Fon yüklənir...
Загрузка...

Oruc tutmağın qaydaları

Загрузка...
Oruc tutmağın qaydaları

Oruc tutmaq xəstə və səfər üstə olanlara da vacibdir. Amma onlar oruclarını Ramazan ayında tutmayıb sonradan qəza edə bilərlər. Lakin oruc tutsalar, daha yaxşı olar. Quranda bu barədə deyilir: “Sayılı günlərdə (orucu sayılı günlərdə tutun) sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır”.

Oruc tutmağın qaydaları

Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışma durumlarında İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır. Səfər zamanı tutulmayan oruc sonradan tutulmalıdır. Əgər insan gecə oruc tutmağı niyyət edibsə, ancaq səhər yola çıxmaq məcburiyyətində qalıbsa, orucunu poza bilər. Ancaq yaxşı olar ki, niyyət edibsə, oruc tutsun. Ümumiyyətlə, səfər zamanı əziyyətlə üzləşməyənlərin oruc tutması gərəkli sayılır.
Onu da qeyd edək ki, dinimizə görə, 10 gündən az müddətə doğma evindən ayrılan və 22 kilometrdən uzaq məsafəyə yollanan şəxs səfərdə olan sayılır. Həmin şəxslər səfərdə oruc tutmurlar. Onlar həmin günlərin əvəzində Ramazandan sonra “qəza orucu” tutmalıdırlar. Allah-Təala buyurur: “Ramazan ayına yetişən şəxslər oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...”

Oruc tutmağın qaydaları

Ümumiyyətlə, ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır. Əgər insan xəstələnibsə, Ramazan ayından sonra yaxşılaşarsa, orucunu həmin vaxt tuta bilər. Qurban bayramının 4-cü günündə, cümə günləri oruc tutmaq daha savab sayılır. İlin müəyyən günlərində oruc tutmağa vərdiş etmiş insanlar Ramazan ayının eyni günlərində də belə oruc tutarlarsa, burada mənfi heç bir şey yoxdur.
Oruc tutduğu halda sağlamlığına zərər gəlməsindən qorxan insanlar oruc tutmaya bilərlər. Ancaq özlərini yaxşı hiss etdikləri vaxtlarda qəza orucu ilə bunu əvəz etməlidirlər. Ağır işlərdə çalışanlar oruc tutan zaman həyatlarını riskə ata bilərlər. Ona görə də belə şəxslər Ramazan ayında tutmadıqları orucu başqa vaxt tuta bilərlər. Oruc tuta bilməyən yaşlılar bunun yerinə hər gün fidyə verməlidirlər. Yaxşılaşmağa ümidi olmayan xəstələr üçün də fidyə keçərlidir.
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

22 İyul 2013 01:16

coxsun bilirem yene de sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Smiler

12 İyul 2013 10:54

ALLAH razi olsun

_Angel_

11 İyul 2013 16:26

cox sagol men bu haqqda az bilirem deye maraqli gelir mene))
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

BeLiCtIoNeR

11 İyul 2013 14:17

men tutmuram ancaq butun tutanlarin orucunu allah qebul etsin inwallah

Sweet girl ...

11 İyul 2013 12:24

Allah razı olsun!

ToMa_84

10 İyul 2013 23:25

Allah yolunda və özüm üçün çalışdığım qədər qaydalara riayət edirəm.Allah hər birimizin orucumuzu qəbul etsin.Amin

TiPa_PiSsKoPaTkA

10 İyul 2013 22:23

Allah razi olsun..

AYGUN

10 İyul 2013 21:50

cox sagolun yes

PeTTy

10 İyul 2013 21:50

Bilirem qaydaları ve her Ramazan tuturam,Allah(c.c) hamının orucunu qebul etsin.

❃FloRal❃

10 İyul 2013 21:47

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

violetta

10 İyul 2013 19:30

Allah razi olsun

_РуСаЛКа_

10 İyul 2013 19:15

ALLAH RAZI OLSUN cox sagol :) ALLAH hər kəsin orucunu qəbul etsin İNŞALLAH

Sevinc...

10 İyul 2013 19:12

Bunları bilirem ALLAH RAZI OLSUN

Arizona

10 İyul 2013 18:58

Salam. Bili melumatlandirdigin ucun cox sagol. ALLAH RAZI OLSUN yes
loading...
Загрузка...