Fon yüklənir...
Загрузка...

Əsmaül Hüsna

Загрузка...
Əsmaül Hüsna

Allah - Uluhiyətə məxsus sifətlərin hamısını özündə birləşdirən İsm-i Əzəm.
Gündə 66 dəfə zikr etmək, hər cür istək və bütün duaların qəbulu üçün.

ər-Rəhman - Bütün yaradılışlar haqqında xeyir və mərhəməti üstün tutan.
Gündə 298 dəfə, dünya və axirətdə Allahın sevgilisi olmaq üçün.

ər-Rəhim - Çox mərhəmət edən, böyük nemətlər verən.
Gündə 258 dəfə, maddi və mənəvi ruzi üçün.

əl-Məlik - Bütün kainatın tək sahibi və mütləq hökmdarı.
Gündə 90 dəfə, əmir sahibi olmaq, maddi və mənəvi güclü olmaq üçün.

əl-Quddüs - Xətadan, qəflətdən, əczdən və hər cür əksiklikdən uzaq, təmiz.
Gündə 170 dəfə, günahlardan qurtulmaq və qəlb təmizliyi üçün.

əl-Salam - Qullarını səlamətə çıxaran, cənnətdəki bəxtiyar qullarına salam verən.
Gündə 131 dəfə, qorxulan hər şeydən qorunmaq üçün.

əl-Mö'min - Könüllərdə iman işığı oyandıran, özünə sığınanları qoruyub rahatladan.
Gündə 137 dəfə, pıs xəstəliklərə düşməmək üçün.

əl-Mühəymin - Qoruyan.
Gündə 145 dəfə, insanların düşüncələrini başa düşüb, qorunmaq üçün.

əl-Əziz - Məğlub edilməsi mümkün olmayan qalib.
Gündə 94 dəfə, düşmənlərinə qalib gəlmək üçün.

Əsmaül Hüsna

əl-Cabbar - Əksikləri tamamlayan, istədiyini məcbur etdirməyə müktədir olan.
Gündə 206 dəfə, istək və arzuların olması üçün.
əl-Mütəkkəbir - Hər şeydə və hər hadisədə böyüklüyünü göstərən.
Gündə 662 dəfə zikr etmək, izzətə və rəfaha nail olmaq üçün.

Əl-Xaliq - Bütün varlığı, halları və hədisləri təyin və təsbit edən, hamısını yoxdan var edən.
Gündə 731 dəfə, işlərdə, kədərdə və sıxıntıdan qurtulmaq üçün.

əl-Bari - Əşyanı və hər şeyin bədənini bir-birinə uyğun şəkildə yaradan.
Gündə 214 dəfə, işində bacarıqlı olmaq üçün.

əl-Müsəvvir - Təsvir edən, hər şeyə bir ölçü və xüsusiyyət verən.
Gündə 336 dəfə, məqsəd və mərama çatmaq üçün.

əl-Qaffar - Çox usta
Gündə 1281 dəfə, bağışlanmaq və günahlardan qorunmaq üçün.

əl-Qəhhar - Hər şeyə hər istədiyini edəcək surətdə qalib və hakim olan.
Gündə 306 dəfə, zalimləri udmaq üçün.

əl-Vəhhab - Hər cür neməti davamlı bağışlayan.
Gündə 14 dəfə, sıxıntısız borcsuz bir həyat üçün.

əl-Rəzzaq - Yaradılmışlara faydalanacaq şeyləri ehsan edən.
Gündə 308 dəfə, bol ruzili ömür üçün.

əl-Fəttah - Hər cür çətinlikləri asanlaşdıran və açan.
Gündə 489 dəfə, maddi, mənəvi xeyirlər üçün.

əl-Alim - Hər şeyi çox yaxşı bilən.
Gündə 150 dəfə, elm zənginliyi üçün.
Загрузка...

ŞƏRHLƏR

aylin00

4 Avqust 2013 11:44

cox gozel qurban olum allahin adina

❃FloRal❃

4 Avqust 2013 05:39

Gulka,
nurca20,
Sizden de razı olsun
--------------------

***
❃❃❃

***

rufuw

3 Avqust 2013 22:26

xebere gore twk cox gozel oldu heqiqeten

Gulka

3 Avqust 2013 21:24

cox gozel xeberdi kecen defe qoysduqundan beri her namazda edirem bunlari ALLAH razi olsun baciw melek
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Smiler

3 Avqust 2013 21:07

Allah razi olsun!

ehlibeyt

3 Avqust 2013 20:22

tesekkur xebere gore

FIORE

3 Avqust 2013 19:01

❃FloRal❃ ,
İn şa Allah düzələr)
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

❃FloRal❃

3 Avqust 2013 18:56

FIORE,
Deymez:)) 2-ci hissesini de hazırlamışdım,sayt bele olduamma :)) İNŞALLAH,düzeler:)
--------------------

***
❃❃❃

***

FIORE

3 Avqust 2013 18:53

Gözəl xəbərdi.Keçən dəfə bu xəbərə fikir bildirmişdim.Düzün desəm bu xəbəri yenidən ana səhifədə gördüyümə şad oldum.Hamısın yenidən oxudum.Tşk FloRar )
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

faiq123

3 Avqust 2013 17:48

xebere gore twk
--------------------
Facebook profil
Twitter
Tpo.com
loading...
Загрузка...