Loading...
Məhərrəmlik ayı və Aşura günü.

Məhərrəmlik ayı və Aşura günü.

Loading...
Məhərrəmlik

"Şehrullahi'l-Muharrem" olaraq məşhur olan, yəni "Allahın ayı Məhərrəm" olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və bolluğun, Rəbbani lütfkarlıq və kərəmin coşduğu və bollaşdığı bir aydır.

Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə çatmağın əhəmiyyətli bir fürsəti olduğu üçün Peyğəmbərimiz tərəfindən bu şəkildə ifadə edilmişdir.
Aşura Günü isə Məhərrəmin 10-cu günüdür. Aşura Gününün Allah qatında ayrı bir yeri vardır. Bu gündə Cənabı Haqq on peyğəmbərinə on növ ikramda olmuş və kudsiyətini artırmışdır. Bu günlərdə oruc tutmaq çox fəzilətlidir.

Hicri İlin ilk ayı olan Məhərrəm ayının 10-cu günü Aşura Günüdür. Məhərrəm ayının digər aylar arasında ayrı bir yeri olduğu kimi, Aşura Gününün də digər günlər içində daha mübarək və bərəkətli bir mövqeyi vardır.
Aşura Gününün Allah qatında da çox özəl bir yerinin olduğunu Fəcr Surəsinin ikinci ayəsi olan "On gecəyə and olsun" ifadələrinin təfsirindən öyrənməkdəyik.
Bəzi təfsirlərimizdə bu on gecənin Məhərrəmin Aşurasına qədər keçən gecə olduğu bəyan edilməkdədir. (1)
Cənabı Haqq bu gecələrə and içərək onların kudsiyet və bərəkətini bildirməkdədir.
Bu günə "Aşura" deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə bərabər gəldiyi üçündür. Hədis kitablarında keçdiyinə görə isə, bu günə bu adın verilməsinin hikməti, o gündə Cənabı Haqq on peyğəmbərinə on dəyişik ikram və lütf etdiyi üçündür. Bu ikramlar belə ifadə edilməkdədir:

1. Allah, Hz. Musaya (ə.s.) Aşura Günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara basdırmışdır.
2. Hz. Nuh (ə.s.) gəmisini Cudi Dağının üzərinə Aşura Günündə dəmirləmişdir.
3. Hz. Yunus (ə.s.) balığın qarınından Aşura Günü xilas olmuşdur.
4. Hz. Adəmin (ə.s.) tövbəsi Aşura Günü qəbul edilmişdir.
5. Hz. Yusuf (ə.s.) qardaşlarının atmış olduğu quyudan Aşura Günü çıxarılmışdır.
6. Hz. İsa (ə.s.) o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.
7. Hz. Davudun (ə.s.) tövbəsi o gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (ə.s.) oğlu Hz. İsmayıl (ə.s.) o gün doğulmuşdur.
9. Hz. Yaqubun (ə.s.), oğlu Hz.Yusufun (ə.s.) həsrətindən ötəri bağlanan gözləri o gün görməyə başlamışdır.
10. Hz. Əyyub (ə.s.) xəstəliyindən o gün şəfaya qovuşmuşdur.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

sensizgun

18 Fevral 2010 17:59

holley.
bes niye demirsenki bu ayda imam Huseyn(a.s)sehid olub kerbelada ailesini qurban verib Allahin isteyile Qurani yasadib.
butun saydiqlarinada Allah imam Huseyne xatir guc verib,baqislayib ve.s niye bunlari demirsen??????????????????

LARACROFT

25 Dekabr 2009 22:25

Çox sağ ol Holley ALLAH razı olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

m.Hesenzade

25 Dekabr 2009 18:42

Sitat: Fairy Dreamer
Cox sag ol holley bu hada filimlerde cox baxmisam, melumatlarimda var her bir muselman bu haqda bilmelidir

--------------------
Qara Kitabın Xoş Xatirələri...

EHLIKEF

25 Dekabr 2009 16:34

Sitat: Nahid-19
bunlari unudmaq olmaz..ALLAH hamisini rehmet elesin....!

Guller22

25 Dekabr 2009 16:24

Melumata gore twk.Allah hamisina rehmet elesin.

Elif_87

25 Dekabr 2009 14:33

Dəyərli məlumat üçün təşəkkür holley...
5+

nepstr

25 Dekabr 2009 14:24

Özünüzü daha nə qədər güldürməy istəyirsiniz. 14 esr bundan qabaq olanlari dananlar hicrteden qabaqki esrlerde olanlari ne yaxsi yadinda saxlayib. Goresen bu fezilet sahibleri kimlerdi ki, bunlari yadinda saxlayib! MİLLET BESDİ YATDİZ!

Nahid-19

25 Dekabr 2009 12:15

bunlari unudmaq olmaz..ALLAH hamisini rehmet elesin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

-Jasmin-

25 Dekabr 2009 12:00

Məhərrəmlik-İmamlarımızın şəhid düşdüyü aydı
ona görə də bunları bilmək lazımdı
smile

Suliko

25 Dekabr 2009 11:48

Her bir muselmanin meherremlik ayi barede melumati olmalidir..tewekkur melumatlandirdigin ucun..Allah razi olsun..!
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Tena

25 Dekabr 2009 10:46

Çox saq ol holley,böyük maraqla oxudum melek

MR.QARRI

25 Dekabr 2009 10:04

ALLAH RAZI OLSUN