Fon yüklənir...
Загрузка...

Maş şorbası

Загрузка...
Maş şorbası

Ərzaqlar:
1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1 xörək qaşığı quru nanə

Hazırlamaq qaydası:
1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.
2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.
3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.
4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.
5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin.
6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.
Nuş Olsun!



Загрузка...

ŞƏRHLƏR

şirin miwka

1 İyun 2014 23:19

hec yememisem

Night Wolf

11 Avqust 2013 01:37

4 quru gavalı
1 xörək qaşığı quru nanə

Hazırlamaq qaydası:
1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.
2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.
3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.
4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.
5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin.
6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıd halim olmadi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

6 Aprel 2013 09:16

Eslinde sup sevmirem,amma yegane suplardan biridi ki,beyenirem.

Nina Guney

21 Avqust 2012 09:03

gavali??????
nea
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

nur_ay_kam

19 Yanvar 2012 00:31

ac vaxtimda bu neydi
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

FLOR

18 Yanvar 2012 23:35

Sitat: LEROY
Buna lobu-shorbasi deyirler , bir az govurma qatirsan ,quru lavashida dograyirsan icine .mmmmmmm lezzet

nece yeni qovurma eti? eti qovurub supa tokurler ki?

Cheburawka

18 Yanvar 2012 21:14

mmmmmmmm çooox xoşduyuramm bu
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

settar

18 Yanvar 2012 18:06

nyam

Tatli cadi

18 Yanvar 2012 17:08

Nedense beyenmedim qarisiq yimeye benzeyir.

Faiq_603

18 Yanvar 2012 16:32

bununki sümüksüz qoyun və ya mal əti deyil!!!! bununki [b]qovurmadı qovurma. qovurma əti qatırsan olur ləzzət.

LEROY

18 Yanvar 2012 15:03

Buna lobu-shorbasi deyirler , bir az govurma qatirsan ,quru lavashida dograyirsan icine .mmmmmmm lezzet good

DonnA

18 Yanvar 2012 14:45

dadlı görsenir
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Angel

18 Yanvar 2012 14:24

nyam

Narmishka_

18 Yanvar 2012 11:54

supu cox xowluyuram dadli supa oxwuyur mutleq hazirliyacam nyam

Ronie101

18 Yanvar 2012 11:42

ORDUBADA ESQ OLSUN ASOBU BIZIM KENDE EYLISE ay

_DecelkA_

18 Yanvar 2012 11:27

istemez,sulu xorekleri elede cox sevmirem yoo

ToMa_84

18 Yanvar 2012 09:08

Səhər-Səhər? scratch_ Belke de yiyenler var unknown
loading...
Загрузка...