Loading...

Islamda cinlər
Din
- 30 Aprel, 2013
- 3 086 Baxış
Loading...

İslamda cin atəşdən yaradılmış, gözlə görülə bilməyən bir varlıqdır.
“Cinn” ərəbcə örtdü, gizlədi anlamına gələn
“cənnə” kəliməsindən alınmışdır. Adının bu anlamı İslam dinində
insanların idrakıyla onları anlamağın mümkünsüzlüyündən irəli gəlir.
“Cann” kəliməsidə cin sözü ilə eyni anlama uyğun gəlir. Və bu söz 2
anlamda işlədilir:
1. "İns" sözünün ziddi olaraq. İnsanlar
tərəfindən duyulmayan ruhani varlıqların hamısına verilən addır. Bu ifadədə “cinn” sözü
bütün ruhani varlıqlara aid edilə bilər. Mələklərədə həmçinin. Yəni hər mələk cindir ama hərcin
mələk deyildir.
2.Ruhani varlıqların sadəcə bir qisminə yəni şeytanda törəmişlərə
verilən addır.
İslamda bilinən ruhani varlıqlar 3 cürdür: Mələklər, şeytanlar və
cinlər. İslam inancına görə mələklər sadəcə yaxşı işlər etdiyi halda, şeytanlar sadəcə pis
şeylər edə bilər. Cinlər isə həm yaxşı, həm də pis işlər edə bilər. Buna görə də Cinlər yaxşı və
pis olmaqla 2 yerə bölünür. (Müsəlman və kafir cinlər)
İslamın kitabı Quranda cinlərin atəşdən yaradıldıqlar və insanlarda çox çox öncə mövcud
olmaları yazılar. Və bəzi cəhətlərinə görə insanlara bənzərlər; itadələri mövcuddur, yaxşılıq
və pislik edə bilərlər, insanlar kimi yeyib içərlər, evlənə və çoxala bilərlər. Yəni
doğular, böyüyər və ölərlər. Fəqət ömürləri insanınkına nisbətən daha uzun olar və onların
zamanı insan zamanında çox böyükdür. İslam dinində bununla yanaşı müsəlam və kafir
cinlərdə vardır.Lakin kafir cinlərin sayı daha çoxdur. Yəni eynilə insanlar kimi ibadət
edənləri də vardır. Müsəlam cinlər yaxşı insanlarla birlikdə cənnəti görəcək, kafir cinlərsə pis
insanlarla bərabər cəhənnəm atəşindən dadacaqlar. Quranda Muhəmmməd (s.ə) həm cinlər,
həm də insanlar üçün peyğəmbər olaraq göndərilmişdir. “Mən cinləri və insanları yalnızca
Mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat:56). İslam dinində
şeytan da İman etməyən, rədd edən, asi çıxan bir cindir.

Bunlarla yanaşı insanlardan fərqli cəhətləridə mövcuddur; müxtəlif şəkillərə girə bilər, çox
qüvvətli olub bəzi işləri yerinə yetirə bilərvə istədikləri zamanda gözlə görülə bilən formada
ola bilər. Amma cinlərin gerçək simalarını Muhəmməd (s.ə)-dan başqa kimsə
görməmişdir. Onlar gerçək simalarını insanlara göstərməzlər (qadağa vardır) və ancaq şəkil
dəyişərək qarşımıza çıxa bilərlər. Cinlərin çox böyük hərəkət surətləridə vardır.
Bir çox insanların inancının əksinə olaraq cinlər qeybi və ya gələcəyi görə bilməzlər. Eyni
zamanda insanların fikirlərini də oxuya bilməzlər, hər insanın fikri və ya sözü ağızdan
çıxmadıqca bu fikir ona məxsusdur. Peyğəmbərə gələn vəhyləridə Peyğəmbər tərəfindən
açıqlanmadıqca bilməzdilər. Cinlər kafir insanlar olan falçılar və sehrbazlarla əlaqə
qurarlar. Lakin onlar nədə o falçı heç vaxt gələcəyi deyə bilməz. Buna yalnızca Allah
qadirdir. Amma cinlər bizim gizlin etdiyimiz və ya dediyimiz hər hansısa bir işdən xəbərdar
olmalı mümkündür. Cinlərin pisindən insanlara zərər gəlməsidə mümkündür ancaq onlar
Müsəlman şəxslərə yaxınlaşmağa qorxarlar. Quranın 72-ci surəsi
cinlər haqqında olub Cin adlanan surədir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...