Loading...

Rəcəb ayınız mübarək!
Din
- 12 May, 2013
- 3 909 Baxış
Loading...
Cənabi Haqq biz möminlər üçün rəhməti, feyiz və bərəkəti bol olan günlər və aylar xəlq etmişdir. Üç aylar sonu Mübarək Ramazan ayı ilə bitən rəhməti, bərəkəti və məğfirəti bol, feyizli və bərəkətli biz zaman dilimidir. Bu aylar qəməri təqvimə görə Rəcəb, Şaban və Ramazan aylarıdır.
Bu aylar dini duyğuların yoğunluq qazandığı mərhəmət, şəfqət, yardımlaşma və dayanışma hislərinin donuq nöqtəyə çatdığı aylardır. Bu aylar tövbə etməyin əhfin, mənəvi dəyərlərin və özünü yeniləmənin xəbərçisi olan Rəqaib, Mirac, Berat Kandili, Qədir gecəsi və Ramazan bayramı kimi mübarək gün və gecələriylə bərəkətli bir mənəviyyat mövsümüdür. Peyğəmbərimiz (s.a.v.) bu aylarda daha çox ibadət edər, Allaha dua edərdi: "Allahım! Rəcəb və Şaban ayını haqqımızda xeyirli et, bizi Ramazan ayına qovuşdur!"
Rəsulullah(s.a.v.) deyərdi: " Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan ümmətimin ayıdır".
Bu aylarda edilən dualar, tövbə istiğfarlar,yaxşılıq və xeyirli işlər,sevinc və kədərlərin ürəkdən paylaşılması Rəbbimizin qatında əvəzini alacaqdır.

Rəcəb kəliməsi hər hansı bir şeydən qorxmaq, utanmaq və ya kimsənin qeybətindən dolayı təzim etmək mənalarına gəlir. Cahiliyyə dövründə ərəblər bütləri üçün bu ayda qurban kəsərdilər. Ərəblər arasında Müqəddəs sayılan Rəcəb ayı haram aylardan Əşhurul-hurum biridir. Şübhəsiz Allahın göyü və yeri yaratdığı günki yazısında Allahın qatınsa ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Digər 3 haram ay isə Zilkadə, Zilhiccə və Mühərrımdir. Rəcəb ayı bir-birini təqib edən bu 3 aydan sonra gəlmədiyindən və yeddinci ay olduğundan Rəcəbül-fərd adı verilmişdi.
Hz. Rəsul Əkrəmdən (s.a.a.) nəql edilənbir hədisində buyurulmuşdur: Rəcəb Allahın böyük ayıdır. Heç bir ay hümməti və fəziləti ilə bu aya çata bilməz. Bu ayda kafirlərə savaş haramdır. Kim Rəcəb ayının bir gününü oruc tutarsa Allahın rizasını qazanmış olur, Allahın qəzəbi ondan uzaqlaşır və cəhənnəm qapılarından biri onun üzünə bağlanır. Kim 3 gün oruc tutarsa cənnət ona fərz olur.
Rəcəb ayının ilk günü Allah(c.c) rizası üçün iki nafilə namaz qılınır. Sonra səmimiyyətlə günahlara tövbə edilir.
Rəcəb ayımız mübarək olsun!
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...