Loading...
Karamelli İrmik Şirniyyatı

Karamelli İrmik Şirniyyatı

Loading...
Karamelli İrmik Şirniyyatı

Şirniyyatı sevənlər üçün gözəl bir resept verirəm, hələ gözəl bir qəlibiniz varsa, çay saatlarında görünüşüylə süfrənizi də şənləndirəcək bir şirniyyatdır. Karamel souslu irmik şirniyyatı.

Ləvazimatlar:

1,5 litr süd
6 Yemək qaşığı manna yarması
3 Yemək qaşığı qarğıdalı nişastası
1,5 stəkan şəkər tozu
1 Yemək qaşığı kərə yağı
1 Paket vanil
Karamel sousu

Hazırlanması:

Südün içinə manna yarmasın, nişastanı və şəkər tozunu əlavə edib qarışdıraraq bişirin. Bir müddət qaynadıqdan sonra odun üstündən götürüb içinə kərə yağı və vanili əlavə edib qarışdırın. Soyuq suyla çalxalanmış keks qəlibinə boşaldın. Şkafda soyuduqdan sonra tərs çevirib üzərinə Karamel sousu və ya istədiyiniz sousu tökərək xidmət edin.

Ağzınız, burnunuz şirin olsun...Karamelli İrmik Şirniyyatı
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Girbinne

16 Oktyabr 2010 18:03

daddı görsənmir

Dandoline

13 Oktyabr 2010 15:58

Yox, bu mənlik olmadı.. yoo

gozel207

28 Sentyabr 2010 01:04

tşk, ləzzətli olana oxşayır..*))

Faya

27 Sentyabr 2010 13:48

Ağzınız, burnunuz şirin olsun...
Çox sağol
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

udu

27 Sentyabr 2010 11:33

agzimda su qalmadi lol kim meni qonag eliyer bunu biwirib feel

MR.QARRI

27 Sentyabr 2010 10:57

görüm kimə hazırlatdırıram???

Special

27 Sentyabr 2010 09:44

Ağzınız, burnunuz şirin olsun... tongue

İrmak

27 Sentyabr 2010 00:32

Adı adıma nə çox oxşayır))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

LARACROFT

26 Sentyabr 2010 23:06

Neçə gündü tort istəyirəm.Ümumiyyətlə belə havalarda həmişə istəyirəm ki,şirniyyat yeyim isti çaynan.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

__lovely__

26 Sentyabr 2010 22:48

mən istəyirəmmmmmm... amma indi...

Nahid-19

26 Sentyabr 2010 22:33

Təşəkkürlər bir iki nəfər var olara diyərəm düzəldərlər məndə yiyərəm....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

l2a1000

26 Sentyabr 2010 21:50

Yəqin yaxşı olar)

Nagil

26 Sentyabr 2010 21:20

nese beyenmedim hemde aydin olmadi mene birazda

DReaM

26 Sentyabr 2010 19:07

hmmm..gorunusu belay