Loading...
Moruqlu cheesecake

Moruqlu cheesecake

Loading...
Moruqlu cheesecake

 

Tərkibi:

1 paket kəpəkli biskvit
2 yemək qaşığı əridilmiş kərə yağı
1 paket krem pendir (200 qram)
1 su stəkanı toz şəkər
1 su stəkanı qatıq
2 ədəd yumurta
2 yemək qaşığı un
1 limon qabığı rəndəsi
1 çay qaşığı vanil

Sousu üçün:

2 yemək qaşığı əridilmiş kərə yağı
1 çay stəkanı toz şəkər
1 ədəd yumurta
1 çay qaşığı limon qabığı rəndəsi
5 yemək qaşığı püre halına gətirilmiş moruq

Hazırlanması:

Biskviti mətbəx robotundan çəkib un halına gətirin. İçinə ərinmiş kərə yağı əlavə edib yoğurun.
Biskvit xəmirini yaxşıca sıxaraq kiçik keks qəliblərinə ya da orta boy soba nimçəsinin döşəməsinə döşəyin. Soyuducuda 30 dəqiqə gözlədin.
Pendir və qatığı dərin bir qaba əlavə edib mikserlə çırpın. Şəkəri əlavə edib püre halı əldə edənə qədər çırpmağa davam edin.
Yumurtaları qarışığa əlavə edib, yavaşca çırpın. Un, vanil və limon qabığı rəndəsini əlavə edib qarışdırın.
Biskvit xəmirini soyuducudan çıxarıb üzərinə pendirli kremi yaxın. Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
Keksi soyutmaq üçün soyuducuya qoyun. Sousunu hazırlamaq üçün kiçik bir qazana sous vəsaitlərini əlavə edin.
İçi su dolu bir qabın içinə yerləşdirib, Benmari üsulu qarışdıraraq bişirin. Sousun soyuması üçün kənara qoyun.
Servis edəcəyiniz zaman cheescake' in üzərinə sousunu tökün. Üzərini moruq dənələri ilə bəzəyib servis edin.

Nuş olsun! nyam
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

sevinc m-zada

5 İyun 2014 13:13

lezizdi yemisem xebere gore tsk
--------------------
love Koray İzitaş Vine love

Sevinc...

14 İyun 2013 01:16

Men bu şirniyatı sevirem amma men bilen bunu pişirmirdiler axı

ZENDAYA

2 İyun 2013 14:23

cox dadli olar mence ferqli bir seydi

gulya91

19 Fevral 2013 21:16

bele gosterirsiz sisirem,nooooooolar verin yeyim.

Ask yok

19 Fevral 2013 16:44

Hazırdısa gətirin yeyək..
wink2

Devilest_Love

19 Fevral 2013 14:21

Mmmm mence dadli olar.

Kristina

19 Fevral 2013 13:54

Pendirle nece dadar beyenmedim give_ros

PeTTy

19 Fevral 2013 13:27

Pendir var,beyenmedim.

kenzo-1991

19 Fevral 2013 12:35

hmmmmmmm pendir sevmediyim ucun menlik deyil

İlkay

19 Fevral 2013 12:16

Limon varsa terkibinde tebiki dadi cox gozel olacaqdir Mm )) Hazirlasaz deyirem daha gozel olare ))

_Aymir_

19 Fevral 2013 11:16

mmm tam menlik olsaydi yiyerdiy kakraz acam ))
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

A_K

19 Fevral 2013 10:47

Seher tezden yeri var
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Eva_1

19 Fevral 2013 10:44

Malina ya moruq? )) moruq yoo malina sevirəm
--------------------

Mələk

19 Fevral 2013 10:34

offf lezzetli gorunur tewekkurler nyam