Fon yüklənir...
Загрузка...

Kəklikotulu pomidor şorbası

Загрузка...
Kəklikotulu pomidor şorbası
Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək)

Tərkibi: 4-6 porsiya üçün nəzərdə tutulub

2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
zövqə görə duz
zövqə görə istiot

Üstü Üçün:

Sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
Kruton (resepti aşağıdadır)

Hazırlanma qaydası:

Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

Dayanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.

Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

Kəklikotulu pomidor şorbası

KRUTON (Crouton)

Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobara qızarana kimi bişirin, təxminən 10 dəqiqə.

Nuş olsun nyam
Загрузка...

ŞƏRHLƏR

emiwka

12 May 2015 17:19

Sorbanı coxx sevirem bu da dadli görsenir.
--------------------
Getdim Sagolun

Nina Guney

21 Avqust 2012 09:07

yeqinki dadli olar....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Tatli cadi

12 Dekabr 2011 15:18

nyam

BEZDUWNAYA

4 Mart 2011 11:46

LiVe_MuSiC,
yox icaze vermedim :)

Lalitta

3 Mart 2011 23:47

pomidoru xoshlasam da shorbasini icmemishem)
nece ola bileceyi baresinde hec bir fikrim yoxdur
ferqlilik ucun hazirlamaq olar
yaxshi olsa davami geler ))

Remember_oNlY_me

3 Mart 2011 23:33

xoshuma geldi desem yalan olar.

FLOR

3 Mart 2011 18:44

bele getse : BaKiNeCH asbaz olacaq ))))))

Mamedovich

3 Mart 2011 17:58

Sitat: BEZDUWNAYA
men dunen bunnan biwirmiwdim ele winked

səndən başqa yeyən oldu? mocking

BEZDUWNAYA

3 Mart 2011 15:37

men dunen bunnan biwirmiwdim ele winked

Faya

3 Mart 2011 14:49

Ən sevdiyim şorbadı, suxari və holland pendiri ilə lap dadı olur good
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

MR.QARRI

3 Mart 2011 14:29

götürdüm dadlı olar hazırlada bilsəm............

Lektra

3 Mart 2011 13:56

good
haziri olsaydi yeyerdim

teshekurler

Mr_RoCCo

3 Mart 2011 13:11

ağzım sulandı nyam

təşəkkür dadlı xəbərə görə=)
--------------------
FaceBook
Instagram - ageelvevo
loading...
Загрузка...