Fon yüklənir...
Загрузка...

Pomidor souslu bulqurlu kroketlər

Загрузка...
Pomidor souslu bulqurlu kroketlər

Tərkibi:

2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)
yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kiloqram çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan - rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə cirə - toz halına gətirin

1 stəkan duru yağ - qızartmaq üçün

Pomidor sousu üçün

2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) - qabığını soyub əzin (püre edin)
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq - əzin
1 çay qaşığı quru nanə və ya reyhan
Zövqə görə düz və istiot
1 stəkan xırda doğranmış qoz

Hazırlanması:

Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumşalacaq. Ət, qoz, soğan, yumurta, bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.

Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.

İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alıb, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.

Nuş olsun!
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

11 Avqust 2013 01:40

bax bu mence super dadi olar super he deqiq
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

20 Aprel 2013 08:28

Kroket de ney?
Onsuz da içinde bulqur var,heç sevmiyim.

_SUS_

25 İyul 2012 03:13

Dandoline,
daha mundar forması.

GUNAHDIR

Dior Cherie

3 Mart 2011 11:29

Bulgur xowlayiram,eleyerem vaxtim olanda...

Dandoline

3 Mart 2011 09:33

Sitat: Girbinne
bulqur nədi ki

Qreçkanın açıq rəngli və daha mundar forması.. fellow

Girbinne

3 Mart 2011 02:25

yemək istəyərdim,ama nəsə hazırlanışı ürəyimə yatmadı)))bulqur nədi ki recourse

Qonaq_sevgim

24 Fevral 2011 14:34

Leziz gorunur hazirlayacam mutleq,tesekkurler

Faya

24 Fevral 2011 12:09

Bulgur yemeyi xoslayiram, print eledim axsam evde qonaqliq var fellow
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Aidan

23 Fevral 2011 23:33

HazırLanışı asandı.
Spisoku götürüm vaxt oLanda bəLkə hazırLadım=) Sps.
--------------------
Dream it.
Wish it.
Do it.

Ayka Ronaldo

23 Fevral 2011 22:57

Dadlı yeməyə oxşayır

FLOR

23 Fevral 2011 21:58

dadliya oxsayir mamaya deyim hazirlasin tsk ler)

Lineva

23 Fevral 2011 21:42

Xəbərə baxdım acdıme lap.

XeTaI

23 Fevral 2011 17:22

Əsl qış yeməyidir)

Mamedovich

23 Fevral 2011 17:11

Cəh Cəh Cəh

Remember_oNlY_me

23 Fevral 2011 16:27

ooo my god xoshum gelmir

Emil

23 Fevral 2011 16:09

Sitat: SupeRocK
Yeməy xəbərlərinə nə vaxd baxram sən dərsdən gəlirsən həmşədə aç olursan :)

Neyniyim axı, həmişə günorta çıxırd belə xəbərlər) Oxuyan uşaq oldun belədidə)) winked
--------------------

To get away clean, you have play dirty.

İrmak

23 Fevral 2011 15:59

Ete yox deyek )
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Radiohead

23 Fevral 2011 15:53

Sitat: BaKiNeCH
Onsuzda dərsdən gələni heçnə yiməmişəm, bu xəbərimdəki vaxt tapdıda aktiv olmağa)


Yeməy xəbərlərinə nə vaxd baxram sən dərsdən gəlirsən həmşədə aç olursan :)
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

MoNuElLa

23 Fevral 2011 15:37

Bakinech asbaz olub gedirsen haaa...... fellow
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

MR.QARRI

23 Fevral 2011 14:40

acmışam eeeeeeeeeeee...............

Mr_RoCCo

23 Fevral 2011 14:16

dadlı görsənir.onsuzda yaman acam ən yaxşısı çıxım xəbərdən=)
--------------------
FaceBook
Instagram - ageelvevo

Emil

23 Fevral 2011 14:02

Onsuzda dərsdən gələni heçnə yiməmişəm, bu xəbərimdəki vaxt tapdıda aktiv olmağa) mocking
--------------------

To get away clean, you have play dirty.
loading...
Загрузка...