Loading...
Günün iftar menyusu

Günün iftar menyusu

Loading...
Toyuq suyu şorba
(8 nəfərlik)


Günün iftar menyusu

1 ədəd toyuq sinəsi
1 ədəd toyuq budu
2 baş quru soğan
2 yemək qaşığı un
3 diş sarımsaq
2 yemək qaşığı kərəyağı
duz
qara bibər

Hazırlanması:

1. Tyuq budunu dərisindən ayırıb sinə və 2 baş quru soğan ilə birlikdə qaynadın. qaynadılmış ətləri suyun içindən götürüb kiçik-kiçik doğrayın.
2. 2 yemək qaşığı unu 2 yemək qaşığı kərəyağı ilə ayrı bir şorba qazanına əlavə edin, unun qoxusu gedənə qədər (təxminən 3-4 dəqiqə) qovurun.
3. Toyuğu qaynatdığınız ət suyuna bir miqdar qaynamış su əlavə edin. (cəmi 2 litrə qədər). Bu suyu unun üzərinə damla-damla əlavə edin.
4. Sarımsaqları döyün və doğranmış toyuqlarla birlikdə qazana əlavə edin. Şorbanın suyuna nəzarət edərək duzunu nizamlayın. (nəzarət etməyinizin səbəbi toyuq suyunun duzlu olmasıdır). 10 dəqiqə bişirin. Bu vaxt qazanın ağızını açıq qalmasın.
5. Xidmət edərkən üzərinə çəkilmiş qara bibər səpin.

Hasanpaşa küftəsi (8 nəfərlik)

Günün iftar menyusu

750gr çəkilmiş ət
1 baş soğan
2 yumurta
2 dilim bayat çörək içi
duz
istiot

Püre üçün:
5-6 kartof
2 yemək qaşığı kərəyağı
1 yumurta
yarım stəkan süd
duz

souslu su:
1 yemək qaşığı pomidor sousu
1 stəkan su

Hazırlanması:

1. Püre üçün kartofları soyub, qaynadın. Maşından keçirin. Qazanda kərəyağını əridin. Kartofları əlavə edin, yumurtanı əlavə edib qarışdırın, südü qarışdıra-qarışdıra əlavə edin, ən son duzunu qoyub püre edin.
2. Küftə vəsaitlərini qarışdırın, qozdan böyük hissələr kəsib ortası çuxur küftələr edin. Küftələri yağlanmış soba nimçəsinə düzüb üzərində 2 yemək qaşığı duru yağ gəzdirin. 200C sobada 15-20 dəqiqə bişirin. (çox bişirsəniz, quru olar)
3. sobadan çıxarıb çuxurlara 2 çay qaşığı püre yerləşdirin. 1 yemək qaşığı sousu suda əzib küftələrin üzərində gəzdirin. Sobaya qoyub çəhrayılaşana qədər bişirin.

Mozaik tort

Günün iftar menyusu

1 stəkan un
1.5 stəkan şəkər tozu
4 yemək qaşığı kakao
1 kq süd
1 yemək qaşığı marqarin
1 yumurtanın sarısı
2 paket sadə pötibör biskvit
yarım stəkan hindqozu

Hazırlanması:

1. Qazana un, şəkər tozunu və kakaonu qoyub qarışdırın. (südü qarışdırmadan əlavə etsəniz un top qalar.)
2. Südü və marqarini əlavə edib qarışdıraraq pudinq konsistensiyasına gələnə qədər bişirin.
3. Enməyinə yaxın yumurta sarısını əlavə edib qarışığa yaxşıca qarışdırın.
4. 1 biskviti sousa batırıb düzbucaqlı bir qaba yerləşdirin. qabağına sousa batırmadığınız bir biskvit qoyun. Sadə biskvitin qabağına sousa batırılmış biskvit əlavə edin. Hamısını bu sıra ilə yerləşdirin. Qalan sousu tortunuzun ətrafına çəkin. Tortunuz soyuduqdan sonra üzərinə hindqozu səpin və çəp kəsərək xidmət edin.

Ramazan süfrələriniz ruzili olsun. Allah orucunuzu qəbul etsin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

6 İyul 2013 20:58

Atdım seçimişlere. İNŞALLAH,hazırlayacağam
--------------------

***
❃❃❃

***

Aidan

9 Avqust 2011 02:36

Hər 3nün dadna baxmşam datdıdıLar=)
--------------------
Dream it.
Wish it.
Do it.

Dandoline

8 Avqust 2011 10:37

Mənə türk yeməyi deməyin, göstərməyinnnn... sad fuu

sweet doll

7 Avqust 2011 21:16

Sitat: Oppa
Mozaik tortdeyesen dadli torta oxwayir, amma deyesennnnnn

yoo elə həqiqətən daddı tortdu....deyəsən ne biggrin

Gitarist

7 Avqust 2011 19:37

Sitat: ICE_CREAM
Bu xəbərə axşam iftardan sonra girib baxaram)) indi baş gicəllənməsi tutdu məni

Dior Cherie

7 Avqust 2011 18:47

Mozaik tort
deyesen dadli torta oxwayir, amma deyesennnnnn ne

FLOR

7 Avqust 2011 18:46

reseptler yaxsidi /eleyen olsa)

_ZaYkA_

7 Avqust 2011 17:06

oxayyy nyam coox gozel gorunurler olsaydi yeyerdik

Murad

7 Avqust 2011 16:55

Bu xəbərə axşam iftardan sonra girib baxaram)) indi baş gicəllənməsi tutdu məni wacko
--------------------
About me

D-e-V-i-L

7 Avqust 2011 16:40

Nyam Nyam olsaydi ne yeyerdim ay

sofi222

7 Avqust 2011 16:32

bisiren olsa iftarda yeyerdim

Lektra

7 Avqust 2011 14:48

aydaaa geedirem gezmeye birde iftar vaxti eve gelirem ondada goruremki mamanin elerie sagliq dadli yemekler bisirib. nyam

Academik

7 Avqust 2011 14:46

Ne elediiiiz? Bayaqdan ekrani yalayiram lol

DReaM

7 Avqust 2011 14:10

minnətdar 2si dadlı göründü
Sitat: Asi
bacima deyerem hazirlayar,Bacicannn

yaltaqları sevmirəm,qarın nə böyük qüvvə imişee sm32
lol

MY_CRAZY_FRIENDS_

7 Avqust 2011 14:08

Uxx lezzet

SabishKa

7 Avqust 2011 13:49

Nesə dadlı gəlmədi )

Gulka

7 Avqust 2011 13:46

ay baciw sen ne etdin oruc-oruc aqzimin suyu axdi nyam
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

elena

7 Avqust 2011 13:39

Rufat,
Ola biler.

Duygu

7 Avqust 2011 12:50

tortun reseptini goturdum, cox tesekkur ... xoreklerle yox sirniyyatlarla aram cooox yaxsidi. Bu da asan basa gelene oxsadi. Allah her kese yaratdigi nemetlerin halalindan versin, AMIN!!! Az ya cox, esas odu halal qazanilmis olsun...

Mr_RoCCo

7 Avqust 2011 12:29

Gərək axşam girərdim xəbərə:)
Ramazan süfrələriniz ruzili olsun. Allah orucunuzu qəbul etsin.
--------------------
FaceBook
Instagram - ageelvevo

Rufat

7 Avqust 2011 11:56

Sitat: NiSh
İnan bunlari hazirlayan yoxdu smile

Googledə ən çox axtarılan sözlərdən biri "yemək reseptləri"dir. Hər gün saytımıza bu sözü axtarıb 15-20 nəfər daxil olur. Axtarış verən varsa emək bu yeməkləri bişirən də var.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

_DecelkA_

7 Avqust 2011 11:42

Dadli gorunur ijtara kimi oruclu olanlar bura girib cani cekmemesi mumkun deyil

elecTroSh0k

7 Avqust 2011 10:59

hazırlayan olsaydı yeyərdik1)

elena

7 Avqust 2011 10:24

İnan bunlari hazirlayan yoxdu smile

Alone_Dance

7 Avqust 2011 10:06

Hmmmm.Thanks