Loading...

Sacher Cake
Kulinariya
- 26 Avqust, 2012
- 2 956 Baxış
Loading...

Tərkibi:
Keks üçün:
120 gr. margarin
110 gr. (1st.) şəkər pudrası
5 ədəd yumurta
130 gr. (təxmini 1pt.) bitter şokolad
110 gr. (təxmini 2-3st) şəkər tozu
130 gr. (təxmini 1st.) un
2-3 xq. ərik marmeladı
Şokolad örtməsi üçün:
200 ml krem
250 gr. damla şokolad
1 xq. kərə yağı
Hazırlanması:
Keks üçün əvvəlcə margarin və şəkər pudrasını bir qaba qoyub mikserlə çalın. Yumurtaların ağlarını və sarılarını ayırın. Sarılarını qarışığa əlavə edib çırpın. Şokoladı əridib qarışığa əlavə edin. Digər tərəfdən yumurta ağlarını şəkər tozu ilə çalaraq beze halına gətirin. Şokoladlı qarışığa əlavə edin. Üzərinı qarışdıra-qarışdıra un əlavə edin. Xəmiri 16-18 sm hündürlükdə bir qəlibə tökün. Öncədən qızdırılmış 160 dərəcəlik sobada 1 saat bişirin. Soyuduqdan sonra eninə 2 yerə bölün. Arasına ərik marmeladını çəkin. Soyuducuda soyudun. Şokolad örtməsini hazırlamaq üçün kremi bir qaba qoyub az odda istilədin. Damla şokoladıda əlavə edib əriyənə qədər qarışdırın. Sonra odun üzərindən götürüb kərə yağını əlavə edin. Sonra şokolad örtməsi ilə tortun bütün üzərini və kənarlarını örtün. Donana qədər gözləyin və dilimləyərək servis edin.
Bon Appettite!

OXŞAR XƏBƏRLƏR
Загрузка...