Fon yüklənir...
Загрузка...

İlk yaradılışımız

Загрузка...
İlk yaradılışımız


İnsanın ilk yaradılışı və Qiyamət günü yaradılışı arasındakı oxşarlıqlar.
"Ölsün insan! O nə nankordur! Allah onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona biçim verdi. Sonra onun üçün yolu asanlaşdırdı. (Əbəsə 80/17-20)
"Allah onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona şəkil verdi. Sonra onun üçün yolu asanlaşdırdı." (Əbəsə, 80/18- 20)
"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb, Öz ruhumdan üfürən kimi ona səcdə edin!" (Sad 38/71- 72)
"İndi soruş, onları yaratmaq çətindir, yoxa bizim yaratdıqlarımızı? Axı biz onları yapışqan kimi bir palçıqdan yaratdıq." (Saffat 37/11)
Biz həqiqətən insanı süzülmüş palçıqdan yaratdıq. (Muminun 23/12)
Uca Allah ilk insanın, torpaqdan yaradıldığına diqqət çəkməkdədir.

Torpaq mərhələsi:

Şübhəsiz Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona "Ol!" deməsi ilə o da dərhal oldu." (Ali-İmran 3/59)

Palçıq mərhələsi

"Ki O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan başlayandır" (Səcdə 32/7)

Yapışqan palçıq mərhələsi

"Rəbbin mələklərə demişdi: "Mən quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan bir bəşər yaradacağam" (Hicr 15/28)

Köklü qara palçıq mərhələsi

"And olsun, insanı quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan yaratdıq" (Hicr 15/26)

Bişmiş palçıq mərhələsi

"İnsanı, atəşdə bişmiş kimi quru bir palçıqdan yaratdı" (Rəhman 55/14)

Uca Allahın öz ruhundan üfürməsilə canlanma mərhələsi:

"Onu bir biçimə salıb, ona ruhumuzdan üfürdüyümüz zaman siz onun üçün dərhal səcdəyə qapanın" (Sad 38/72)
Uca Allah torpaqdan yaradıldığımızı nə üçün gündəmə gətirməkdədir? Bu sualın cavabını Rum 20 ilə qarşılaşdıraq: "Sizi torpaqdan yaratması, Onun dəlillərindəndir"
Deməli torpaqdan yaradılmanın gündəmə gətirilməsi, öldükdən sonra dirilməyə dəlil olmasının məqsədləndirilməsindəndir. Eyni zamanda burada yaratmağın Allahın qüdrətinə dəlil olması da vardır. Təbii ki, torpağın öz başına su olmadan bir şeyə yaramayacağı da bir gerçəkdir. Torpaq deyilən xam maddəyə Uca Allah "su" qatmışdır.
"O inkar edənlər görmürlərmi ki, (başlanğıcda) Göylərlə Yer bir- birilə bitişik ikən, Biz onları ayırdıq və hər canlı şeyi sudan yaratdıq" Yenə də onlar inanmayacaqlarmı?" (Ənbiya 21/30)
Edilən araşdırmalar, insan bədənini meydana gətirən elementlər ilə torpaqdakı elementlərin bənzərliyini ortaya qoymuşdur. Aliminium, dəmir, kalsium, silikon, sodium, potasium, maqnezium, hidrogen, xlor, yod, manqan, fosfor, mis, gümüş, karbon, sink, kükürd və azod insanın bioloji quruluşunu meydana gətirən maddələrdir.
Edilən araşdırmalara görə, insan vücudunun %65-ioksigen, %18-ikarbon, %10-u hidrogen, %3-ü azot, %1,5- i kalsium, %1- i fosfor, geri qalanı da digər elementlərdir.
İnsan vücudunda İlahi taleh gərəyi, müəyyən nisbətlərdə yer alan, elementlərdə əksiklik olduğu zaman, xəstəlik meydana gəlməkdədir. Onun üçündür ki, Allahın həm kainat, həm də onun içində yaradılan ən dəyərli varlıq olan insanın yaradılışında əsla dəyişiklik edilə bilməz.
"Elə isə sən üzünü Allahı birləyən (bir hənif) olaraq dinə, Allahın o fitrətinə çevir ki, insanları bunun üzərinə yaratmışdır. Allahın yaradılışı üçün heç bir dəyişdirmə yoxdur. Bax, dimdik ayaqda duran din budur. Ancaq insanların çoxu bilməzlər." (Rum30/30)
Bu elementlərin biri çıxardıla bilməz, əksildilə bilməz, yerinə başqa element qoyula bilməz. nisbətlər dəyişdirilə bilməz.

İndi də məhşərdəki diriliş ilə əlaqədar olan ayələri incələyək.

"İnsan öncədən heç bir şey deyilkən, həqiqətən bizim onu yaratmış olduğumuzu (heç) düşünmürmü?" (Məryəm 19/67)
"Allah sizi (yerdən) bir bitki kimi bitirdi." (Nuh 71/17)
Sonra sizi yenə oraya geri çevirəcək və sizi (dirildici) bir çıxarışla dirildib, çıxaracaqdır. (Nuh71/18)
Yuxarıdakı ayədə inkarçılara axirətdə dirildiləcəkləri xatırladılmaqda, sonrakı ayədə isə bu günün inkarçılar üçün çətin bir gün olacağı ifadə edilməkdədir. Milyardlarca insanın topluluqla dirilişi nə qədər də müdhiş bir səhnədir. Çaşqınlıq! Qarışıqlıq! Peşmanlıq! Qorxu!
Hər kəs yalnız. Bir tək Allahın yardımının faydalı ola biləcəyi bir gün. Dünyada çox etibar edilən mövqelərin, ailələrin, pulların, mülklərin fayda etmədiyi bir gün... Geriyə qayıdışın olmadığı bir gün...

İnsanların torpaqdan çıxışları çəyirtkələrə bənzədilməkdədir.

Gözləri zillət və dəhşətdən düşmüş olaraq, sanki yayılan çəyirtkələr kimi qəbirlərdən çıxarlar. (Qəmər 54/7)
Bax o gün insanların məzarlarından çıxışı çəyirtkələrə bənzədilir. Bəs, niyə çəyirtkələrə? Allah niyə bu nümunəni seçmişdir?
Son dövrlərdə həşəratlar üzərində mikro kameralar və sistemli müşahidə ilə edilən araşdırmalar bizəniyə çəyirtkələrin nümunə olaraq göstərildiyi açıqlamaqdadır. Hər şeydən əvvəl çəyirtkə sürüləri çox sıxdır. Milyarlarca çəyirtkə bir yerə gələrək kilometrlərlə uzunluq və genişlikdəki qapqara bir yağış buludunu xatırladarlar. Bu sürülərin bızilərinin 3- 5 km genişliyində və metrlərlə dərinlikdə olduğu təsbit edilmişdir.
Ayrıca çəyirtkələr yumurtaalrın torpağın içinə toxum kimi yerləşdirərlər və çəyirtkə sürfələri uzun bir müddət torpağın altında qaldıqdn sonra Yer üzünə çıxarlar. Haradan çıxarlar? Torpağın altından...
İndi nümunə olaraq Amerikanın New- England bölgəsində yaşayan çəyirtkələri incələyək. Bu çəyirtkələr 17 yaşına girdikləri ilin May ayında, uzun illərdən bəri yaşadıqları yer altındakı qaranlıq yarıqlardan torpaq üzərinə çıxarlar. Əgər insanlar: "Sizi qaranlıq bir yerə qapadacağıq və saatınız olmadan, xarıcı dünya ilə bağlantınız olmadan 17 gün sonra hamımız birgə çölə çıxacaqsınız. " desəz, əmin olun bir çox insan 17 günlük müddəti belə doğru təhmin edə bilməz.
Dünyada ikən maddi bədəni məzara qoyulmuş insanların, axirətdə topluluqla yaradılmalarına bundan gözəl nümunə nədir?
Qısaca çəyrtkələr və insanlar oxşar şəkildə torpağın altında uzun bir müddət qaldıqdan sonra topluluqla çıx sıx olaraq Yer üzünə çıxarlar.
Quranda öyüd almağımız üçün nümunələr verilmişdir.

*
Bax bu nümunələr; "Biz bunları insanlara verməkdəyik. Ancaq alimlərdən başqası bunlara ağıl çatdıra bilməz" (Ənkəbut 29/43)
Qullara ruzi olmaq üzərə. Və onunla (o su ilə) ölü bir şəhərə diriltdik

*
Qəbirlərindən qaçarcasına çıxarılacaqları gün, sanki onlar tikili bir şeyə istiqamətləndirilmiş kimidirlər. ( əl- Məaric 70/43)

*
Onlar sənin Rəbbinə sıra ilə təqdim olunmuşdur. And olsun sizi ilk dəfə yaratdığımız kimi bizə gəlmiş oldunuz. Xeyr, Bizim sizə bir qovuşma zamanı təsbit etmədiyimizi sanmışdınız, deyilmi? (Kəhf 18/48)

* Qurana əsasən Yer üzü Qiyamət günü yeni bir şəkilə bürünəcəkdir.
"Yer düzlənəcəkdir" (İnşiqaq 84/3)

*
Bax, o yalnızca bir qışqırıqdan ibarətdir, artıq özləri dirildilmiş olaraq, baxıb, dururlar. (Saffat 37/19)

*
Sura üfürülmüşdür: beləcə onlar qəbirlərindən (dirildilib) Rəblərinə doğru dalğalar halında süzülüb, gedərlər (Yasin 36/51)

*
Demişlərdir ki, Elə olsun, yuxuya buraxıldığımız yerdən bizi kimdirildib qaldırdı? Bu Rəhman olan Allahın vəd etdiyidir. (Deməli) göndərilən elçilər, doğru denişlərdir. (Yasin 36/52)

*
Lakin qulaqları partladırcasına olan o gurultu gəldiyi zaman, (Əbəsə 80/33)

*
O, yalnızca bir tək qışqırıqdan başqası deyildir, artıq onların hamısı toplanmış, olaraq hüzurumuza gətirilmişlərdir. (Yasin 36/53)

*
Ayələrdən anlaşılacağı üzərə bir dəfədə, bütün insanlar qulaqları kar edərcəsinə yüksın bir tezlikdəki bir səslə qəfildən torpaqların insan bədənindən ayrışaraq, insanların ayağa qalxması şəklində cərəyan edəcək. (Kəff 50/44)
*
Bu qalxış insanlara sanki milyonlarla il keçmiş kimi olmayacaq. Yeni yuxuya keçmiş və qüvvətli bir səslə oyandırılmış kimi olacaq.

Загрузка...

ŞƏRHLƏR

esmer09

2 İyul 2013 23:33

Allah en boyuk mocuzeni biz qadinlara verib ki 9 ay canimizda can boyuduruk ,bedenimizde iki urek doyunur.men bunu yasadigdan sonra hamile qadinkara Allahin bir mocuzesi kimi baxiram

cucewka

1 İyul 2013 19:25

Herden ele olur baxıram özüme,ya da başqalarına deyirem Rebbim nece gözel,nece düşünerek yaradıb bizleri,dünyanın en böyük möcüzesidi bizim varlığımız,bucür ne bize gözel beden üzvleri verib,orqanlar verib,bunun öz özüne yaranması mümkündür mü tebii ki,yox,her şeyi yoxdan var eden gözel Rebbimdi.

_Bella_

1 İyul 2013 13:27

...ama hələdə bu şəkk edənlər var
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Sevinc...

30 İyun 2013 22:54

Oxudum maraqli idi tşk

_LaDyLoVe_

30 İyun 2013 19:56

[quote]"İnsanı, atəşdə bişmiş kimi quru bir palçıqdan yaratdı" (Rəhman 55/14)
Kainatın en boyuk mocuzesi biz-insanlariq.Qurban Olum Allahıma!!!

❃FloRal❃

30 İyun 2013 19:40

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Ledi Luiza

30 İyun 2013 18:25

3 dəfə yarim yarim oxudum xəbəri maraqli gəldi.
Bax bu nümunələr; "Biz bunları insanlara verməkdəyik. Ancaq alimlərdən başqası bunlara ağıl çatdıra bilməz bu daha maraxlı gəldi numunəsi)
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Smiler

30 İyun 2013 16:49

aayyyy cooox uzundu sonra
oxuyaram

PeTTy

30 İyun 2013 16:13

Herden ele olur baxıram özüme,ya da başqalarına deyirem Rebbim nece gözel,nece düşünerek yaradıb bizleri,dünyanın en böyük möcüzesidi bizim varlığımız,bucür ne bize gözel beden üzvleri verib,orqanlar verib,bunun öz özüne yaranması mümkündür mü tebii ki,yox,her şeyi yoxdan var eden gözel Rebbimdi.
loading...
Загрузка...