalışan bir ana və atanın tərbiyəsində böyüdüyüm üçün Allaha sonsuz şükr etdilər.
Загрузка...

ŞƏRHLƏR

omer osman

18 Avqust 2013 00:17

twk.thanks

Smiler

3 Avqust 2013 21:29

axiracan oxudum sagolun
loading...
Загрузка...