Fon yüklənir...
Загрузка...

Kələkoş

Загрузка...
Kələkoş

Yəgin çoxunuz bu adı oxuyanda deyəcəksiniz ki - NƏ? - Bəli, bəli, Kələkoş. Bəzi mənbələrdə buna Kəlləkooş da deyilir.Təəccüblənməyin. Şorbadır, özüdə Azərbaycan milli mətbəxinə aid.
Çox ləzzətli şorbadır, siz də dadına baxın.

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar:

3 stəkan yağlı qatıq
1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə

Kələkoş

Hazırlanması:

1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.
2. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.
3. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

Nuş olsun! nyam
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

11 Avqust 2013 01:38

omrumde ilk defedir ki bele bir sey gorurem ve esidirem kelekos
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nina Guney

21 Avqust 2012 10:34

yeqin dadli olar....
. menlik deyil
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Ledi Luiza

31 Mart 2012 22:02

Sitat: KaRoLeVa
Ilk defedi adini ewidirem.
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

R.V

29 Mart 2012 00:56

Ayib olsun Size! Ogurluq mehsulu nece var osterinkopyalamisiniz! hec olmasa menbeni gosterin nervi

KaRoLeVa

9 Fevral 2011 21:13

Ilk defedi adini ewidirem. DAdli sorbaya oxsayir
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Girbinne

9 Fevral 2011 03:40

sarımsağı çıxmaq şərtiynən ,axot olanda mamaya deyərəm ,axotu olsa eləsin yeyək))
loading...
Загрузка...