Fon yüklənir...
Загрузка...

Tərəvəzli buğda salatı

Загрузка...
Tərəvəzli Buğda Salatı
Ərzaqlar:
2 stəkan buğda
4 ədəd orta badımcan
1 ədəd kabaçok (zəruri deyil)
1 ədəd qırmızı Bolqar bibəri - toxumunu çıxardın
1 ədəd sarı və ya turuncu Bolqar bibəri - toxumunu çıxardın
zövqə görə zeytun yağı
1 ədəd limonun suyu
1 xörək qaşığı və yaxud zövqə görə narşərab (zəruri deyil)
xırda doğranmış cəfəri
xırda doğranmış şüyüd
xırda doğranmış nanə
xırda doğranmış təzə soğan - ağ və yaşıl yerləri
duz
istiot
Hazırlanma qaydası:
Buğdanı gecədən suya qoya bilərsiniz ki, sabahı gün daha tez bişşin. Bu zəruri deyil, amma belə etdiyinizdə vaxtınıza qənaət etmiş olarsınız. Buğdanı qazana su doldurub yumuşalanadək bişirin. Buğdadan asılı olara bu, 1 saatdan 2, hətta 3 saata qədər çəkə bilər. Süzün və üstündən soyuq su gəzdirib suyunu yaxşıca süzdürün. İri qaba qoyun.
Buğda bişərkən, tərəvəzləri də bişirin. Bunun üçün onları xırda kubiklərə doğrayın. Listə qoyun, duz istiot və 2 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırıb lay kimi yayın.
Sobanı 200Cdək istidin. Listi sobanın orta yerinə qoyub, tərəzəvləri hər tərəfi qızaranadək bişirin, təxminən 30 dəqiqə. Bu müddər ərzində listi bir və ya iki dəfə çıxardıb, tərəvəzləri qarışdırın ki, hər tərəfi eyni bişsin. Tərəvəzləri kənara qoyun.
Qabdakı buğdaya zövqə görə duz, istiot, zeytun yağı, limon suyu, və narşərab əlavə edib, qarışdırın. Üstünə tərəvəzləri və göyərtini əlavə edib yenə qarışdırın. Çox bərk qarışdırımayın ki, tərəvəzər əzilməsin.
Hazır salatı otaq hərarətində və ya bir qədər soyumuş vəziyyətdə süfrəyə verin. Nuş Olsun!
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

11 Avqust 2013 01:38

mence dadi super olar belkede yox
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

_LovelY_

28 Aprel 2013 02:49

Beyenmedim ureyimce deyil amma xeyirli bir weye oxwuyur)
--------------------


Don't make me sad, Don't make me cry..

_SUS_

25 İyul 2012 03:22

HEC KES DADINA BAXMADAN DEYE BILMEZ PISDI YAXWIDI...YEMIWEM QEWENG DADIR

Tatli cadi

25 Dekabr 2011 23:25

nese xosuma gelmedi.

s_y_a_m_a

25 Dekabr 2011 23:03

Xosum gelmedi

_DecelkA_

25 Dekabr 2011 17:15

nese menlik olmadi yoo

senmenimsen

25 Dekabr 2011 14:42

hec xoshum gelmedi
--------------------
loading...
Загрузка...