Loading...

Qadının ərinə itaəti,onun cihadıdır!
Din
- 13 İyun, 2013
- 4 988 Baxış
Loading...

Rəsulullah Əfəndimiz (s.ə), ev işlərini Həzrət-i
Fatimə (ə) 'a, xarici işlərini Həzrəti Əli (ə.s)' a vermiş, bu barədə
belə buyurmuşdur:Xanımının evdə oturması üçün, işlərini görən, ehtiyaclarını qarşılayan,
onu xarici kişilərin görməsindən qoruyan, ümmət-i Muhammədin düşmənə əsir düşənlərini
satın almış, azad etmiş kimi savaba qovuşar.Ya Fatimə, nə xoşbəxt o qadına ki, əri ondan
razı olar. Allahu təala nın fərz qıldığını etməkdən və ərinə itaətdən
sonra qadınlar üçün,ev işlərinə yardımcı olmaqdan üstün iş yoxdur. Beş vaxt namazını
qılan, malının zəkatını verən, Ramazan-ı şərif orucunu tutan, ərinin günah olmayan
işlərində ona itaət edən və təsəttürə uyan ,namusunu qoruyan qadın, Cənnətə istədiyi
qapıdan girər.

Peyğəmbər əfəndimiz, öz qızına və digər qadınlara şəhid savabı qazanmaq üçün ev işləri ilə
məşğul olmalarını əmr edir. Başqa bir hədis-i şərifdə də, (Qadının cihadı, əri ilə yaxşı
keçinməkdir) buyuruldu. Qadınların Cənnətə girmələri, kişilərə görə daha asandır. Bir qadın
saleh ərinə itaət etsə cihad savabı qazanar. Hədisi-şəriflərdə buyurulur ki:(Hamilə ikən,
doğurarkən və ya lohusa ikən ölən müsəlman qadın Şəhid sayılar.Müsəlman qadın,
hamiləlikdən doğuma qədər və uşağı süddən kəsənə qədər mücahid kimi olub ölsə şəhid
savabı verilər.Müsəlman qadın, hamilə ikən, gündüz saim, gecə
qaim və Allah qorxusu özündə qalib olan bir mücahid savabı haqq edər. Onu ağrı
tutduğunda özünə veriləcək savabı heç kim bilməz. Körpənin hər əmişini bir can əhya etmiş
kimi savab qazanar. Süddən kəsdiyində isə, bir mələk, onu təqdir edərək, "haydı bir daha"
deyər.( Saim = oruclu deməkdir, qaim =
gecə qalxıb namaz qılmaq, ibadət etmək deməkdir.)

Bir qadın, ərini gözəl qarşılayar, gözəl sözlər söyləyərək məmnuniyyətini qazanmağa
çalışardı. Peyğəmbər əfəndimiz əleyhissalam, qadının bu
hərəkətindən ötəri ərinə buyurdu ki:Xanımına salam söylə, yarı şəhid savabına
qovuşduğunu xəbər ver!
Kişisini razı edən qadın üçün qorxu yoxdur.Ərinə məhəbbət göstərən, uşaq doğuran,
qəzəbinə və ya əri özünə əsəbləşdiyi zaman, ərini razı edənə qədər yatmayan qadın
Cənnətlikdir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...