Loading...
Ədviyyatlı top küftə

Ədviyyatlı top küftə

Loading...
Evinizdəki bayat çörəklər boşa getməsin. Onları istifadə edə biləcəyiniz ləzzətli bir resept verirəm.

Ədviyyatlı top küftə

Tərkibi:

1/2 bayat çörək
Un
1 stəkan süd
1 yumurta
7-8 dilim pomidor
1 diş sarımsaq
Cəfəri
1 balaca stəkan döyülmüş qoz
Toz qırmızı bibər
Qurudulmuş nanə
Qara bibər
Duz

Hazırlanması:

Bayat çörəyi əlimizlə kiçik parçalara bölək. Üzərinə südü əlavə edərək əlimizlə yoğurub parçalamağa başlayaq. Yumurtanı bir qabda çırpaq və yarısını çörəklərə əlavə edək. Cəfəriləri balaca-balaca doğrayaq. Quru pomidorları da. Sarımsağı və qozları döyək. Hamısını yoğurduğumuz çörəklərə əlavə edək. Sonra unu əlavə edərək xəmiri əlinizə yapışmayan bir hala gətirə bilərsiniz. İstədiyimiz qədər ədviyyatları və duzu da qatıb yoğurduqdan sonra xəmirdən hissələr qoparıb qoz böyüklüyündə küftələr yumrulayaq. Yumruladığımız küftələri əvvəl ayırdığımız çırpılmış yumurtaya ,sonra una bulayıb qızmış yağda qızardaq. Bişən küftələri xidmət götürüb üzərlərinə "dişqurdalayan" batıraq və krem pendirlə birlikdə isti-isti yeyək.

Nuş olsun.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

beyaz1

11 Oktyabr 2011 18:54

yoxlamaq lazimdir

Nahid-19

8 Oktyabr 2010 15:02

Məncədə dadlı olar yoxlamaq lazımdı....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Paris

8 Oktyabr 2010 11:26

Dadina baxmaq isterdim. Duzdu wekil falan gormurem) amma yenede yemek isterdim.

Rufat

8 Oktyabr 2010 11:05

Punkanın ad günündə Milashka_Sli inandırmışdım ki, bu dovşan yumurtasıdır yemə:)) Anlamırdı ki, dovşan yumurtlamır:)))
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

SenSiZ SeninLeyeM

7 Oktyabr 2010 23:05

DADLI GORUNUR HAZIRLAYACAM

İrmak

7 Oktyabr 2010 21:59

Elə bildim içində ət var ama nə yaxşı ki ət yoxdu ət xoşlamram

Bunun elətdirəcəm bəlkə
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

FLOR

7 Oktyabr 2010 21:54

istemirem bayat corekle aram yoxdu(

Mamedovich

7 Oktyabr 2010 21:23

Lezzetli olar

Girbinne

7 Oktyabr 2010 20:52

Sitat: Dandoline
Dünənnən özümə söz vermişəm ki, artıq yeməkçün yaşamayacam, yaşamaqçün yeyəcəm..

həqiqətən də ooooooooooooooooooo kadaaaaaaaaaaaaaaaaaaaaaaaaaarrrrrrrrrrrrrrrr

mocking

l2a1000

7 Oktyabr 2010 20:29

Pis olmazz)

MASTER-SAN

7 Oktyabr 2010 19:59

Suxari zavodusizde yerlewir deyesen ...Kufte ile hec aram yoxduda menim ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

NellY

7 Oktyabr 2010 17:59

Sitat: BEZDUWNAYA
mamaya diyerem axwam hazirlasin)ama bayat coreyi hardan tapaciyig bilmirem

biz de var,istiyirsen goruwek verim?? tongue2

MR.QARRI

7 Oktyabr 2010 17:46

dadlı olar

Dandoline

7 Oktyabr 2010 17:35

Dünənnən özümə söz vermişəm ki, artıq yeməkçün yaşamayacam, yaşamaqçün yeyəcəm..

BEZDUWNAYA

7 Oktyabr 2010 17:20

mamaya diyerem axwam hazirlasin)

ama bayat coreyi hardan tapaciyig bilmirem