Fon yüklənir...
Загрузка...

Bir yetim qız uşağı

Загрузка...
Bir yetim qız uşağı..

 

Bir bayram günü idi. Uşaqların içində bir uşaq vardı ki, üzündə gülüşlər yox idi. Şəfqət Peyğəmbəri (sas) o qızın əlindən tutdu və belə dedi: "Kədərlənmə qızım! İstəyərsən, qızım Fatimə bacın olsun, yoldaşım Aişə anan olsun, mən də atan olum!" Sonra onu evinə apardı, gözəl paltarlar geydirdi Hz. Fatimə və Hz. Aişə...

- Sevgili Peyğəmbərimiz, bir bayram günü evindən çölə çıxmışdı, bu əsnada küçədə qarşılaşdığı Müsəlmanlarla bayramlaşırdı. Uşaqlar da gözəl paltarlarını geyinib şənlik içində bayram coşğusunu yaşayırdılar.

Ancaq bir qız uşağı var idi ki, bir kənara çəkilmişdi, kədərliydi, digər uşaqların üzündə olan gülücüklər onda görünmürdü. Peyğəmbər Əfəndimiz, bu qız uşağı ilə maraqlandı. Məgər bu usaq bir şəhid yetimiydi! O da gözəl paltarlar geyinmiş olaraq analı atalı, sevincli bir bayram yaşamağı əlbəttə istəyərdi.
Əfəndimiz Həzrətləri onun əlindən tutdu, "Kədərlənmə" dedi, "Kədərlənmə qızım! İstəyərsən qızım Fatimə bacın olsun, yoldaşım Aişə anan olsun, mən də atan olum!" Bunu hansı uşaq istəməz ki!

Sevgili Peyğəmbərimiz bu şəhid yetimi qızcığazı evinə apardı, Həzrəti Fatimə və Həzrəti Aişə ona yeni paltarlar geyindirdilər, saçını daradılar, cibinə bir miqdar pul qoydular. Şəhid yetiməm üzü gülürdü. Artıq o da o biri uşaqlar kimi bayramın coşğusunu ürəyində hiss edirdi. Ona bu mühiti hazırlayan, Sevgili Peyğəmbərimiz'di!

 

Bir yetim qız uşağı..

 

Biz də Ramazanın sevimli mühitini uşaqlarımızla paylaşmalıyıq. İftar əvvəlində uşaqlarımıza zaman ayırmalı, onlarla birlikdə Quran oxumalı, Quran dinləməli, namaz surə və dualarını oxumalarını övladlarımızdan dinləməliyik. Beləcə həm onlara dəyər vermiş həm də səhvlərini düzəltmiş olarıq.

Oruc tutacaq yaşda olmasalar belə, onları imsaq və iftar süfrələrinə ortaq etməli, ailələriylə, dost və qohum ilə planlaşdırılan iftarları uşaqlarımızla paylaşmalıyıq. Mümkünsə zaman zaman iftar və sahur alverinə uşaqlarımızla birlikdə getməliyik. Bu xüsus uşaq zehinində oruca xüsusi bir maraq yaradacaq. Ayrıca uşaqlarımızın-nəvələrimizin oruclarını hədiyyələrlə mükafatlamalıyıq. Bu da yenə oruc ayını onların gözündə sevdirən və uşaq könlündə şirin bir xatirə buraxacaq.

Hər zaman və xüsusilə Ramazan ayında uşaqlarımıza şəfqət və mərhəmətlə davranmalı, oruca başlayacaq yaşa gəlmiş uşaqları orucun sevimli atmosferini paylaşmalı, orucu asanca tamamlamalarına köməkçi olmalı, təravih namazına onlarla birlikdə getməliyik. Oruc ayı münasibəti ilə uşaqlarımıza göstərəcəyimiz yaxınlığın onların könüllərində və xatirələrində çox müsbət təsirlər buraxacağından heç bir şübhə yoxdur.

Unutmayaq ki, bizim mədəniyyətimizdə uşaqlar ümumiyyətlə sahur, iftar, təravih kimi gözəl birlikdəliklər paylaşıldığı Ramazan mühitində dini həyata yönələrlər, orucun bu mərhələlərində ruhlarına dolan sıx mənəviyyat işığını hiss edərlər və dini həyatın gözəlliklərini kəşf edərlər... Uşaqlarımızı bu gözəllikdən məhrum buraxmayaq !
Загрузка...

ŞƏRHLƏR

Sevinc...

20 İyul 2013 15:44

ALLAH RAZI OLSUN ELA HEKAYEDİ

Eva_1

20 İyul 2013 10:08

Allah razı olsun
mərhəmət hissimizi əlimizdən almasın İnşallah
--------------------

Devilest_Love

19 İyul 2013 19:41

Allah razi olsun! Tewekkur.

SAMSARA

19 İyul 2013 18:44

hmmm tsk xebere goree

_BianKa_

19 İyul 2013 18:41

Allah razi olsun!

Həyat

19 İyul 2013 18:39

Çox maraqlıdı
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Karacicek

19 İyul 2013 18:34

ALLAH razi olsun!!! Super xeber hazirlamisiz, ellerinize sagliq...

Arizona

19 İyul 2013 17:53

salam Cumeniz mubarek. ALLAH RAZI OLSUN

Sweet girl ...

19 İyul 2013 17:33

Sitat: ❃FloRal❃ 
Ay ALLAH,nece de sirindir:))

Doğurdanda şirindir ee usss..Allah saxlasın!

Çox gözəl hekayədi.Allah razı olsun.

AYGUN

19 İyul 2013 17:21

Sitat: ❃FloRal❃ 
Ay ALLAH,nece de sirindir:))

ehhhh sende neyi sirindi onunnn twk xebre goree what

❃FloRal❃

19 İyul 2013 17:14

Ay ALLAH,nece de sirindir:))

Hekayeye gore ALLAH razi olsun
--------------------

***
❃❃❃

***
loading...
Загрузка...