Fon yüklənir...
Загрузка...

Dünya həyatı

Загрузка...
Dünya həyatı


Gəminin üzməsi üçün suya ehtiyac vardır. Amma su gəminin içinə girərsə onu batırar! Gəmi üçün su nə isə mömin üçün dünya odur!
Dünya kafirə Cənnət, möminə zindandır.
"Dünya möminin zindanı, kafirin Cənnətidir"- buyurmuşdur HZ. Məhəmməd (s.a.s.)
Allah Cəbraili, mənə göndərdiyi surətlərin ən gözəlində endirdi. Cəbrail belə dedi: "Ey Məhəmməd, uca Allah sənə salam söyləyir və belə buyurur: "Mən dünyaya dostlarım üçün hüzün, bulanıq, dar sıxıntı olmasını vəhy etdim. Ta ki, mənə qovuşmaq üçün darıxsınlar. Mən dünyanı dostlarım üçün bir zindan, düşmənlərim üçün də bir Cənnət olaraq yaratdım."
Dünyanın möminə zindan olunmasında qəsd: Dünya şəhvətlərindən bəzilərini möminə haram və məkruh qılınması və məşəqqətli ibadətlərin əmr buyurulmasıdır. Mömin olduğu vaxt rahata çatar və Allah-Təalanın ona hazırladığı əbədi nemətlərə, kədərsiz rahatlara qovuşar. Dünyanın kafirə Cənnət olması isə dünyada bütün arzu və şəhvətlərinin gerçəkləşməsi etibarı ilədir. Kafir olduğu zaman əbədi əzaba və əbədi bədbəxtliyə uğrayacaqdır.
Digər bir baxış bucağı da, dünya və axirət nisbəti, qarşılaşdırması istiqaməti ilədir. Cənnətə layiq olan bir mömini düşünək. Dünyada halal olan bütün ləzzətləri dadmışdır. Eyni şəkildə cəhənnəmə layiq olan bir kafiri düşünək. O da dünyada halal-haram nə qədər ləzzə varsa dadmış olsun. İndi bu mömin ilə kafirindünya və axirətini müqayisə edək.
Mömin kimsə, Cənnət və Cəmalullah kimi o qədər o qədər nemətlərlə qarşılaşır ki, dünya həyatı bunun yanında zindan kimi qalır. Kafir də axirətdə elə əzab çəkəcəkdir ki, dünya onun yanında bir Cənnət kimi qalacaqdır.
Deməli, hədisdə axirətə nisbətlə möminin dünyası Cəəhənnəm, kafirin dünyası da Cənnətdir şəklində anlamaq lazım gələr.
Bu hədisdə dərs çıxarmağımız lazım olan bir çox xüsusiyyət vardır.
Bunlardan biri dünyaya gərəkdiyindən çox əhəmiyyət verməməyimiz gərəkdiyidir.

Dünya həyatı

Bir hədisdə dünyanın allah- Təala qatında qüsurlu bir oğlaq ölüsü qədər qiyməti olmadığı ifadə edilməkdədir. Bu səbəbdəndir ki, Rəbbimiz dünya nemətlərini kafir, müsəlman ayırd etmədən çalışan hər quluna verməkdədir. Çox çalışan kafirlərə, az çalışan müsəlmanlardan daha çox dünya neməti verməsi də bundandır. Fəqət axirət nemətləri belə deyildir. Onların Allah qatında qiyməti vardır. Buna görə də bu nemətləri xüsusilə möminlərə və razılığını qazanananlara ehsan edəcəkdir.
DÜnyanın imtahan yeri olduğunu unutmayacağıq. İmtahanın rahat olmasını gözləmək doğru deyildir. Mömin dünyada rahatı deyil, xidməti axtarmalıdır. Dünyanın şərəfi zənginlik, axirətin şərəfi təqvadır. Allah- Təala üçün olan şeylər xaricində dünya və dünyadakılar lənətlənmişdir. Allah qatında dünyanın milçəyin qanadı qədər qiyməti olsa idi, oradan kafirlərə bir stəkan su belə verməzdi. Allaha qarşı səni qulluqdan saxlayan hər şey dünyadır.
Bu səbəblə ağıllı və fərasətli mömin dünyanı özü üçün yalançı və saxta bir cənnət etmək üçün çalışıb, səy göstərməz. O, belə bir tələyə düşməz. Dünya cənnət deyildir, cənnət olmaz. Dünya imtahan yeridir. Dünyanın zənginlikləri keçicidir.
Dünya aldadar, baş qatar.
Təbii ki, dünya üçün çalışmağa gərək yoxdur, deyilə bilməz. Dünyada nə qədər qalacaqsan onun üçün o qədər çalış.
Bəli, dünyada rahatı və əsl xoşbəxtliyi axtarmayacağıq. Axirətimizi qazanmaq üçün, əbədi rahatlıq üçün lazımdırsa narahat olacağıq.
Dilimizdə gəzən, "Dünyada rahatlıq yoxdur" deyə gözəl bir söz vardr. Çünki dünya həyatı acılarla, kədərlərlə, sıxıntılarla doludur. Xüsusən də möminin başından bəla əksik olmaz. Bunun səbəbi möminin mənəvi cəhətdən yetkinləşib, Cənnətə layiq vəziyyətə gəlməsidir. allah sevdiyi qullarına müxtəlif müsibətlər verər, onları səbrə, dözümə dəəvət edərək mənəb yüksəlmələrini təmin edər.
Səbr və dözüm göstərildiyində mömin qullarının günahlarını silən, onlara mənəvi məqam və mərtəbələr ehsan edən Allah bax belə dünya həyatını bəla və fəlakətlərlə təchiz etmişdir.
Çilə və izdirab əksik olmaz insanın həyatından. Bəzən dünya yıxılacaq olar. İnsan o qədər daralar ki hardasa dəli olacaq dərəcəyə gələr. Amma mömin bütün bu hallarda dincliyindən çox şey itirməz. Çünki o, zəhmətdə rahatı tapmış insandır. Hər şeyin Allahın izni ilə olduğuna inanar. Ondan gələn hər şeyi səbr və dözümlə qarşılayar.

Dünya həyatı

Bu işin görünən qismidir. Yoxsa əslində kafir dünyada da bir növ cəhənnəm həyatı yaşamaqdadır. Görünüşdə cah-cəlallı, parlaq bir həyat keçirməkdədir, lakin içi sıxıntı və saxtalıqlarla doludur. Çünki inancsız insan ölümü yoxluq olaraq görər. Hər an dar ağacından asılacaqmışcasına qorxu və narahatlıq içərisində qalar. Ləzzətləri bütünlüklə qaçar. Heç bir şeydən həqiqi mənada ləzzət almaz.
Mömin isə dünyanı axirəti gözləmə salonu şəklində görər. Dünya həyatı nə qədər sıxıntılı və izdirablı olsa da, gedəcəyi yerdə rahat olacağı düşüncəsi ilə səbr edər, şükür edər. Mömin dünyası axirətinə müqayisədə zindan şəklindədir. Yoxsa mömin dünyada da bir növü Cənnət həyatı yaşamaqdadır. Bədənən zindanda olsa da ruhən saraylardadır. Çünki mömin acı, şirin hər şeyin Allahdan gəldiyi bilər. Allahdan gələn hər şei xoş qarşılayar, səbr edər.
Bu səbəblə hədisi bəzi kimsələrin anladığı kimi dünya həyatını mömin üçün gerçək bir zindan, əziyyət-sıxıntı yeri olaraq qəbul etmək doğru deyildir. Dünyada niyə kafirlər rahatlıq və komfor içində yaşasınlar da Allahın Yer üzündəki ən sadiq xəlifələri olan müsəlmanlar əziyyət və izdirab çəksinlər.
Belə bir anlayış doğru deyildir. Çünki möminin axirəti də Cənnətdir, dünyası da. Mömin, imanın verdiyi nur və xoşbəxtliklə istər fərdi, istər ailəvi və istər cəmiyyət içində dinc bir həyat yaşayar. Dünyanın qanuni hər cür nemətindən lazımınca faydalanar. Onu dünya nemətlərindən uzaqlaşdıracaq heç bir səbəb yoxdur. Allah axirət nemətlərini olduğu kimi dünya nemətlərini də mömin qulları üçün hazırlamışdır.
Onun qulağını və gözünü açaram ki, mənim əzəmətimi və cəlalımı qəlb gözü ilə görsün, qəlbi ilə eşitsin, dünyanı ona daraldaram, orada olan ləzzətlərə qarşı onda nifrət oyadaram. Belə olanda o, insanlardan qaçar, fani evdən, əbədi evə, şeytan evindən Rəhman evinə nəql olunar.

P.S. Səadət qaynağı olan iman içdə olduqdan və dünya nemətlərindən mümkün olduğunca faydalandıqdan sonra dünya niyə zindana dönsün?
Загрузка...

ŞƏRHLƏR

Smiler

25 İyul 2013 15:47

ALLAH razi olsun

AYGUN

24 İyul 2013 00:18

bele xeberlerden cox xowum gelir ayy cox sagol bu xebre gore hi

PeTTy

24 İyul 2013 00:14

Müellimimiz danışıb dünya heyatı haqda men de yazım insan diyir ne qeder var dövlete doğru qaçsa var dövlet de ondan qaçır,amma aza qane olanda var dövlet de sene doğru gelir belke xebere uyğun bir şey kimi görmesez de oxumağınız üçün yazdım.

♣YoL_Cu♣

23 İyul 2013 22:54

Sitat: Gulka
ALLAH razi olsun baciw elin qolun var olsun

Bacı yazan əllərin var olsun:)
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Sevinc...

23 İyul 2013 22:50

ALLAH RAZI OLSUN

Gulka

23 İyul 2013 22:29

ALLAH razi olsun baciw elin qolun var olsun
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Svetka

23 İyul 2013 22:11

dini xeberleri chox beyenirem.bunu da chox maraqla oxudum. good twk
loading...
Загрузка...