Fon yüklənir...
Загрузка...

Ramazan'a aid gözəl sözlər

Загрузка...
* Ramazanda on gün itikaf etmək (son 10 günü ibadətlə məşğul olmaq), iki həcc və iki ümrə kimidir. (Hz Hüseyn)

* Bir qadın Rəsulullah (s.ə.v)-a gələrək: Mən həcc etmək üçün hazırlıq etmişdim mənə (bi mane) ərz oldu nə edim? Əfəndimiz: "Ramazanda ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir" buyurdu. (Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95)

* Ramazanda orucunu tutub da Şəvvaldanda altı gün tutan kimsə bütün il oruc tutmuş kimidir. (R Salihin, 1259)

* Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.

* Cənnətdəki gözəl köşklər, sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər. (İbni Nəsr)

* Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu Təala yetmiş il atəşdən uzaqlaşdırar. (Müslim)

* Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar. (Hatib)

Ramazan'a aid gözəl sözlər

* Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir. Böyük günah edilmədikcə aralarındakı günahları bağışladarlar. (Müslim, Təharət 14, (223); Tirmizi, Salat 160, (214)

* Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır. (Müslim)

* Cənnətdə Rəyyan deyilən bir qapı vardır. Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz. "Tirmizi"nin rəvayətində bu çox var: "Ora daxil olan şəxs əbədi olaraq susamaz". (Tirmizi, Savm 5)

* Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər. (Tirmizi, Cihad 3, (1624)

* Bir kimsə həcc və ümrə etsə də eyni il içində ölsə cənnətə girər. Kim Ramazan orucunu tutsa sonra ölsə cənnətə girər. (Ravi: Hz Əbu Səid)

* Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır. (Əbu Nuaym)

* Allahu Təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar. (Təbərani)
Загрузка...

ŞƏRHLƏR

_РуСаЛКа_

13 İyul 2013 07:20

çox sagolun xəbərə görə... hamısını oxudum ... Allah hər kəsin orucunu qəbul etsin

cucewka

12 İyul 2013 18:11

ALLAH RAZI OLSUN HAMISIN OXUDUM

ms_dynamite

12 İyul 2013 12:52

* Cənnətdə Rəyyan deyilən bir qapı vardır. Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz. "Tirmizi"nin rəvayətində bu çox var: "Ora daxil olan şəxs əbədi olaraq susamaz". (Tirmizi, Savm 5)

Allah razı olsun...hamısını oxudum...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

F_N

12 İyul 2013 11:43

Hamsi maraqli idi.Allah butun oruclari qebul etsin inwaallah

Smiler

12 İyul 2013 10:40

ALLAH oruc tutanlarin orucunu qebul etsin

AYGUN

12 İyul 2013 00:25

haha mirt))

estefurullah bilmedim ele bildim trollar xeberindeyem

ayka17

11 İyul 2013 22:47

Allah oruc tutanlarin,orucunu qebul elesin

TiPa_PiSsKoPaTkA

11 İyul 2013 21:38

Allah hamimizin orucunu qebul etsin ve sebr versin...xeber uchunde chox sagolun Allah razi olsun

PeTTy

11 İyul 2013 21:24

_Bella_,
men aylıq niyyet etmirem,her gün üçün ayrıca niyyet edirem ve qezaya düşmür,meselen 9u tutdum,10u tutmadım,niyyet etdim bugün yene tutdum.

_Bella_

11 İyul 2013 21:08

Allah oruclarınızı qəbu etsin...

Sitat: PeTTy
>Men dalbadal 3gün tuta bilirem,amma evden icaze vermirler,men de mecburen 1 gün fasilelerle tuturam.


Fasilələr tutmağ olmaz.. Nə fərqi olur ki? qəzası qalır onsuzda boynunda...
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

❃FloRal❃

11 İyul 2013 20:27

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

PeTTy

11 İyul 2013 20:15

*Ard arda 3 gün Oruc tuta bilenin Ramazan orucunu tutması lazımdır.(Ebu Nuaym)
>Men dalbadal 3gün tuta bilirem,amma evden icaze vermirler,men de mecburen 1 gün fasilelerle tuturam.

Sevinc...

11 İyul 2013 19:51

Oxudum ALLAH RAZI OLSUN

_Angel_

11 İyul 2013 19:50

* Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.


hamisin oxudum son zamanlar dini xeberlerle cox maraqlaniram
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

violetta

11 İyul 2013 19:46

Geseng sozlerdi allah sizden razi olsun
loading...
Загрузка...