Loading...

Krem karamelli brownie
Kulinariya
- 27 Avqust, 2012
- 3 418 Baxış
Loading...

Krem karamel qarışımı:
Yarım kg süd
4 ədəd yumurta
5 xq. şəkər tozu
1 pt. vanil
1 ədəd limonun sürtgəcdən keçirilmiş qabığı
Karamel üçün:
1 st. şəkər tozu
1-2 damla limon suyu
Brownie üçün:
3 ədəd yumurta
1 st. şəkər tozu
Yarım st. süd
Yarım st. duru yağ
Bir st. un
3 xq. kakao
1 pt. qabartma tozu
Hazırlanması:
İlk olaraq, krem karamel qarışımı üçün bir kasada süd, yumurta, şəkər tozu, vanil və limonun sürtgəcdən keçirilmiş qabığını yaxşıca qarışdırın və bir kənara qoyun. Karamel üçün şəkər tozunu bir qazana qoyub üzərinə limon suyu tökün. Az odda şəkər tozu yaxşıca əriyib karamel halına gələnə qədər bişirin. Brownie üçün yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Süd və duru yağı əlavə edib qarışdırın. Un, kakao və qabartma tozunu ələyərək bu qarışıma qatın və hamısını birlikdə qarışdırın. Əvvəl karameli istiyə davamlı orta böyüklükdə bir qabın içərisinə boşaldın. Üzərinə krem karamel qarışımını tökün. Ən üstə isə brownie xəmirini boşaldın. İsti su qoyduğunuz soba qabının içinə də bu qabı oturdun. Öncədən qızdırılmış 170 dərəcəlik sobada 40-45 dəqiqə bişirin. Sobadan çıxarın və yaxşıca soyuduqdan sonra isti su dolu bir qabın içində 5 dəqiqə daha saxlayın. Daha sonra bıçaq vasitəsilə şirniyyatın qaba yapışmış qisimlərini ayırın. Qabı sağa-sola yelləyin və servis qabına tərs çevirib çıxarın. Dilimləyərək servis edin.
Bon Appettite!

OXŞAR XƏBƏRLƏR
Загрузка...