Fon yüklənir...
Загрузка...

Ürəyi olan görər əlbət..

Загрузка...
Ürəyi olan görər əlbət


Bir gün dəlinin biri məscidə daxil olar, məlumdur ki, namaz qılacaq. Lakin oturmaz, narahat və çaşqın gözlərlə ətrafa baxar. Bir ora, bir bura, hər küncə diqqətlə nəzər yetirər və sürətlə çıxıb gedər... Qısa müddət sonra kürəyində bağlanmış odunlarla təkrar gələr məscidə və namaza başlamaq üzərə olan camaatla birgə qrupa qatılar. Amma kürəyindəki odunlarla çox çətin bitirər namazın. Əyilin, qalxdıqca yerə düşən odunlar, çıxardığı sə və s. deyərkən, təbii ki camaat da narahat olmuşdur bu vəziyyətdən. Nəhayət bitər namaz, lakin hər ağızdan bir səs çıxar... Hər kəs tərpənməyə, dəliyə sözlər deməyə başlamışdır artıq... Məscid imamına qədər gəlib, çatmışdır səslər, astadan mübahisələr. İmam eyni məhəllədə yaşadığı üçün, xəbərdardır məzlumun əhvalından, şəfqətlə yaxınlaşar məczubun yabıan və deyər ki...
"Oğlum, belə namaz olarmı heç, kürəyində odunlarla, sən nə etdin? Həm özünü, həm də ətrafını narahat etdin, bir daha namaz qılmağa yüksüz gəl, oldumu?
Bunu eşidən məczub, məlul- qəmli- lakin mənalə bir baxışla sual edər...
"Adətiniz belə deyilmi?"
"Nə adəti?!"- deyər imam...
Camaat da topalaşmış, maraq və çaşqınlıqla hadisəni izləməkdədir o an...
Deyər ki, məczub bu səfər...
"Mən namaz qılmaq üçün daxil oldun məscidə, beləcə özümə uyğun bir yer axtararkən içərdəkilərə baxdım, gördüm ki, hər kəsin kürəyində bir şey var. Zənn etdim ki, adət belədir, mən də bu odunları yükləndim, gəldim, niyə qəzəblənirsən? Qəzəblənəssənsə əgər hər kəsə qəzəblən, tək mənə yox!"
İmam məəttəl qalar...
"Mənim kürəyimdə də var?"
"Bəli" deyər məczub... "Hamınızın kürəyi yüklüdür".
Camaat da astadan "dəlidir də" mənası ilə, dodaq altından gülüşərlər.
Məczub bu dəfə önə küçər və tək- tək camaatı işarə edərək, saf bir uşaq tək, həyəcanla bağırar.
"Bax bunun kürəyindı mavi gözlü bir uşaq, bunda yekə bir alma ağacı vardır. Bunda qırıq bir qapı, bunda bir tava yemək, bunda qızarmış toyuq, bunun kürəyində yaşıl gözlü əsmər qadın, bununkunda da yaşləı anası vardı!"
Sonra iki əllərini yanlarına salar və ümidsizcə: "Boş yoxdur, boş heç yoxdur" deyə təkrar edər...
o belə söyləyincə hər kəs çaşqınlıqla bir- birinin üzünə baxar. Eynilə doğrudur dedikləri çünki...
Kimi doğacaq övladını düşünür namazda, kimi bağçasındakı meyvə ağaclarını, biri təmir edəcəyi qapını, digəri restoranındakı bişirəcəyi yeməyi. Biri açıbdır, ağlındakı yeyəcəyi toyuğu, birinin kürəyində sevdiyi qadın, digərinin də baxılmağa möhtac olan anası...
"Bəs yaxşı, de görüm, məndə nə vardı?" deyər, bu dəfə narahatlıqla imam...
O da deyər ki: "Onsuz da ən çox sənə məəttəl qaldım! Kürəyində yekə bir inək vardı!"
Məgərsə, imamın inəyi xəstə imiş, ölməyinə az qalıb deyə düşünürmüş namazda"
Xarabat əhlini xor görmə əsla! Xəzinəyə malik viranələr vardır!

Bildirincə bildirən, ürəyi olan görər əlbət
.
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

2 İyul 2013 19:39

PeTTy,
Mende ele bildim ki,günahları nezerde tutur
--------------------

***
❃❃❃

***

DeCeL BaLa BaWa BeLa

2 İyul 2013 19:17

Maraqli yazi idi twk-ler

PeTTy

2 İyul 2013 17:00

Aman ne qeder tesiredici hekayedi,men axrı başqa cür düşünürdüm evvelce,yük deyende yeni günahlarını nezerde tutur sanırdım.

Smiler

2 İyul 2013 15:27

cox maraqli yazidi tesekkurler
loading...
Загрузка...