
Karamelli şokolad
- 20 İyun, 2012
- 4 130 Baxış
Vəsaitlər:
150 gr kakaolu keks qırıntısı
200 gr bitter(qara)şokolad
1 yemək qaşığı kərə yağı
3 yemək qaşığı krem
Karamel üçün:
1 qutu krem (200 ml)
1 su stəkanı toz şəkər
1 yemək qaşığı limon suyu
Üstü üçün:
250 gr bitter(qara) şokolad
Rəngli tort bəzəkləri
Hazırlanışı:
Karamel üçün 1 su stəkanı toz şəkəri yapışmaz səthli tavada karamel rəngini alana qədər əridin. üzərinə 1 qutu krem və limon sununu əlavə edib,sürətli bir şəkildə qarışdırın. Bütün vəsaitlər qarışdıqdan sonra sərin bir yerdə bərkiyənə kimi gözlədin. 200 gr bitter(qara) şokoladı 1 yemək qaşığı kərə yağı ilə birlikdə əridin.Ocaqdan götürüb,parçaladığınız kakaolu keksin üzərinə əlavə edib,yaxşıca qarışdırın. Son olaraq üzərinə 3 yemək qaşığı krem əlavə edib,qarışdırdıqdan sonra qoz böyüklüyündə edin. Alüminium falqa üzərinə hər çox incə olmayan düzbucaqlı şəkildə açın. Karameldən bir parça qoparıb əlinizlə uzun rulo edin. Düzbucaqlının uzun kənarına paylaşdırıb rulo şəklində yumrulayın. Əlinizlə çatlaq olan yerlərini bağlayın.hamsına eyni prosesi tətbiq edin.Soyuducuda donmasını gözləyin. 250 gr bitter(qara)şokoladı əridin. Hazırladığınız karamelli şokoladları əritdiyiniz şokolada batırıb,hər tərəfini bulayın və yağlı kağız sərilmiş nimçəyə düzün.Şokolad donduqdan sonra üstünü rəngli tort bəzəkləri ilə bəzəyin.
Nuş olsun!