Loading...
Nə üçün dondurulmuş qida?

Nə üçün dondurulmuş qida?

Loading...
Dondurulmuş qidalar artıq neçə illərdir ki, ölkəmizdə satılmaqdadır. Elə isə dondurulmuş qida nədir?

Hər şeydən əvvəl deyək ki, başqa ərzaqlardan fərqli olaraq dondurulmuş qidalarda heç bir kimyəvi maddədən istifadə olunmur. Üstəlik, bu qidalar xüsusi maşınlarda və xüsusi texnologiyalarla dondurulur. Dondurulmuş qidaların kalorisi də ən azı təzələri ilə eynidir. Hətta lobya, ispanaq kimi bəzi dondurulmuş tərəvəzlərdə C vitamini təzələrlə müqayisədə daha yüksəkdir. Dondurulmuş meyvə-tərəvəzlər dondurulmazdan əvvəl həm təmizləndiyi, həm də yuyulduğu üçün evdar qadınları bu zəhmətlərdən xilas edir. Dondurulmuş qidalar təzələri ilə müqayisədə bir qədər baha görünsə də, əslində bu, ilk baxışdan belədir. Çünki dondurulmuş qidalarda saplaq, tum, qabıq kimi şeylər olmur. Məsələn, 1 kq dondurulmuş tərəvəz bazardan alınan 2-2.5 kq tərəvəzə bərabərdir.
Dondurulmuş qidalardan istifadə edərkən əsasən aşağıdakılara diqqət yetirmək lazımdır.

Nə üçün dondurulmuş qida?

1. Aldığınız dondurulmuş qidanı çox saxlamadan soyuducunun buz yerinə qoyun. Bu şəkildə dondurulmuş qidanı 1 həftə saxlamaq olar.

2. Dondurulmuş qidalardan lazım olan qədər istifadə edə, qalan hissəsi isə buzu açılmadan yenidən soyuducuya qoya bilərsiniz.

3. Əgər evinizdə dərin dondurucu varsa, dondurulmuş qidaları son istifadə tarixinə qədər saxlaya bilərsiniz.

4. Əgər dondurulmuş qidanın buzu açılıbsa, onu saxlamadan istifadə etmək lazımdır. Onu yenidən dondurmaq olmaz.

5. Dondurulmuş meyvə-tərəvəzləri, dondurulmuş pizzaları, xəmir işlərini buzu açılmadan istifadə etmək lazımdır.

6. Dondurulmuş hazır xəmirlərdən istifadə etməzdən əvvəl yumşalana qədər gözləmək məsləhətdir.

7. Dondurulmuş balıqların əvvəlcə buzunun açılmasını gözləyin, sonra bişirin.

Nə üçün dondurulmuş qida?

Əlbəttə ki, dondurulmuş qidalar haqqında məlumatlar bununla da bitmir. Elə isə dondurulmuş qidaların əhəmiyyətini qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar:

1. Dondurulmuş qidalar bütün qidalılığını qorumaq şərti ilə gigiyenik şəraitdə yüksək texnoloji sistemlərdən istifadə olunaraq dondurulur. Buna görə də onlar təzələrindən heç nə ilə geri qalmır.

2. Asan istifadə olunmaqla yanaşı dondurulmuş qidaları təmizləməyə və yumağa da ehtiyac yoxdur.

3. Dondurulmuş qidalardan ilin bütün fəsillərində istifadə etmək olar.

4. Saxlama qaydalarına düzgün riayət etdikdə dondurulmuş qidalar öz təzəliklərini uzun müddət qoruyur.

Bir sözlə pula, vaxta və enerjiyə qənaət edən, ən yaxşı xammallardan hazırlanan, bütün gigiyenik tələblərə cavab verən, heç bir kimyəvi maddədən istifadə olunmayan dondurulmuş qidalar müasir dövrümüzün ən parlaq kəşfi də adlandırmaq olar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

22 Sentyabr 2012 00:00

dondurma ve sudan bawqa soyuq hecne sevmirem

Sebishko

25 İyul 2012 15:28

Sitat: hecne ebedi deyil
menim mamam ozude bikac weyi yayda qoyur dondurucuya qiwda istifade eliyir

Mənimki də...
--------------------
<3<3<3<3<3

_SUS_

25 İyul 2012 02:24

HER WEYI VAXTI VAXTINDA DAHA GOZEL OLUR AMMA AC QALMAMAQ MESELESI DE VAR

Smile to life:))

13 İyul 2012 13:51

scratch_ dondurulma xosuma gelmir...

MisSayka

10 İyul 2012 16:52

Meyvələri məhz dondurub saxlayanda həmin tam gəlmir, xoşma gəlmir.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

The Moon

9 İyul 2012 16:15

Bizde de ele hallar cox olur.

Faya

9 İyul 2012 11:03

Mama yayda 3-4 kilo vişnə hazırlayıb qoyur dondurucuya qışda əridib piroq hazırlayır. Mmm çox dadlı olur slobber
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

FLOR

9 İyul 2012 00:39

dondurmusam gorunus qalir dad itir hec xosuma gelmedi .. da istemirem ,,, co meyveler suya donur

DonnA

8 İyul 2012 16:22

Ama öz ləzzətini vermir.Hərdən alırlar evə ilin günün dəxlisi olmayan dondurulmuş meyvələri.ləzət eləmir ama
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

H.o.s.T-cu qiz

8 İyul 2012 16:13

ne maraqlidi alcani qisa saxlamaq isterdim slobber

hosted_man

8 İyul 2012 16:12

Dondurucu tərəvəz dedikdə,nə nəzərdə tutulur ki? Məsələn...?

angel470

8 İyul 2012 14:30

hmmmmmmmmmmm

ToM RiDdle

8 İyul 2012 13:20

Menim enem butun meyvelerden en az 5 kilo yigir saxari qisa.Qisdada yeyende ele bir dondurma yeyirsen.O qeder dadli olur.uje mende ele edirem))
--------------------
Tural Adrian ♥

_Aymir_

8 İyul 2012 13:16

Sitat: hecne ebedi deyil
menim mamam ozude bikac weyi yayda qoyur dondurucuya qiwda istifade eliyir

aynen.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

ferid13

8 İyul 2012 13:13

hmmm.........................

MAD GİRL

8 İyul 2012 13:06

bilmirdim twk

hecne ebedi deyil

8 İyul 2012 11:32

menim mamam ozude bikac weyi yayda qoyur dondurucuya qiwda istifade eliyir