Loading...
Çörək dolması

Çörək dolması

Loading...

Çörək dolması.


Tərkibi:
* 1 dənə bütöv yumuru çörək( 2 gün evdə boyatlamış)
* 250-300 gr orta yağlı dana-quzu qarışıq qiymə
* 2 ədəd xırda doğranmış soğan
* 2 yemək qaşığı yağ
* 1 dəstə incə doğranmış göyərti
* 1 ədəd incə doğranmış bibər
* Duz və ədviyyatlar
* 1 fincan iri doğranmış qoz ləpəsi
* 1 yemək qaşığı tomat
* 4 fincan su

Hazırlanması:
Çörəyin üzərindən qapaq olacaq şəkildə bir qapaq kəsin, çörəyin içini boşaldın və ovxalayın, digər tərəfdə soğanı 1 yemək qaşığı yağ içində qovurun, içinə qiyməni, bibərləri, ədviyyatları və ovxalanan çörəkləri, qozu əlavə edin, çörəyin içini bu içlik ilə yaxşıca doldurun, qapağını örtün böyük bir qazanın altına boşqab qoyun çörəyi bunun üzərinə yerləşdirin,suyu çörəyə dəyməyəcək şəkildə qazanın kənarından əlavə edin, qalan yağı da çörəyin üzərinə çəkin, və qazda 30-35 dəq. çörək yumuşalana qədər bişirin. Bişdikdən sonra dilimlənmiş formada süfrəyə verə bilərsiz.

Qeyd:
* Çörəyiniz sərt qabıqlı olarsa, daha ləzzətli alınar.
* İçinə qiymə əvəzinə xırda-xırda doğranmış ət, ispanaq, kartofda qoya bilərsiniz.

Nuş olsun!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

29 May 2013 01:21

İlk defe bele dolma növü görürem,tebii ki de dadlı olar.

FLOR

13 Aprel 2012 22:58

nese meni o qeder celb etmedi , ele alinir ki qiymeli corek stilinde

settar

13 Aprel 2012 18:48

dadli gorsenir

GÜLLÜK

13 Aprel 2012 18:32

NUŞ OLSUN . HAZIRLAMAĞA ÇALIŞACAMnyam

Sebishko

13 Aprel 2012 17:16

Çox xoşuma gəldi.Fərqli yeməkdir.Heç çorək dolması eşitməmişdim. nyam
--------------------
<3<3<3<3<3

cemile

13 Aprel 2012 16:19

aç eydim bunu görüb lap açdım gözəl gprünüşü var

Tatli cadi

13 Aprel 2012 16:01

Birinci defedir corek dolmasinin reseptini gorurem.

Milashka_SL

13 Aprel 2012 15:57

Maraqli retsepdi.
--------------------

JeSsie

13 Aprel 2012 15:42

Çörək dolması? winked birinci dəfədir eşidirəm.. prob edərdim məmnuniyyətlə.. mm.. nyam

ToMa_84

13 Aprel 2012 11:02

Fərqli və maraqlı bir menyudur,belə başa düşdüm ki buxarda bişir bu,bəs çörək çox yumşaq olmur görəsən

Esperanza

13 Aprel 2012 10:49

hövsələ lazımdı bunu hazırlamağa

ms_dynamite

13 Aprel 2012 09:57

turk metbexinin yemeklerini cox sevirem cunki cox vaxt istiotlu olur ve buda menim xosuma gelir bundan istedimeeeeee lap... wassat nyam
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

DonnA

13 Aprel 2012 09:38

kakraz acam nuş Olsun
--------------------
Həyat ölümə qaçmaqdır əslində..