Fon yüklənir...
Загрузка...

İslamda-Eşq, sevgi və həvəs

Загрузка...


Sual: Eşqə müvəqqəti həvəs, sevgiyə gerçək duyğu deyilə bilər mi?

Cavab:Sevgiylə eşq eyni şeydir. Sevgi, könülün zövq aldığı şeyə

meyl etməsi deməkdir. Qüvvətli sevgiyə eşq deyilir. Sevgi, heç bir qarşılıq gözləmədən

sevgiliyə tabe olmaq, Ona itaət etmək, Onun hər işini gözəl, hər əziyyətini, hər yaxşılıqdan

daha şirin görmək və Onun (Allahın) dostlarını dost, düşmənlərini düşmən bilməkdir. Buna,

hubb-i fillah buğdi-fillah da deyilir. Allah üçün olan sevgi qiymətlidir.

Nəfsin şəhvani, heyvani arzularına, müvəqqəti həvəsə səhv olaraq sevgi və ya eşq

deyilir. Anlayış qarışıqlığına səbəb verilir.



Həvəs rəzaləttir, sevgi fəzilətdir.

Həvəs yatırtmaz, sevgi unutmaz.

Həvəs ağılı məntiqi alt-üst edər, sevgi ağılla hədəfə gedər.

Həvəs tələ qurar, sevgidə işlər aşkar.

Həvəs qəflət içərisində, qeyri işlərə girişər, sevgi müqəddəs mənzilə
çatar.

Həvəs tez-tez Oynaş dəyişdirər, sevgi ayırmaz, birləşdirir.

Həvəs iffəti aradan qaldırar, sevgi iffət içində əriyər.

Həvəs keyidər, gizli görüşdürər; sevgi şəhvəti yatırar.

Həvəs etibarı sarsıdar və aldadar, sevgi etimad qazandırar.

Həvəs çiçək iyləyər, doyar başqa axtarar; sevgi çiçəyi sular, böyüdər, adam edər.

Həvəs keçər yalan olar, sancan ilan olar; sevgi gerçək olar,
axtarar tapar, təhlükədən qoruyar.

Həvəs qısa sürər, sevgi ömür boyu gedər.

Həvəs aldadar, böhrana salar; sevgi rahatlaşdırar.

Həvəs nifrət saçar, sevgi qucaq açar.

Həvəs doymaz bir acdır, sevgi dərdə dərmandır.

Həvəs riyakar, pastır; sevgi ixlasdır.

Həvəs əzər keçər, yeni ov seçər; sevgi onu mühafizə edər, onunla gedər.

Həvəs qısa vədə deyər, sevginin hədəfi sonsuza gedər.

Həvəs keçicidir, seçicidir; sevgi qalıcıdır, könül alıcıdır.

Həvəs qudurar, vurar; sevgi ağıllı dayanar.



Həvəs sultanı kölə, sevgi isə köləni sultan edər. Həzrət-i Züleyxa,

sevgisi uğruna, bütün sərvətini fəda etdi. Yusifi gördüm deyənə qızıllar saç idi. Həzrət-i

Yusiflə evlənincə yanına getmədi. (Rəbbimin sevgisi mənə yetər!) Dedi. Gerçək eşqə

qovuşmuşdu. Allahu təala da Rəsulunu çox sevir, yəni ona aşiq olmuş və (Ey Rəsulum,

İbrahim peyğəmbəri halil (dost), səni isə həbib (sevilən, günahsız) edindim) (Mevahib-i

ledünniyye) demiş, Mevlitte də, (Həbibim, sənə aşiq oldum ) ifadəsi keçir.

Bu eşq nəyə bənzər?Sönməz günəşə bənzər,

Eşqi olmayan könül,Sarsılmaz daşa bənzər.


Bir kişi bir qadını və ya bir qadın bir kişini Allah rizası üçün sevsə belə, üzünə qarşı

söyləməsi doğru deyil. Bu sevgi nəfsani sevgiyə çevrilər. Onun üçün dinimiz, xarici kişilə

xarici qadının bir-birinin üzünə qarşı dua etməsini, ehtiyacdan kənar danışmasını haram

etmişdir.
Загрузка...

ŞƏRHLƏR

ehlibeyt

18 İyul 2013 13:07

menegore sevgi esq mehebbet eyni seydi.maraqli idi tsk..........

Twetty

2 İyul 2013 01:45



Həvəs qısa vədə deyər, sevginin hədəfi sonsuza gedər.

Sevinc...

1 İyul 2013 20:56

Maraqlı idi tşk

Ziya008

1 İyul 2013 19:05

Eyer yazi Mehebbetnameden goturulmuyubse demeli hechnedi.....


Heves
Istek
Sevgi
Mehebbet
Eshq

Ne ise duzelen deyilik)) bu hisler eyer hami bir wey olseydi hamiya bir adla cavab verilerdi demeli bunlar ayri ayri hisslerdiki olari ayri ayri adlarla adlandiriblar... sevgi hamiya olmalidi .. mehebbet birine EWQ ALLAHA olmalidir ve en sonmesi EWQ dirki o ALLAHADIR...

Nemka...

1 İyul 2013 17:44

dinimiz xarici kisile xarici qadinin bir birinin uzune qarsi dua etmesini,ahtiyacdan kenar danismasini haram etmisdir ....
indi ele yaxsi danisir bezi insanlar

Həyat

1 İyul 2013 16:59

Həvəs sultanı kölə, sevgi isə köləni sultan edər. Həzrət-i Züleyxa,

Həvəs keçicidir sevgi əbədi.Sevgi gözlə görülmür qəlblə hiss olunur
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

forget-me-not

1 İyul 2013 16:02

Sitat: DonnA
Mənimçün səni sevirəm sözünü deyən insannan çox bunu mənə hiss etdirə bilən insan daha dəyərli və qiymətlidir.

tam ureyimden kecenleri yazmisan, hec sevmirem bogazdan yuxari sablon sevgi sozlerini
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

Smiler

1 İyul 2013 15:55

maraqli idi tesekkurler

DonnA

1 İyul 2013 15:48

Bəli bu haqda mədrəsəyə gedən tanışım var.o danışanda eşitmişəm.Sevgini dilə gətirmək sevginin dəyərini salmaqdı deyir.sevgini demək yox hiss elətdirmək gərəkdir.Necəki pis hərəkətini islamda kişi qadının üzünə vurmur ona bu hərəkətin pis olduğunu hərəkətləri ilə sözdən kənar fikirləri ilə başa salırsa sevgidə də həmçinin.ama indi iki günlük tanış olan qızlar oğlanlar var bir birinə səni sevirəm sənin üçün ölərəm.qayıdıb deyəsən ki öl görüm necə ölürsən.Mənimçün səni sevirəm sözünü deyən insannan çox bunu mənə hiss etdirə bilən insan daha dəyərli və qiymətlidir.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

♣YoL_Cu♣

1 İyul 2013 15:44

Nəfsin şəhvani, heyvani arzularına, müvəqqəti həvəsə səhv olaraq sevgi və ya eşq

deyilir

İnanı şeytanda fərqləndirən ən mühüm cəhət sevgidir. İndi bu nə deməkdir ki?!



----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

MASTER-SAN

1 İyul 2013 15:39

Muzakireye etmek ucun kimler var :)))
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

❃FloRal❃

1 İyul 2013 15:29

Sitat: PeTTy
Allah(c.c) neyi buyurubsa düz buyurmağına şübhem yoxdur,amma maraqlıdı tutaq ki,kişinin qadından xoşu gelirse bunu niye gizletmelidir ki onu anlamadım.

Mende
--------------------

***
❃❃❃

***

zeyneb1997.az

1 İyul 2013 15:26

Həvəs qısa sürər, sevgi ömür boyu gedər.
Həvəs etibarı sarsıdar və aldadar, sevgi etimad qazandırar. good

violetta

1 İyul 2013 15:20

Maraqli idi xosuma geldi sagolun.

PeTTy

1 İyul 2013 15:14

Allah(c.c) neyi buyurubsa düz buyurmağına şübhem yoxdur,amma maraqlıdı tutaq ki,kişinin qadından xoşu gelirse bunu niye gizletmelidir ki onu anlamadım.

cucewka

1 İyul 2013 15:14

maraqli idi saq olun
loading...
Загрузка...