Loading...

Peyğəmbərimizin dilindən Ramazan
Din
- 10 İyul, 2013
- 4 759 Baxış
Loading...

"Ramazan ayı mübarək bir aydır. Allah-Təala sizə Ramazan orucunu fərz qıldı .O ayda rəhmət qapıları açılır, cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlərə vurulur. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin xeyrindən məhrum qalmış şəxs hər xeyirdən məhrum qalmış sayılır." (Nəsai)
"Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allah-Təaladan gözləyərək oruc tutan şəxsin günahları bağışlanır." (Buxari)
"Ramazan orucunu tutub ölən insan cənnətə girər." (Deyləmi)
"Ramazan ayı gəldikdə: "Ey xeyir əhli, xeyirxahlığa tələs! Şər əhli, sən də pisliklərdən əl çək! deyilir" (Nəsai)
"Ramazan bərəkət ayıdır. Allah-Təala bu ayda günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını verin! Ancaq cəhənnəmə gedəcək olanlar bu aydan məhrum qalarlar." (Təbərani)

Rəsulullah(s.a.s.) Şəban ayının son günü bir xütbə irad etdi və belə buyurdu:
"Ey müsəlmanlar! Böyük və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. Bu, içində min aydan daha xeyirli olan "Qədir gecə"sinin olduğu bir aydır."
Bu ay, Allah- Təalanın, gündüzlərində orucu fərz, gecələrində "təravih namaz"ını nafilə olaraq qanuni qıldığı mübarək bir aydır.
Bu ayda kim bir xeyir işləyərsə, başqa zamanlarda bir fərzi yerinə gətirən kimsə kimi savab qazanar.
Bu ay səbr ayıdır. Səbrin qarşılığı da Cənnətdir.
Bu ay ehsan, yardım və bərabərlik ayıdır.
Bu ay möminin ruzisinin artdığı bir aydır.
Kim bir oruclunu iftar etdirərsə, bu, onun günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. İftar etdirdiyi müsəlmanın, aldığı savabdan bir şey əksilməz, onun qazandığı qədər də ayrıca savab qazanar.
-"Bizim hamımız bir oruclunu iftar etdirəcək imkana sahib deyildir" dedilər.
Bunun üzərinə Rəsuli- Əkrəm(s.a.s.)...
"Allah- Təala bu savabı bir oruclunu bir xurma və ya bir qurtum su ya da bir içim süd ilə iftar etdirənə də verər." buyurduqdan sonra xütbəsinə belə davam etdi.
Bu ay, əvvəli rəhmət, ortası mərifət, sonu cəhənnəmdən qurtuluş olan bir aydır. Kim bu aydan əmri altındakıların yükünü yüngülləşdirərsə, Allah onu bağəşlayar və cəhənnəmdən azad edər.
Bu ayda 4 şeyi çox edin. Bunların ikisi ilə Rəbbinizi razı edərsiniz. İkisindən də onsuz da uzaq qala bilmərsiniz. Rəbbinizi razı edəcək iki işiniz; "La ilahə illəllah" deyərək, Allahın birliyinə şəhadət etməyiniz və bağışlanma diləməyinizdir. Uzaq qala bilməyəcəyniz o birisi şeylərə gəldikdə- Onlar da Allahdan Cənnəti istəyib, Cəhənnəmdən qurtulmağı diləməyinizdir.
Kim bir oruclunu doyuracaq olarsa, Allah onu mənim hovuzumdan sulayacaq, o da Cənnətə daxil olana qədər bir daha susuzluq çəkməyəcəkdir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...